Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-918/2024 12.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Əlizadə oğlunun Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Əlizadə oğlu Cavabdeh xx.xx.2024-cü il tarixli DÖ000000430 saylı müqavilə əsasında 2920 (iki min doqquz yüz iyirmi) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49 (qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində iddiaçı tərəfindən göstərilmişdir ki, fiziki şəxs kimi o mebel satışı ilə məşğul olur. Cavabdeh xx.xx.2023-cü il tarixədə 2460 (iki min dörd yüz altmış) manat dəyərində 1 (bir) ədəd “mətbəxt mebeli” və xx.xx.2023-cü il tarixədə 580 manat dəyərində 1 (bir) ədəd “moyka dərin”, 1 (bir) ədəd “ütü berqamo”, 1 (bir) ədəd “qaz peçi” istəmişdir. Cavabdeh istədiyi əşyaların ümumu dəyəri 3040 (üç min qırx) manat hesablanmışdır. Cavabdeh 100 (bir yüz) manat ilkin ödəniş etməklə 12 (on iki) ay müddətində hər ay 245 (iki yüz əlli) manat ödəmək şərti ilə kredit müqaviləsi bağlamışdır. Lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetiməyərək aldığı əşyaların pulundan cəmi 120 manat ödəniş etmiş və 2920 (iki min doqquz yüz iyirmi) manat borcu qalmışdır. O dəfələrlə telefonla cavabdehdən borclu olduğu pulu tələb etsə də, Azərpoçt vasitəsilə qeydiyyatda olduğu ünvana bildiriş göndərsədə ona müqavilə üzrə ödənişi etməmişdir. Cavabdeh 2920 (iki min doqquz yüz iyirmi) manat borcu qalmışdır. Sonda Cavabdeh kredit müqaviləsinin şərtlərini pozduğu üçün o, məcbur qalıb bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4.-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd etdiklərini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə əsasən Cavabdeh 2920 (iki min doqquz yüz iyirmi) manat pulun və dövlət rüsumu kimi ödədiyi 49 (qırx doqquz) manat 20 (iyirmi) qəpiyin alınıb ona verilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. Mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Əlizadə oğlu ilə Cavabdeh arasında 04 oktyabr 2024-cü il tarixli DÖ000000430 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli DÖ000000430 saylı alğı-satqı müqaviləsinə dair qiymətlərin razılaşdırma protokolundan görünür ki, ümumi dəyəri 2460 (iki min dörd yüz altmış) manat dəyərində 1 (bir) ədəd mətbəx mebelinin alıcı Cavabdeh verilməsi razılaşdırılmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli ödəniş cədvəlindən görünür ki, “mətbəx sifariş paxlava 4” üçün ilkin dəyəri 2460 (iki min dörd yüz altmış) manat məbləğin 100 (yüz) manatı ödənildikdən sonra qalan 2360 (iki min üç yüz altmış) manat məbləğin 12 (on iki) ay müddətinə hər ay 196 (yüz doxsan altı) manat 67 (altmış yeddi) qəpik ödənilməsi nəzərdə tutulmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli malların satış sənədindən görünür ki, “Moyka dərin 77x49” 1 (bir) ədəd üçün 150 (yüz əlli) manat, “AS2603 EU-SH- 4009TS60” 1 (bir) ədəd üçün 290 (iki yüz doxsan) manat, “ÜTÜ BERQAMO Sİ 1172 SBR” 1 (bir) ədəd üçün 60 (altmış) manat, “QAZ PEÇİ 001-D” 1 (bir) ədəd üçün 370 (üç yüz yetmiş) manat olmaqla ilkin dəyəri 870 (səkkiz yüz yetmiş) manat məbləği 12 (on iki) ay müddətinə hər ay 72 (yetmiş iki) manat 50 (əlli) qəpik ödənilməsi nəzərdə tutulmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********* nömrəli malların alıcıya qaytarılması sənədindən görünür ki, 290 (iki yüz doxsan) manat dəyərində 1 (bir) ədəd AS2603 EU-SH- 4009TS60” alıcıya qaytarılmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Əlizadə oğlu məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 49 (qırx doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli teleqram qəbzindən görünür ki, İddiaçı Əlizadə oğlu ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli DÖ000000430 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli kontragentlə qarşılıqlı hesablaşma sənədindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli malların satışı sənədi üzrə 2460 (iki min dörd yüz altmış) manat məbləğdən 100 (yüz) manat ödənildikdən sonra 2360 (iki min üç yüz altmış) manat, xx.xx.2023-cü il tarixli ********* nömrəli malların satış sənədi üzrə 870 (səkkiz yüz yetmiş) manat, xx.xx.2024-cü il tarixli ********* nömrəli malların satışı sənədi üzrə 430 (dörd yüz otuz) manat məbləğdən 50 (əlli) manat ödənildikdən sonra 380 (üç yüz səksən) manat olmaqla cəmi 3610 (üç min altı yüz on) manat borcu yaranmışdır. 1575 nömrəli kassa mədaxil orderinə görə Cavabdeh xx.xx.2023-cü il tarixdə 400 (dörd yüz) manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli malların alıcıya qaytarılması üzrə cavabdeh borcunu 290 (iki yüz doxsan) manat məbləğində azaltmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli malların satışı sənədi üzrə 430 (dörd yüz otuz) manat məbləğində borcunun yaranmasını təsdiq edən hər hansı sənəd işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2-ci maddəsinə görə, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 49 (qırx doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 2920 (iki min doqquz yüz iyirmi) manat borc və dövlət rüsumu kimi ödənilmiş 49 (qırx doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı Əlizadə oğlunun xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-918/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-918/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver