Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-824/2023 12.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X3 Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh "xxxx" QSC-nin xeyrinə LTL000008 saylı 12 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 119 (bir yüz on doqquz) manat borcun, 17 (on yeddi) manat, 85 (səksən beş) qəpik cərimə borcunun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 40 (qırx) qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış LTL000008 saylı 12 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 735 (yeddi yüz otuz beş) manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə X2 arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan sazişə əsasən X1 Cavabdeh qarşı olan 735 (yeddi yüz otuz beş) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Bu barədə alıcıya bildiriş təqdim edilmişdir. "xxxx" MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş X2 ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2022-ci il tarixli, LTL000008 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən görünür ki, cavabdeh 735 (yeddi yüz otuz beş) manat dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 12 yanvar 2022-ci il tarixli, LTL000008 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-nə olan 01 saylı əlavədən görünür ki, Cavabdeh 12 ay müddətinə, hər ay 735 (yeddi yüz otuz beş) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X2 arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli, R-1064/21 saylı faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan 18 yanvar 2022-ci il tarixli, R-7xx/xx-0001 saylı sazışdən görünür ki, X1 Cavabdeh qarşı olan 735 (yeddi yüz otuz beş) manat məbləğindəki tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarına əlavə olunmuş 10 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 yanvar 2022-ci il tarixli, LTL000008 nömrəli “Nisyə alqı satqı müqaviləsi” üzrə 10 may 2023-cü il tarixə "xxxx" QSC-nə 119 (bir yüz on doqquz) manat borcun, 17 (on yeddi) manat, 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 136 (bir yüz otuz altı) manat, 85 (səksən beş) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, Cavabdeh 12 yanvar 2022-ci il tarixli, LTL000008 nömrəli “Nisyə alqı satqı müqaviləsi”-ndən irəli gələn öhdəlikləri vaxtında icra etmədiyinə görə borcunun olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 17 (on yeddi) manat, 85 (səksən beş) qəpik məbləğində dəbbə pulu azaldılaraq 04 (dörd) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh LTL000008 saylı, 12 yanvar 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 119 (bir yüz on doqquz) manat əsas borcun, 04 (dörd) manat cərimə borcunun, cəmi 123 (bir yüz iyirmi üç) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, 40 (qırx) qəpik pul tutulub iddiaçı "xxxx" QSC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-824/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-824/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver