Məhkəmə qərarları › İş №2(018)-879/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-879/2024

04.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-879/2024 04.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X19 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına qarşı şəxsin fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Astara rayonu Kijəbə qəsəbəsində xx.xx.2006cı il tarixdə anadan olmuş X5 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, xx.xx.2006-ci il təvəllüdlü övladı X8 anadangəlmə "Uşaq serebral iflic, spastik tetraporez, Yeriş və hərəkət" pozulması diaqnozu ilə xəstədir. Oğlunun sağlamlıq imkanları məhduddur, sərbəst hərəkət edə bilmir. Onun başqasının daimi qulluğuna ehtiyacı vardır. Beləliklə, X3 rayonu X2 şöbəsinin nevroloji kabinetində dispanserdə qeydiyyatdadır. X1 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti yoxdur, qeyd etdiyi kimi onun başqasının daimi qulluğuna ehtiyacı olduğundan ona xidmət göstərir. X15 organizm funksiyası 95 faiz pozulmuşdur. O, birinci dərəcəli əlildir və əmək qabiliyyəti yoxdur. Astara rayonu Kijəbə qəsəbəsində xx.xx.2006ci il tarixdə anadan olmuş X8 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Astara rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyası məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişlər. Məhkəmə Ərizəçi dinləyib, ekspert rəyini, iş üzrə materialları hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Məhkəmə Psixiatrik Ekspertizasının 15 avqust 2024-cü il tarixli 2378 saylı rəyin nəticə hissəsindən aydın olur ki, X6 dərin əqli gerilik aşkar olunur. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan Astara RMX-nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 06.04 2006-cı il təvəllüdlü Astara rayon Kijəbə qəsəbə sakini X3 rayon X2 şöbəsinin nevroloji kabinetində uşaq serebral iflic, spastik tetraparez, yeriş və hərəkət pozulması diaqnoz ilə dispanser qeydiyyatında durur. İş materialına əlavə edilmiş Astara RİHB-nın Kijəbə qəsəbə İƏDÜN-nin 1037 saylı arayışından görünür ki, Ərizəçi Astara rayonu Kijəbə qəsəbəsində yaşayır və X9, X10, X11 və X4 ibarət ailə üzvləri vardır. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA4374836 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZ-T 101236 seriyalı və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə anadan olmuş, 62 nömrəli doğum haqqında akt qeydi aparılmışdır. İş materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Məhkəmə Psixiatrik Ekspertizasının 15 avqust 2024-cü il tarixli 2378 rəyini nəzərə alaraq, məhkəmə 06 aprel 2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 aprel 2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar