Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-938/2025 28.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X11 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi və həmdə İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 vəsatət ilə məhkəməyə müraciət edərək, Astara Bələdiyyəsini əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişlər. Məhkəmədə İddiaçı2 nümayəndəsi və həmdə İddiaçı1 iddia tələblərini müdafiə edərək, iddialarının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində göstərmişdilər ki, 1980-ci ildə mərhum əri X4 ilə birlikdə Astara rayonunun dəmir yolu yaxınlığında ərazisi 6 sot olan həyətyanı torpaq sahəsini zibillikdən təmizləmiş və həmin torpaq sahəsinin 04 may 2016-cı il tarixədək daimi istifadəçisi olmuşdur. Onun həyat yoldaşı öz zəhməti ilə həmin həyətyanı torpaq sahəsində övladlarının gələcəyi üçün 20,25 kv.metr sahəsi olan, 2 otaq və bir eyvandan ibarət ev tikmişdir. Həmin həyətyanı torpaq sahəsinin ilkin sənədləşdirilməsi ilə bağlı mərhum X4 müvafiq dövlət orqanlarına rəsmi müraciət etmiş və təxminən 1997–1998-ci illərdə həmin torpaq sahəsini faktiki olaraq öz mülkiyyətinə çevirmişdir. Bundan əlavə, həmin mülkə elektrik xəttinin çəkilməsi üçün rəsmi müraciət etmiş, dövlət rüsumunu ödəmişdir. Hal-hazırda həmin mülkün elektrik sayğacı mərhumun adına rəsmiləşdirilmişdir. Cavabdeh1 ərinin qardaşı oğludur. Cavabdehlər onun mülkdə yoxluğundan istifadə edərək qanunsuz olaraq həmin mülkiyyətə daxil olmuş, sənədləri götürmüş və sonradan mülkü zəbt etmişlər. Daha sonra məlum olmuşdur ki, Astara Bələdiyyəsi ilə Cavabdeh1 arasında 15 dekabr 2017-ci il tarixdə AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin 6 sot torpaq sahəsi Cavabdeh1 satılmışdır. O, hesab edir ki, həmin alqı-satqı müqaviləsi qanunsuz olub, ləğv edilməlidir. Belə ki, müvafiq qanunvericiliyə 2007-ci ildə edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaq sahələri yalnız müsabiqə və hərrac yolu ilə satıla bilər. Bundan başqa, həmin torpaq sahəsi ərinin faktiki mülkiyyətində olmuşdur. Odur ki, Astara Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı2 nümayəndəsi və həmdə İddiaçı1 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Astara bələdiyyəsinin 13 dekabr 2017-ci il tarixli 21 saylı iclas protokolundan çıxarışdan görünür ki, torpağın dəyəri əvvəlcədən ödənildiyi üçün vətəndaşla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.20218-ci il tarixli qərarından görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-225/2018 saylı, 13 aprel 2018-ci il tarixi qətnaməsı ilə (sədrlik edən hakim M. Məmmədov) İddiaçı2 cavabdehlər X5 və Cavabdeh1 qarşı "Zəbt olunmuş mülkün geri qaytarılmasına dair "iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli 2(106)- 2059/2018 saylı qətnaməsi ilə (hakimlər Q. Kərimov sədrlik edən, məruzəçı, Z.Zeynalo və İ.Əsədov) Astara Rayon Məhkəməsinin 2(018)-225/2018 saylı 13 aprel 2018-ci il tarix qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Astara Rayon Məhkəməsinin 2(018)-225/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsi Bağırova Tahir: Dadaş qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin mulki kollegiyasının həmin iş üzrə 04 iyul 2018-cı tarıxlı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZ-T № 261880 saylı doğum haqqından şəhadətnamədən görünür ki, görünür ki, İddiaçı1 xx.xx.1985-ci ildə Astara şəhərində doğulmuşdur. X1, X2 qeyd edilmişdir. İş materiallarında olan AR-İİİ № etibarnamədən görünür ki, İddiaçı2 onu məhkəmədə təmsil etmək səlahiyyətlərini İddiaçı1 etibar etmişdir. İş materiallarında olan sənəddən görünür ki, Astara şəhəri, S.Vurğun küçəsi 150 ünavında quraşdırılmış **********56269 nömrəli sayğac X3 məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından iddiaçılar İddiaçı2 və İddiaçı1 istinad etdiyləri halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-938/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-938/2025
28.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver