Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-862/2024 22.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız yazılmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 30 yanvar 2024-cü il tarixdə, 312990 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 115 (yüz on beş) manat ziyanın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Astara rayonu, Səncərədi kəndində yaşayır. Hər bir vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. 30 yanvar 2024-cü il tarixdə "Azərişıq” ASC-nin Astara Elektrik stansiyasının xidmət sahəsinin əməkdaşları Astara rayonu, Səncərədi kəndində fərdi yaşayış evinə aid işıq sayğacına baxış keçirmişlər. Sayğac ona məlum olmayan səbəbdən ərimişdir. Əməkdaşlar sayğacı açıb aparmışlar. Bu barədə akt da tərtib etmişlər. Cavabdeh təşkilat tərəfindən 30 yanvar 2024-cü il tarixdə, 321990 nömrəli akt tərtib olunmuş və həmin aktda güya çıxarılan sayğaca onun tərəfindən müdaxilə olunması göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Əsassız olaraq "Azərişıq” ASC-nin Astara ES tərəfindən 30 yanvar 2024-cü il tarixdə 321990 nömrəli akt tərtib edilmiş, həmin aktda sayğacın əriməsi göstərilmişdir. Bunun nəticəsində isə güya işıq sayğacına müdaxilə olunduğu üçün itirilmiş işığın bərpası məqsədilə barəsində 115 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İşıq sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakı təmin edilməmiş, bundan xəbər tutub "Azərişıq” ASC- nin Astara ES-yə gedərək aktı əldə etmişdir. Tərəfindən işıq sayğacına müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır. Cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 30 yanvar 2024-cü il tarixdə, 312990 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 115 manat ziyanın (borcun) silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirdi ki, iş materialına əlavə olunması üçün təqdim etdiyi İddiaçı məxsus **********00279 abunə kodlu abunə haqqında sənədin surətindən göründüyü kimi 115 (yüz on beş) manat borc qeyd edilməmişdir. Yalnız İddiaçı yararsız vəziyyətdə olmuş sayğacı təqdim etmədiyindən 84 (səksən dörd) manat və sayğac sıradan çıxdığı üçün sayğacın quraşdırılmadığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək abonentin orta sərfiyyat göstəricisi nəzərə alınaraq həmin müddətə 36 (otuz altı) manat işıqdan istifadə etdiyi üçün orta sərfiyyat dəyəri hesablanmışdır. Odur ki, İddiaçı iddiası əsassız olduğuna görə təmin edilməməsini xahiş etdi. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X1 izahatını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, mülki işə əlavə edilmiş "xxxx" ASC-nin, Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış, 30 yanvar 2024-cü il tarixdə, 321990 saylı aktdan görünür ki, abonent kodu **********00279 olan istehlakçı İddiaçı elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğac əriyərək yararsız vəziyyətə düşmüşdür. Naqilin en kəsiyinin ölçüsü 4 mm-lik iki damarlı aliminum. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli abunə haqqında sənədin surətindən görünür ki, abonent kodu **********00279 olan istehlakçı İddiaçı xx.xx.2024-cü il tarixə sayğacın təhvil verilməməsinə görə 84 (səksən dörd) manat, xx.xx.2024-cü il tarixə 36 (otuz altı) manat borc yazılmışdır. Mülki işə əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1956-cı il tarixdə Astara rayonu, Züngüləş kəndində anadan olmuşdur. İş materialına əlavə edilmiş Astara RİHB-nın Səncərədi kənd İƏDÜN-nin 803 saylı arayışından görünür ki, İddiaçı Astara rayonu Səncərədi kəndində yaşayır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin bildiriş xəbərdarlıq qəbzindən görünür ki, **********00279 abunə kodlu İddiaçı xx.xx.2024-cü il tarixdə 5 (beş) manat 60 (altmış) qəpik ödəniş etmiş və 115 (yüz on beş) manat qalıq borcu qalmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X3 etibarnamədə nəzərdə tutulan səlahiyyətlər və "xxxx" ASC-ni təmsil etmək etibar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, barədə sübutları məhkəməyə təqdim etmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız yazılmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-862/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-862/2024
22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver