Məhkəmə qərarları › İş №2(018)-902/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-902/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-902/2023 04.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddia üzrə məhkəmə mürciət etmiş və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş etiraza əsasən Astara Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə ərizəyə tərəflərin iştirakları ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh 31 mart 2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 740 (yedi yüz qırx) manat olan 12 ay müddətinə, ilkin ödəniş 50 manat olmaqla hər ay 57,50 manat ödəmək şərti ilə İMEİ Kodu **********97298 «Samsung Galaxy A22 » üçün ümumilikdə 759 (yeddi yüz əlli doqquz) manat olmaqla, ondan 690 (altı yüz doxsan) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 69 (altmış doqquz) manat cərimə borcunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Rauf Süleymanlı məhkəməyə teleqramla müraciət edərək iddianı müdafiə etdiklərni, üzürlü səbədən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanılmış 31 mart 2022-ci il tarixli, müqaviləsinə əsasən alqı-satqı qiyməti 740 (yedi yüz qırx) manat olan 12 ay müddətinə, ilkin ödəniş 50 manat olmaqla hər ay 57,50 manat ödəmək şərti ilə İMEİ Kodu **********97298 «Samsung Galaxy A22» markalı mobil telefon verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil telefonu 2 il qızıl zəmanətlə ona verməklə bundan əlavə telefonda 14 (on dörd) gün ərzində hər hansı bir problem çıxarsa onu geri götürəcəyini öhdləlik götürmüşdür. Buna baxmayaraq, 8 (səkkiz) gün sonra telefonda texniki nasazlıq çıxmış və buna görə də həmin telefonu geri qaytarmışdır. Həmin vaxt ona yeni telefon verilməmişdir. Qaytardığı həmin telefon hal-hazırda da mağazadadır. Texniki nasazlığa görə aldıqdan səkkiz gün sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarmış olduğu telefona görə ondan yenidən pul tələb olunması tam qanunsuz və əsassızdır. Odur ki, ona qarşı qaldırılmış iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə Cavabdeh izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

1. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 31 mart 2022-ci il tarixli müqavilədən görünür ki, cəmiyyət tərəfindən alqı-satqı qiyməti 740 (yedi yüz qırx) manat olan İMEİ Kodu **********97298 olan «Samsung Galaxy A22» markalı mobil telefon 12 ay müddətinə, ilkin ödəniş 50 manat olmaqla hər ay 57,50 manat ödəmək şərti ilə Cavabdeh verilmişdir.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Kontakt Home” mağazalar şəbəkəsindən əldə edilmiş məhsulu qüsurlu olduğu üçün mağazaya təhvil vermişdir. Məhsul servis tərəfindən təmir olunduqdan sonra müştəri məhsulun yenisi ilə əvəz olunmasını tələb etmiş və öncədən tələb olunan məhsuldan imtina etmişdir. Məhsul halhazırda mağazadadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 31 mart 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən qiyməti 740 (yedi yüz qırx) manat olan 12 ay müddətinə, ilkin ödəniş 50 manat olmaqla hər ay 57,50 manat ödəmək şərti ilə İMEİ Kodu **********97298 «Samsung Galaxy A22» markalı mobil telefon verilmişdir. Səkkiz gün sonra Cavabdeh verilən mobil telefonda qüsur olduğu üçün onu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarmış və yenisi ilə əvəz olunmasını tələb etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh aldığı telefonun yerinə təzəsini verməmişdir. Bundan əlavə Cavabdeh verilmiş telefon hal-hazırda mağzadadır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddə 623. Malın dəyişdirilməsi 623.1. Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 623.3. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir. Maddə 624. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda onun hüquqları 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarını hazırki mülki işə tətbiq edən məhkəmə hesab edir ki, alıcı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən almış olduğu İMEİ Kodu **********97298 olan «Samsung Galaxy A22» markalı mobil telefonu qüsuru olduğu üçün on dörd gün ərzində mağazaya qaytardığı və yenisi ilə əvəz olunmasını tələb etdiyinə baxmayaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona telefon verilmədiyi üçün iddiaçı hazırki tələblə iddiasında haqlı deyildir. Alıcının aldığı keyfiyyətsiz malı səkkiz gün ərzində geri qaytarmasına və yenisini tələb etməsinə baxmayaraq, satıcı alıcının haqlı tələbini təmin etməmişdir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddiası rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar