Məhkəmə qərarları › İş №2(019)-12/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-12/2020

06.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-12/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçıya düşən payının naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-220/2019 saylı qətnaməsinə əsasən anasından miras qalmış ona düşən payının 1/3 hissəsinin naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, anası X2 mülkiyyətində Balakən rayonu Gərəkli kəndində JN-10xx xxx 40110018 saylı Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X6 Timofeyevna xx xxxx 2006-cı ildə vəfat etmişdir. Anasının yeganə varisləri onlar-oğlanları Cavabdeh2, Cavabdeh1 və İddiaçı olmuşlar. O, anasından miras qalmış faktiki mirası qəbul etmiş bir şəxs kimi, həmin torpağı öz adına rəsmiləşdlirmək üçün Balakən rayon Dövlət Notariat Kontoruna müraciət edərkən ona bildirmişlər ki, ondan böyük qardaşı anasından qalmış miras əmlaka Qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. O, bununla bağlı Dövlət Notariat Kontoruna etirazını bildirmiş və həmin idarədən 681 saylı xx xxxxxx 2018-ci il tarixli məktubla ona bildirilmişdir ki, Azərbaycan Respublikası MM-nin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdurulməsi haqqında ixtilaf olduqda mübahisəyə məhkəmə baxır. Aralarındakı mübahisənin həlli ilə əlaqədar, eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2012-ci il tarixində qardaşı Cavabdeh2 verilmiş 2V-150 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Anasından qalan miras payını qardaşı tam olaraq mənimsədiyindən və həmin sahəyə onu buraxmadığını görüb, ona qanunsuz verilən xx.xx.2012-ci il tarixli 2V-150 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız edilməsi barədə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-220/2019 aylı Qətnaməsinə əsasən, mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, mərhum anası Qarayeva Mariya Tİimofeyevnadan miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin1/3 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlaması barədə qətnamə qəbul edilmişdir. Ona görə də hesab edir ki, mərhum anası X1 0.14 ha pay torpaq sahəsinin ona aid 1/3 hissəsi məhkəmə qaydasında naturada müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, anasından miras qalmış torpaq sahəsi ilə bağlı İddiaçılə aralarında mübahisə vardır. Sözügedən torpaq sahəsinin 1/3 hissəsinə iddiaçının payı müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçı özü qanunsuz sərhədlər müəyyən edir, ağaclar əkir. Bu səbəbdən onların arasında narazılıq baş vermişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş 681 nömrəli arayışdan görünür ki, İddiaçı adında həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş evi vardır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(019)-2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3hissəsinə İddiaçı miras payı müəyyən edilsin, miras əmlakın digər 2/3 hissəsi açıq saxlanmış, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2 (107)-2319/2019 nömrəli qətnaməsinə əsasən cavabdeh (digər iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli 2(019)-220/2019 nömrəli qətnaməsi dəiyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-228/2020 nömrəli qərarından görünür ki, həmin qərarla Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********15 nömrəli mütəxəssis rəyindən görünür ki, mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən torpaq sahəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron baza məlumatlarında JN-1096 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 1096 N cizgisində göstərilən 0.14 ha pay torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrə düşür və hüquqmüəyyənedici sənədlərə uyğundur. Hüquqmüəyyənedici sənəddə göstərilən mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. (Aparılmış təhqiqatın dəyəri 123.62 manatdır). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 10/323 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən torpaq sahəsi «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Elektiron baza məlumatlarında JN-1096 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 1096 N cizgisində göstərilən 0.14 ha pay torpaq sahəsi kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrə düşür və hüquqmüəyyənedici sənədlərə uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən hüquqmüəyyənedici sənəddə göstərilən mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, miras əmlakın digər 2/3 hissəsi açıq saxlanmışdır. İddiaçı mərhum anası X3 miras qalan 0.14 ha pay torpaq sahəsinin ona aid 1/3 hissəsinin naturada müəyyən edilməsi məqsədi ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mütəxəssis və ekspert rəyinə əsasən mərhum X3 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0.14 ha torpaq sahəsindən İddiaçı 1/3 hissə payının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X5 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq İddiaçı 123.62 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapital bankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN: **********, AZ23AİİB******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçıya düşən payının naturada müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 132.62 manat torpaq sahəsinin inventarlaşdırılması xərci tutulub Kapitalbankın 1 saylı Xətai filialı, Kod 200071, VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN: **********, AZ23AİİB ******************** №li hesaba, 50 manat ekspertiza xərci tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar