Məhkəmə qərarları › İş №2(019)-118/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-118/2025

22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-118/2025 22.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək hüquqmüəyyənedici sənədin - X14, X24, X15, Ərizəçi, X21 və X11 verilmiş JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X3 və X16 aid hissədə X8 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində yerləşən 0.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X24, X15, Ərizəçi, X21 və X9 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. X4 xx.xx.2020ci ildə ölmüşdür. Onun ölümündən sonra Balakən regional “ASAN xidmət” mərkəzində vərəsəlik işi açılmış, lakin JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında atası Nurəddinin atasının adı, “Ziyəddin” əvəzinə “Zeynəddin”, onun adı isə “Eşqin” əvəzinə “Elçin” qeyd edildiyinə görə ona atasından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Hazırda hüquqi maraqları JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş 0.74 ha torpaq sahəsinə elektron çıxarışın alınması və xx.xx.2020-ci ildə ölmüş X5 miras qalmış əmlaka vərəsəlik qaydasında öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmasından ibarətdir. Hüquqmüəyyənedici sənəddə göstərilən uyğunsuzluq olduğuna görə həmin sənədi başqa qaydada almaq mümkün deyildir. JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X14, X24, X15, Ərizəçi, X21 və X11 verilmiş torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin sənədlərdə “X12” əvəzinə “X14”, “X22” əvəzinə “Ərizəçi”na düzəliş edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti müsbət cavablandırılmamışdır. Hazırki vəziyyətdə hüquqmüəyyənedici sənəd- JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X14, X24, X15, Ərizəçi, X21 və X11 verilmiş torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin sənədlərdə “X12” əvəzinə “X14”, “X22” əvəzinə “Ərizəçi” qeyd edildiyinə görə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X32 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin adı Eşqindir, onun atası isə X14 olmuşdur. Onların ailəsində Elçin adında şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun dostudur. O,ərizəçini Eşqin kimi tanıyır, onun Elçin adında qardaşı yoxdur. Onun atası isə X14 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-435 KOD 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X6, X18, X13, X16, X17, X11 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.74 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 iyul 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394290 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 24 iyul 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 071143 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə anadan olmuşdur, atası X10 anası X24 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 avqust 2024-cü il tarixdə verilmiş 390 nömrəli məktubdan görünür ki, X22 ilə Ərizəçi (şəxsiyyət vəsiqəsi AA 7181048) eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 may 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 291805 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X24 arasında olan nikah 14 noyabr 2014-cü il tarixdə ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə verilmiş A-İ seriyalı 990696 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə Mamadova Xədicə arasında 24 dekabr 2014-cü ildə nikah bağlanmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli 3-21-3-47/2-A-0015-/2024 nömrəli məktubda göstərilmişdir ki;etibarnamə üzrə nümayəndəsi olduğunuz Ərizəçi və ailə üzvlərinə verilmiş JN-435 saylı “Dövlət aktı” sənədində mülkiyyətçilərin siyahısında adı və ata adlarının şəxsiyyət vəsiqəsinə uyğun qeyd edilərək dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır.Ərizənizin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki,ərizənizə qeyd olunan əmlaklara dair hüquqmüəyyənedici sənədlərin əsli əlavə olunmamışdır. Nəzərinizə çatdırırıq ki, ərazi idarəsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri ilə müəyyən edilmiş sənədlər əsasında aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu,əldə edilməsini,başqasına keçməsini,məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərinə uyğun olmalıdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8 və 10-cu maddələrinə əsasən şəxsiyyətinizi təsdiq edən sənəd, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin əsli ilə birgə bilavasitə X36 Xidmət mərkəzinə müraciət etdiyiniz təqdirdə qeyd olunan əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxılacaqdır. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X8, X19, X13, X16, X17 və X11 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.74 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 435 KOD 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir. Lakin torpağa mülkiyyət hüququna dair Dövlət X1 ata adı səhvən “Zeynəddin” , Ərizəçi Nurəddin oğlunun adı “ Elçin ” yazılmışdır. Ərizəçi mülkiyyətində olan torpaq sahəsini qeydə aldırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sözügedən uyğunsuzluğa görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi qeydiyyat aparmaqdan imtina etmişdir. Ərizəçi bu uyğunsuzluğu başqa qaydada aradan qaldıra bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd - JN-435, kod 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə X8 və X16 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd-JN-435, kod 40108018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə X8 və X16 aid hissədə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar