Məhkəmə qərarları › İş №2(018)-913/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-913/2025

31.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-913/2025 31.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı Qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsilə müraciət edərək, xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsini və əsassız hesablanmış 2021,76 manat məbləğində cərimənin abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Lənkəran X6 İdarəsinin Astara Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində heç bir hüquqi əsas olmadan, qərəzli şəkildə tərtib edilmiş ******* nömrəli akta əsasən onun adına 2021,76 manat məbləğində cərimə tətbiq olunmuşdur. Qeyd olunan akt barədə ona əvvəlcədən heç bir məlumat verilməmiş, aktın surəti təqdim edilməmişdir. Şikayətçi qaz sayğacına hər hansı bir müdaxilə etmədiyini, sayğacın yaşayış sahəsindən kənarda küçədə, açıq və nəzarətsiz ərazidə yerləşdiyini, üçüncü şəxslərin müdaxiləsinin mümkün olduğunu bildirmişdir. Həmçinin vurğulanır ki, Cavabdeh əməkdaşları tərəfindən sayğaca mütəmadi olaraq (təxminən hər 10 gündən bir) baxış keçirilmiş, sərfiyyat qeydə alınaraq bildiriş təqdim edilmişdir. Əgər hər hansı müdaxilə olsaydı, həmin faktın abonentin iştirakı ilə rəsmiləşdirilməsi tələb olunardı. Odur ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsini və əsassız hesablanmış 2021,76 manat məbləğində cərimənin abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi X2 elektron qaydada məhkəməyə ünvanladığı iddiaya etirazda göstərmişdir ki, Astara Rayon Məhkəməsinə Cavabdeh: Cavabdeh İB-nin səlahiyyətli nümayəndəsi X2 tərəfindən İddiaçı: İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş aktın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinə E T İ R A Z (2(018)-913/2025 saylı mülki iş üzrə) İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 2021,76 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edirəm və təmin edilməməsini məhkəmədən xahiş edirəm. Belə ki, İddiaçı ünvan 2 ünvanında yaşamaqla Lənkəran X6 İdarəsinin Astara Xidmət Sahəsində **********07350 saylı hesabla abonent qeydiyyatındadır. Abonent göstərilən ünvanın qaz xəttində istifadədə olan sayğac quiraşdırılmışdır. Sayğac quraşdırılmasına baxmayaraq abonent təbii qazdan qeyri-qanuni (sayğacdankənar qaz xətti vasitəsi ilə) istifadə etdiyinə görə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edimiş və həmin akt əsasında hesablanmış 2021,76 manat dəymiş ziyan hesablanmışdır. Abonentin qazdan qeyri-qanuni istifadə etməsi ilə bağlı Astara Rayon Prokurorluğuna tərəfimizdən müraciət olunmuşdur. Astara Rayon Prokurorluğu İddiaçı barəsində materialları Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Lənkəran filialına göndərilmişdir.Abonent inzibati xəta törətdiyinə görə inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarla 100 manat cərimə edilmişdir. İddiaçı təbii qazdan qeyri-qanuni sayğacdankənar istifadə etməsi əməkdaşlarımız tərəfindən video lentə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1- ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərə-kətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, . Xahiş Edirəm İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iş materiallarını tam, hərətərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Cavabdeh İB Lənkəran X6 idarəsi tərəfindən abonent Astara rayonu, Ərçivan kənd sakini İddiaçı adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən, İddiaçı PQ-2, QSQ-24 lt Dəmir soba vasitəsilə qeyriqanuni birləşmədən istifadə edir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Astara rayonu, Ərçivan kəndində yerləşən evə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 16848 m3 həcmində qaz itkisi hesablanmışdır. İş materillarına əlavə edilmiş Astara RİHB-nın Ərçivan qəsəbəsi İƏDÜN-nin xx.xx.2024-cü il tarixli 1205 saylı arayışından görünür ki, 1953-cü il təvəllüdlü İddiaçı Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır. İş materialında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, etibarnamə sənədində qeyd edilən hüquqların həyata keçirilməsi X1 etibar edilmişdir. İş materillarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İş materialına “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfinfən əlavə edilmiş CD diskindəki videoyazıdan görünür ki, İddiaçı sayğacdankənar yeraltı boru qaz xətti vasitəsilə qeyriqanuni birləşmədən istifadə edərək qanunsuz olaraq təbii qazdan faydalanmışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.3-cü maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirməlidirlər. İş üzrə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, bu barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçınun Cavabdehnə qarşı “qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı Qanunsuz hesablanmış qazdan istifadə pulunun silinməsi tələbinə dair” iddia ərizəsi ərizəsi əsassız olmasına görə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar