Məhkəmə qərarları › İş №2(018)-921/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-921/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-921/2024 21.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1174 (min yüz yetmiş dörd) manat məbləğində pulun, eləcə də tərəfindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, xx xxxxx 1970-ci il tarixdə anadan olmuşam. Hazırda ünvan 1 ünvanında papsort qeydiyyatında olmaqla yaşayır. ünvan 2 ünvanında yerləşən 3 saylı fərdi yaşayış evi onun faktiki mülkiyyətindədir. Hazırki iş üzrə Cavabdeh daha əvvəl tanımamış, qeyd olunan fərdi yaşayış evində kirayədə yaşamağa başladıqdan sonra tanımışdır. Belə ki, cavabdeh ailəsi birlikdə 09 mart 2023-cü il tarixdən etibarən sözügedən fərdi yaşayış evində aylıq kirayə pulu 150 manat olmaqla yaşamağa başlamış, bu yaxınlarda isə polisə müraciəti əsasında evdən çıxmışdır. Hazırda cavabdehin ona ödəməli olduğu pul məbləği 1174 (bir min yüz yetmiş dörd) manat təşkil edir. Həmin məbləğin 100 manatı cavabdehə tərəfindən verilmiş əl borcu, qalan 1074 manat isə kirayə pulu və kommunal ödənişlərin (aralarındakı danışığa əsasən kommunal ödənişləri cavabdeh tərəfindən ödənilməli olsa da ödəmədiyi vaxtlarda onun tərəfindən ödənilmiş və cavabdeh tərəfindən hələ də geri ödənilməmişdir) borcudur. Cavabdehə dəfələrlə pulu ödəməsini tələb etsə də nəticəsi olmamış, hər dəfə müxtəlif bəhanələr edərək onu yubatmışdır. Cavabdeh qeyd olunan məbləğdə borcu olduğunu inkar etmir, bununla bağlı vatsap yazışmaları və telefon danışıqları da vardır. Həmin yazışma və danışıqlar CD diskə köçürülərək iddia ərizəsinə qoşma qismində əlavə edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mübahisənin məhkəmədən kənar həlli mümkün deyildir. Cavabdeh 1174 (bir min yüz yetmiş dörd) manat məbləğində pulun, eləcə də tərəfindən ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialına İddiaçı tərəfindən əlavə edilmiş CD-də qeyd olunan səs yazısından aydın olur ki, Cavabdeh 2024-cü ilin may ayına 1200 (min iki yüz) manat borcunun olduğu və imkanı olanda ödəyəcəyini bildirmişdir. İş materialına Cavabdeh tərəfindən ünvanlanmış ərizədən görünür ki, İddiaçı evində kirayə yaşamış və hər ay 150 (yüz əlli) manat ödəməyi öhdəsinə götürmüş, lakin xəstə olduğundan və digər problemlərə görə həmin pulu ödəyə bilməmişdir. Hər ay 50 (əlli) manat ödəyəcəkdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materialında olan xx.xx.2024-cü il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 32 (otuz iki) manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 1174 (min yüz yetmiş dörd) manat məbləğdə borcu vardır və həmin borcu qaytarmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1174 (min yüz yetmiş dörd) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1174 (min yüz yetmiş dörd) manat məbləğdə pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar