Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-907/2024 08.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Cavabdeh Lənkəran X8 İdarəsi və Cavabdeh Lənkəran X8 İdarəsinin Astara Xidmət Sahəsinə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunun abunə kodundan silinməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” X4 X8 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik borcun **********01300 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azəriqaz” X2 X8 idarəsinin Astara Xidmət sahəsinin əməkdaşları X7, X5 və X1 quraşdırılmış sayğaca baxış keçirmədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyinin 31 iyul 2023-cü il tarixli 14-2- 2/3- 5-7548*/Q005 nömrəli aktına istinad edərək xx.xx.2023-cü il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Tərtib edilmiş akta görə guya sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucusu şüşəsinə vurulan zavod plasmas plomblarının və yuvasının ətrafında əzik-cızıq izləri var, xətalar təyin edilə bilinmədi, sayğacın menbrani işləmir, qaz keçən kamera ilə sayğacın daxilinə baxış keçirildi. Kənar izlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən 6x12x90-6480 metrkub dəymiş ziyan hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, akt tərtib edilərkən və sayğac açılıb aparılarkən o iştirak etməmişdir. Həmin vaxt cəza çəkmə müəssəsində cəza çəkirmişdir. Bundan başqa küçədə quraşdırılmış qaz sayğacını açıb aparanda iştirakları təmin olunmayıb, həmdə küçədə quraşdırılmış sayğaca tərəflərindən nəzarət etmək imkan xaricindədir. Hesablanmış qaz itkisi ilə razılaşmır. Belə ki, qaz sayğacına müdaxilə olunmamışdır, qaz sayğacının göstəricisinə əsasən yazılmış bildirişə görə hər ay ödəniş olmuşdur. Qaz sayğacı küçədə quraşdırıldığından ona nəzarət edə bilmirlər. Hər gün küçədən onlarla şəxs keçir, belə bir halda sayğaca nəzarət etmək mümkün deyildir. Əgər kənar şəxs tərəfindən qaz sayğacına müdaxilə olunubsa belə bunu görməmişlər. Bundan başqa qaz idarəsinin əməkdaşları mütəmadi olaraq baxış keçirirlər, əgər müdaxilə olunsaydı, onlar bunun vaxtında aşkar edəcəkdilər. Cavabdeh "Azəriqaz” X4 X8 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesablanmış 777 manat 60 qəpik **********01300 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, İddiaçı dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent Astara rayonu, Sərək kəndində İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2023-cü il tarixli ******* saylı nömrəli akta əsasən, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombların və yuvasının ətrafında əzik-cızıq izləri var. Xətalar təyin edilə bilmədi. Sayğacın mexanizmi işləmir. Qaz keçmir. İş materillarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Astara rayonu, Sərək kəndində anadan olmuşdur. İş materillarına əlavə edilmiş Astara RİHB-nın Şuvi kənd İƏDÜN-nin 621 saylı xx.xx.2024cü il tarixli arayışından görünür ki, İddiaçı Astara rayonu, Sərək kəndində yaşayır. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli, təlabnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Sərək kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan 13496 saylı müqavilədən görünür ki, xx.xx.2014-cü il tarixdə istehlakçı İddiaçı ilə Astara QİŞ rəisi F.Məmmədov arasında müqavilə bağlanmış və Astara rayonu, Sərək kəndində ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan ******* saylı aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Zenner” markalı **********0 nömrəli yeni qaz sayğacı quraşdırılmış. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, hesablaşma cihazı olan qaz sayğacı iddiaçının cavabdehliyi sərhədindən kənar quraşdırıldığından bu sayğacda olan hər hansı qüsura görə o, cavabdehlik daşımır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları maddi ziyan vuran, təqsirli və hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) hərəkət və ya hərəkətsizliyə yol verən şəxsi düzgün müəyyən etməmişlər. Bundan başqa Cavabdeh İB qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinə dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qismən təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Sərək kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti abonent hesabından silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən Astara rayonu, Sərək kəndində yerləşən yaşayış evinə dair İddiaçı adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti abonent hesabından silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-907/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-907/2024
08.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver