Məhkəmə qərarları › İş №2(019)-1138/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-1138/2021

12.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-1138/2021 12.11.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ X23 Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə İddiaçı mərhum atası X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi və 0,1016 ha həyətyanı torpaq sahəsi üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsinə dair 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli X22 X10nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən icbari təlimi müvəffəqiyyətlə bitirənlərə və ya peşə hazırlığına dair müsahibədən keçənlərə ixtisas komissiyası şəhadətnamənin verilməsi barədə qərar çıxardıqdan sonra şəxs ona şəhadətnamə verilməsinə görə dövlət rüsumu ödəməlidir; dövlət rüsumunun ödənilməsi haqqında sənəd təqdim edildikdən sonra 10 gün müddətində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ona beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir notariusun, habelə vakant xüsusi notarius vəzifəsini icra edən köməkçinin ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat ofisinin künc ştampı və blankları olmalıdır; notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir; notarius müvafiq icra hakimiyyəti orqanı tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyən edilən, Dövlət gerbinin təsviri əks olunmuş blanklardan istifadə etməlidir; notariusun elektron imzası olmalıdır; xüsusi notariusun möhürü, ştampları, blankları, o cümlədən etibarnamə və müqavilə blankları, habelə elektron imzası onun müvəqqəti olmadığı dövrdə yalnız onu əvəz edən köməkçiyə verilə bilər; vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış xüsusi notariusun möhürü və elektron imza sertifikatı bu Qanunun 25-1-ci maddəsinin ikinci hissəsində göstərilən hal istisna olmaqla, saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanına təhvil verilir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə əsasən xüsusi notarius şəhadətnamə aldıqdan sonra fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət tərəfindən mənə verilən hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata keçirəcəyimə, notariat sirrini qoruyacağıma and içirəm"; andiçmə bir dəfə olur; andın xüsusi notarius tərəfindən imzalanmış mətni onun şəxsi işində saxlanılır. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır; vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. Qanunvericilikdən görünür ki, xüsusi notarius müvafiq şəhadətnamə əsasında fəaliyyət göstərən, qanunla ona həvalə edilmiş notariat funksiyasını yerinə yetirən, özünün gerbli möhürü, təsdiq qeydləri ştampları, sair rekvizitləri və şəxsi hesabı olan bir vəzifəli şəxsdir və qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşıyır. Hazırki iddianın predmetini təşkil edən 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli X22 X10ni də Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 təsdiq etmişdir. Belə olan halda hazırki iddia üzrə əsl cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 olmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia üzrə cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin əsl cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 ilə əvəz edilməsini xahiş etmişdir. Azərbayan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən qanun normasının tələbləri rəhbər tutulmaqla məhkəmə iddiaçının nümayəndəsinin-vəkilinin yazılı razılığı əsasında hazırki iddia üzrə cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisini əsl cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 ilə əvəz etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun və üçüncü şəxs X9 atası X19 27 iyun 2017-ci il tarixdə ölmüşdür. X12 ölümündən sonra ünvan 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi və 0,1016 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 30 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Mərhum X1 ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi və 0,1016 ha həyətyanı torpaq sahəsini ona və üçüncü şəxs X13 vəsiyyət etmişdir. İddia ərizəsində əlavə edilmiş 28 oktyabr 2014cü il tarixli vəsiyyətnamənin surətindən də göründüyü kimi, X4 şəhəri, Fizuli küçəsi, dalan- 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evinin qabaq otaqlarını: üç otaq və mətbəxdən ibarət olan və eyni zamanıda həyətyanı torpaq sahəsini qızı - hazırki iş üzrə İddiaçı, evinin qalan hissəsini və yerdə qalan bütün əmlakını oğlu - hazırki iş üzrə üçüncü şəxs X13 vəsiyyət etmişdir. O, mərhum atası X8 miras qalmış həmin əmlak üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnu rəsmiləşdirmək məqsədi ilə iş üzrə cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində notariat ofisinə müraciət etmiş, lakin notarius ona vəsiyyətnamə üzrə vərəsəlik X10 vermək əvəzinə, X22 X10 vermiş və nəticədə ona çatacaq pay azalmışdır. Belə ki, iddia ərizəsində əlavə edilmiş 28 oktyabr 2014-cü il tarixli vəsiyyətnaməyə əsasən 0,1016 ha həyətyanı torpaq sahəsininin 3/4 hissəsi üzərində onun pay hüququ yarandığı halda, iddiaçıya verilmiş 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəlu X22 X10yə əsasən həmin pay 1/2 olmuşdur. Qeyd edilənləri nəzərə alıb, 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli X22 X10nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.03.2018-ci il tarixdə verilmiş RX seriyalı **********11-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1016 ha torpaq sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X4 şəhəri, Fizuli küçəsi, dalan-1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evinin qabaq otaqlarını: üç otaq və mətbəxdən ibarət olan və eyni zamanda həyətyanı torpaq sahəsini qızı - İddiaçı, evinin qalan hissəsini və yerdə qalan bütün əmlakını oğlu - hazırki iş üzrə üçüncü şəxs X13 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 26 may 2021-ci il tarixli X22 X10dən görünür ki, 27.06.2017-ci il tarixdə vəfat etmiş-X12 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan qızı İddiaçı Bllal qızıdır (AZE********, 17.03.2018 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1967) və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30.03.2018-ci il tarixdə X15 verilmiş **********11-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 124.60 kv/m olan fərdi yaşayış evi və 0.1016 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd:Miras əmlakın X13 çatacaq 1/2 hissəsinə X22 X10 verilmədən açıq saxlanıldı. İşdə olan 29.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 29.09.2021-ci il tarixdə hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə İddiaçı nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı və üçüncü şəxs X9 atası X19 27 iyun 2017-ci il tarixdə ölmüşdür. X12 ölümündən sonra ondan ünvan 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evi və 0,1016 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X3 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 30 mart 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Mərhum X1 ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 9 nömrəli fərdi yaşayış evinin qabaq otaqlarını: üç otaq və mətbəxdən ibarət olan və eyni zamanıda həyətyanı torpaq sahəsini qızı - hazırki iş üzrə İddiaçı, evinin qalan hissəsini və yerdə qalan bütün əmlakını oğlu - hazırki iş üzrə üçüncü şəxs X13 vəsiyyət etmişdir. Balakən regional "Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X7 iddiaçıya vəsiyyətnamə üzrə vərəsəlik X10 vermək əvəzinə, X22 X10 vermiş və nəticədə ona çatacaq pay azalmışdır. 28 oktyabr 2014-cü il tarixli vəsiyyətnaməyə əsasən 0,1016 ha həyətyanı torpaq sahəsinin 3/4 hissəsi üzərində iddiaçının pay hüququ yarandığı halda, iddiaçıya verilmiş 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli X22 X10yə əsasən həmin pay 1/2 olmuşdur. Buna görə də iddiaçı X22 X10nin etibarsız sayılması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən X22 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən X22 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən X22 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X22 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik X10 verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən vərəsəlik X10 mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik X10yə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik X10 verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik X10 verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius X22 X10 verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik X10yə daxil edilə bilərlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik X10 verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır; notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 26 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir; 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır; müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 95-ci bəndinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələr və dövlətə vərəsəlik X10 verir. Həmin Təlimatın 102-ci bəndinə əsasən, notarius X22 X10 verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 96-cı bəndinə görə vərəsəlik X10 vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik X10 altı aydan tez də verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsinə (əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması) əsasən, miras şərikləri arasından mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd olunur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-İi Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqlarm müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəalarm başqa cür qəbul edilməsi mülkiyyət növləri arasmda ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Məhkəmə «Sporronq və Lonnpot İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı iş uzrə» 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40, 41-ci bəndlərində göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması uçun kifayət qədər əsaslıdır. «İnsan Hüquqlarının və X11 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində deyilir ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli raşdırılması hüququna malikdir». Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri üə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Həmin maddənin İİ hissəsində qeyd olunur ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli X22 X10 etibarsız hesab edilməlidir. Həmçinin iddia təmin edildiyi üçün cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 10 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, V-272/2017 reyestr nömrəli X22 X10 etibarsız hesab edilsin; cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 10 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar