Məhkəmə qərarları › İş №2(018)-86/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-86/2025

09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-86/2025 09.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştiraklı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və X5nə qarşı “qanunsuz hesablanmış elektrik enerjisindən istifadə pulunun abunə kodundan silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və X5nə qarşı “qanunsuz hesablanmış elektrik enerjisindən istifadə pulunun abunə kodundan silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli 331803 saylı akta əsasən hesablanmış 107 (yüz yeddi) manat 55 (əlli beş) qəpiyin **********00975 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X2 işçiləri tərəfindən yaşadığım evə elektrik enerjisinə görə hesablaşma aparılması üçün küçədə elektrik sayğacı quraşdırılmışdır. Sayğaca elektrik xəttləri tələb olunan qaydada birləşdirilmədiyindən sayğac yanmışdır. Beləliklə cavabdehin təqsiri üzündə qoşulma düzgün aparılmamışdır. Bu səbəbdən yanğın baş vermişdir. Hansı ki, dərhal aidiyyəti şəxslərə məlumat vermişdir. Cavabdeh X5 sayğacı yenisi ilə əvəz etmişdir. Buna baxmayaraq ondan 107 manat pul tələb edilir. Elektrik sayğacı cavabdehlərin əməkdaşlarının təqsiri üzündə quraşdırma düzgün aparılmadığı üçün yandığından ondan 107 manat pul tələb edilir. Elektrik sayğacı cavabdehlərin əməkdaşların təqsiri üzündən quraşdırma düzgün aparılmadığı üçün yanğından ondan 107 manat pulun tələb edilməsi qanunsuzdur. Odur ki, 107 manat abunə kondundan silinməlidir. Cavabdeh X5 tərəfindən tərtib edilmiş 05 mart 2024-cü il tarixli 331803 saylı akta əsasən hesablanmış 107 (yüz yeddi) manat 55 (əlli beş) qəpiyin **********00975 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə cavabdelər "xxxx" Açıq Səhimdar Cəmiyyəti və X5 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin və X2 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin və X2 nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə cavabdelər "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi Elmir Fərəcov elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək onlara qarşı verilmiş iddianın əsassız olması səbəbindən təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib,, iş üzrə cavabdelər "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi Elmir Fərəcovun ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, X2 rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış, 06 mart 2024-cü il tarixdə, 331803 saylı aktdan görünür ki, abonent kodu **********00975 olan istehlakçı İddiaçı elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı tamamilə yanmış, axan yük tərəflərindən ölçülmüş, 1,1 amper müəyyən edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli abunə haqqında sənədin surətindən görünür ki, abonent kodu **********00975 olan istehlakçı İddiaçı xx.xx.2024-cü il tarixə sayğacın təhvil verilməməsinə görə 84 (səksən dörd) manat 59 (əlli doqquz) qəpik, xx.xx.2024-cü il tarixə 22 (iyirmi iki) manat 96 (doxsan altı) qəpik borc yazılmışdır. İş materialına əlavə edilmiş aktların uçotu və icrasına nəzarət şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sənəddən görünür ki, İddiaçı 22 (iyirmi iki) manat 96 (doxsan altı) qəpik borc yazılmış, sayğac yenisi ilə əvəz edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlığından görünür ki, **********00975 abunə kodlu İddiaçı bildiriş verilmiş, son ödənilən məbləğ 07 (yeddi) manat 92 (doxsan iki) qəpik, qalıq borc isə 107 (yüz yeddi) manat 55 (əlli beş) qəpik qeyd edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X1 etibarnamədə nəzərdə tutulan səlahiyyətlər və "xxxx" ASC-ni təmsil etmək etibar edilmişdir. "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2024-cü il tarixində məhkəmə iclasımda iştirak edə bilməyəklərini nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 32990 saylı akt əsasında iddiaçıya 107.55 AZN deyil 22.96 AZN bore hesblanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixində enerji təchizatı müəsisəsinin əməkdaşları iddiaçıya məxsus və iddiaçının həyətinin daxilində yerləşmiş elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik hesabat sayğacı tamamilə yanaraq yararsız hala düşmüşdür. Bu barədə akt tərtib olunan zaman abonentin (iddiaçınım) orada iştirakı təmin edilmiş və iddiaçı aktı da imzlamışdır. Sayğac istismara vararsız olduğu üçün abonentin mənzili birbaşa xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilmişdir. Yeni savğac isə xx.xx.2024-cü il tarixində quraşdırılmışdır. Bu müddət ərzində abonentin istifadə etdiyi enerjinin dəyəri olaraq 22.95 AZN sarfiyyat hesablanmışdır. Odur ki, İddiaçı "elektrik enerjisindən istifadəyəyə görə tərtib edilmiş xx.xx.2024-ci il tarixli 331803 sayı aktın ləğv edilməsi və borcun silinməsi" tələbi barədə iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara RİHB-nın Suparibağ kənd İƏDÜN-nin 623 saylı xx.xx.2024cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu Rudəkənar kəndində yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, barədə sübutları məhkəməyə təqdim etmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və X5nə qarşı “qanunsuz hesablanmış elektrik enerjisindən istifadə pulunun abunə kodundan silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və X5nə qarşı “qanunsuz hesablanmış elektrik enerjisindən istifadə pulunun abunə kodundan silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar