Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-903/2023 28.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Pronlemili Kreditlər Departamentinin X1 iddia verərək:
1. 20 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********86949 Xiaomi Redmi Note9 markalı telefon üçün 39 (otuz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 3 (üç) manat, 50 (əlli) qəpik cərimə;
2. 08 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********35649 Samsung Galaxy A32 markalı telefon üçün 239 (iki yüz otuz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat, 50 (əlli) qəpik cərimə, ümumilikdə 306 (üç yüz altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 20 noyabr 2020-ci il tarixli və 08 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********86949 Xiaomi Redmi Note9, İmei Kodu **********35649 Samsung Galaxy A32 markalı telefonlar almış və nəticədə 306 (üç yüz altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714 (yeddi yüz on dörd) manat, 60 (altmış) qəpik İmei kodu **********86949 Xiaomi Redmi Note9 üçün ümumilikdə 43 (qırx üç) manat olmaqla, ondan 39 (otuz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 3 (üç) manat, 50 (əlli) qəpik cərimə; 08 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 851 (səkkiz yüz əlli bir) manat, 40 (qırx) qəpik İmei Kodu **********35649 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 263 (iki yüz altmış üç) manat olmaqla, 239 (iki yüz otuz doqquz), 50 (əlli) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 23 (iyirmi üç) manat, 50 (əlli) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1287 (bir min iki yüz səksən yeddi) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 20 noyabr 2020-ci il tarixli, 22060369 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********86949 Xiaomi Redmi Note9 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 08 aprel 2021-ci il tarixli, 22452363 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********35649 Samsung Galaxy A32 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 20 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 39 (otuz doqquz) manat, 50 (əlli) qəpik əsas, cərimə 3 (üç) manat, 50 (əlli) qəpik, 08 aprel 2021-ci il tarixli müqaviləsinə əsasən 239 (iki yüz otuz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat, 50 (əlli) qəpik cərimə, cəmi 306 (üç yüz altı) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 20 noyabr 2020-ci il tarixli, 22060369 nömrəli və 08 aprel 2021-ci il tarixli, 22452363 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 20 noyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 3 (üç) manat, 50 (əlli) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində, 08 aprel 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 23 (iyirmi üç) manat, 50 (əlli) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 20 noyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 39 (otuz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, 08 aprel 2021-ci il tarixli müqaviləyə əsasən 239 (iki yüz otuz doqquz), 50 (əlli) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ümumilikdə 281 (iki yüz səksən bir) manat borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 20 noyabr 2020-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 3 (üç) manat, 50 (əlli) qəpik hissəsində, 08 aprel 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 21 (iyirmi bir) manat, 50 (əlli) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov