Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-795/2023 12.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X1 elektron qaydada məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra etməsi səbəbindən iddia ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən hesab edir ki, hazırki 2(018)-795/2023 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-795/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-795/2023
12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver