Məhkəmə qərarları › İş №2(019)-1037/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-1037/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1037/2020 19.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra «xxxxxxxxxxx» MMC) Cavabdeh qarşı kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: xxxxxxxxxxx» MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********37636 olan Samsung Galaxy A50 markalı telefon üçün 148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN Paltaryuyan üçün 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********8704 olan Samsung galaxy A10 markalı telefon üçün 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 1236 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1266 manatın Cavabdeh alınaraq, «xxxxxxxxxxx» Məhdud Məsuliyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qadada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialar dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********37636 olan Samsung Galaxy A50 markalı telefon üçün 148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN Paltaryuyan üçün 780 (yeddi yüz səksən) manat ödənilməmiş hissə, 78 (yetmiş səkkiz) manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********8704 olan Samsung galaxy A10 markalı telefon üçün 196 (yüz doxsan altı) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 1236 manat borc tələbini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Ərizəyə əlavə edilmiş sənədlər əsasında Cavabdeh «xxxxxxxxxxx» MMC-yə göstərilən məbləğdə borcu olması barədə dəqiq nəticəyə gəlmək mümkün deyildir. Qeyd olunanlara əsasən hesab edirəm ki, «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilməli və «xxxxxxxxxxx» MMC-yə ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266, 284-1, 284-2, 284-3 və 284-4-cü maddələrini rəhbər tutub, qərara aldım: «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin; iddiaçı «xxxxxxxxxxx» MMC-yə ərizənin qəbul edilməsindən imtina olunmasının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar