Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-86/2023 16.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi qızının iştirakı ilə, Ərizəçi qızının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə» dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Ərizəçi qızı ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət edərək 12 may 2004-cü il təvəllüdlü X2 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X5 izahat verərək bildirdi ki, 12 may 2004-cü il təvəllüdlü X2 onun doğma oğludur. Oğlu 12 may 2004-cü il təvəllüdlü X2 doğuşdan psixi qüsurları vardır. Belə ki, 12 may 2004-cü il təvəllüdlü X6 “Uşaq autizmi Kanner sindromunu Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta kəmağıllıq. Nitq artikulyasının spestfik pozğunluğu. Nitq inkişafının qüsuru” diaqnozu ilə Astara rayon X1 şöbəsinin ruhi əsəb kiabinetində dispanser qeydiyyatında durur. Qeyd etdi ki, oğlu onunla birlikdə yaşayır və psixi qüsuru olduğundan öz hərəkətlərinin mənasını anlaya bilmir. Ona görə də o, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Maraqlı şəxs başçısının yanında «Qəyyumluq və Himayəçilik» komissiyasının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Maraqlı şəxs başçısının Suparibağ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi qızı 30 may 1981-ci il tarixdə Astara rayonu, Məçitməhəllə kəndində anadan olmaqla, orada yaşayır. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamənin” surətindən məlm olur ki, X6 12 may 2004-cü il tarixdə anadan olmuşdur. Onun atası X7, anası isə Ərizəçi qızı olması qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs başçısının Suparibağ kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi qızı həqiqətən əlil oğlu, 12 may 2004-cü il təvəllüdlü X6 ilə birgə yaşayır və ona xidmət edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi ərazi bölmələrini idarəetmə birliyi Astara rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 8868 nömrəli arayışdan görünür ki, X3 “Uşaq autizmi Kanner sindromunu. Anadangəlmə əqli gerilik davranış pozuntusu” diaqnozu müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixiatrik Ekspertiza” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 290 saylı rəyindən görünür ki, 12 may 2004-cü il təvəllüdlü X4 “Uşaq autizmi (Kanner sindromunu) orta əqli gerilik davranış pozuntusu” aşkar olunmuşdur. 12 may 2004-cü il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də 12 may 2004-cü il təvəllüdlü X6 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışı iclasında iş materiallarına və ərizəçinin izahatına əsasən müəyyən edilmişdir ki, 12 may 2004-cü il təvəllüdlü X6 Ərizəçi qızının oğludur. Ərizəçi psixi qüsuru olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixiatrik Ekspertiza” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 06 fevral 2023-cü il tarixli, 290 saylı rəyindən görünür ki, 12 may 2004-cü il təvəllüdlü X4 “Uşaq autizmi (Kanner sindromunu) orta əqli gerilik davranış pozuntusu” aşkar olunmuşdur. 12 may 2004-cü il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də, 12 may 2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 306, 317, 318 və 321-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə qət etdi: Ərizəçi qızının «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə» dair ərizəsi təmin edilsin. 12 may 2004-cü il təvəllüdlü X2 psixi qüsuru olduğuna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-86/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-86/2023
16.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver