Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-98/2023 06.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh Ağali oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası barədə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Ağali oğluna 3000 (üç min) manat məbləğində birdəfəlik kompensasiya ödənilməklə cavabdehin mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan Astara rayonu, Lələkəpeştə kəndidə yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı arvadı Teleyeva Balanisa Nəvuz qızı ilə birlikdə ünvan 1i ünvanında mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan 1964-cü ildə tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 25.5 kvadrat metrdən ibarət olan 1 otaqlı evdə yaşayırlar. Həmin evdə həmçinin xx xxxxxxxx 1980-ci il təvəllüdlü oğlu Cavabdeh Ağali oğlu da daimi passport qeydiyyatındadır. Oğlu Cavabdeh Ağali oğlu onunla və digər ailə üzvüləri ilə yola getmir daimi dava-dalaş salır. Bu əməllərinə görə o, Astara Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də onların bir yerdə yaşamaları mümkün deyildir. O, hazırkı iddia tələbi ilə 2021-ci il tarixdə də məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmişdir. Cavabdeh Ağali oğlu məhkəmənin həmin qətnaməsində apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(018)-805/2022 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)- 34/2021 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(018)-245/2022 saylı qətnaməsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi barədə olan 15 yanvar 2020-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi olmuşdur. Bundan sonra isə həmin fərdi yaşayış evinin onun mülkiyyətində olmasını təsdiq edən reyestr nömrəsi **********35- 10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarış almışdır. Cavabdeh Ağali oğlunun həmin fərdi yaşayış evində istifadə hüququnun olması onun mülkiyyət hüququnu pozur. Onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi kənddə 1 otaqlı evin aylıq kirayə haqqı təxminən 30 (otuz)-40 (qırx) manat təşkil edir. Qeyd edilən fərdi yaşayış evi köhnə və yararsız vəziyyətdədir. İddiaçı cavabdehin 3 illik kirayə haqqının ödənilməsini əsas götürərək cavabdeh iddiaçıya 3000 (üç min) manat məbləğində kompensasiya ödəməyə razıdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Ağali oğlu izahat verərək bildirdi ki, İddiaçı reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarışla həmin fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, onun və ailə üzvülərinin başqa yerdə yaşamalarına imkanları yoxdur. Atası İddiaçı digər qardaşı X1 aldadaraq həmin evi ələ keçirtmək istəyir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1933-cü il tarixdə Astara rayonu, Əsxənəkəran kəndində anadan olmaqla, Astara rayonu, Vaqo kəndində yaşayır. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Lələkəpeştə kəndində yaşadığı və ona məxsus olduğu ev 1964-cü ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı, 25,3 kv.m ümumi, 9,3 kv.m köməkçi və 16,0 kv.m yaşayış sahəsindən ibarətdir. Teleyeva Balanisa Nəvuz qızı və Cavabdeh Ağali oğlu həmin evdə daimi pasport qeydiyyatındadılar. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, həqətən nümayəndəliyin ərazisində 1 otaqlı evin kirayə haqqı 40 (qırx) manat təşkil edir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarışından görünür ki, Astara rayonu, Lələkəpeştə kəndində 0,32 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 25.3 kv.m olan fərdi yaşayış evi İddiaçı tam payı olmaqla, xüsusi mülkiyyətinə verilmişdir. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X2 rayonu, Vaqo kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Cavabdeh Ağali oğlu müsbət xarakteriza edilmişdir. Mülki işə əlavə edilmiş Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair” iddiası təmin edilmişdir. Mülki işə əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(018)-805/2022 saylı qətnaməsindən görünür ki, Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(018)-245/2022 saylı qətnaməsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi barədə olan 15 yanvar 2020-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi olmuşdur. Beləliklə, tərəflərin izahatlarına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı arvadı Teleyeva Balanisa Nəvuz qızı ilə birlikdə ünvan 1i ünvanında mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan 1964-cü ildə tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 25.3 kvadrat metrdən ibarət olan 1 otaqlı evdə yaşayırlar və həmin ünvanda daimi passport qeydiyyatındadılar. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarışına əsasən Astara rayonu, Lələkəpeştə kəndində 0,32 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 25.3 kv.m olan fərdi yaşayış evi İddiaçı tam payı olmaqla, xüsusi mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə Cavabdeh Ağali oğlunun isə iddia edilən fərdi yaşayış evindən istifadə hüququ vardır. Bundan başqa kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam barədə tələbi evin mülkiyyətçisi İddiaçı vermişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-in 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumu cavabdehdən alınıb, İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası təmin olunsun. Cavabdeh Ağali oğlunun İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu Lələkəpeştə (Vaqo) kəndində 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25,3 kvadratmetr olan fərdi yaşayış evinə istifadə hüququna 3.000 (üç min) manat kompensasiya verilməklə xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumu Cavabdeh Ağali oğlundan alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-98/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-98/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver