Məhkəmə qərarları › İş №2(019)-120/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-120/2022

31.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-120/2022 31.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X34 katibliyi, İddiaçı, onun vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X14, X13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X25, onun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X49n nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X73 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X42, üçüncü şəxslər-X30,X10, X20 və X15 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n cavabdeh X73 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X73 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X42,üçüncü şəxslər-X30, X10, X20 və X15 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X5ndan miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43 və X57 cavabdeh X73 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X52 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X57 və X25 2/3 hissə məcburi paylarının, X8 mirasından mirası qəbul etmiş X25 məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı öz iddiasını müdafiə edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiasını qəbul etməyərək izahatında göstərdi ki, atası X11 28 oktyabr 2006-cı iİ tarixdə ölmüşdür. Mərhum atası X4 ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X11 ondan miras qalmış bütün əmlakları 19 yanvar 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. Mərhum atası X4 miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində sonuncunun hüquqları 28 fevral 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Mərhum atası X4 miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində atasının sağlığında və ölümündən sonra yalnız o yaşamış, bununla miras əmlakını şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)- 286/2018 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarından da göründüyü kimi iş üzrə üçüncü şəxs X43 mərhum atası X4 miras qalmış ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmçinin qeyd olunan məhkəmə qərarlarından müəyyən edilmişdir ki, atası X11 özünə məxsus bütün əmlakları, o cümlədən, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini ona vəsiyyət etmiş və o, həmin miras əmlakları qəbul etmişdir. Atasından miras qalmış fərdi yaşayış evi hazırda mövcud deyildir, uçub dağılmışdır, torpaq sahəsi isə onun istifadəsindədir. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən iş üzrə cavabdeh X73 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət olunmuş, lakin, notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiası isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, atasından miras qalmış 0,25 hektar həyətyanı torpaq sahəsini yalnız o qəbul etmişdir, Yaqub Omarov həmin miras əmlakı qəbul etməmişdir. Ona görə həmin şəxslərin iddiaları təmin edilə bilməz.Qeyd edilənləri nəzərə alıb öz iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X43 öz iddialarını müdafiə edib, İddiaçı iddiasını qismən etiraf edərək izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində anadan olmuş və orada qeydiyyatdadır. Balakən rayonu Talalar kəndində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.3 kv.m. yaşayış, 55.5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X16 29 oktyabr 2006-cı il tarixdə vəfat etmiş, onun ölümü ilə sözügedən daşınmaz əmlaklar üzrə miras açılmışdır. Miras açılan zaman miras qoyanın qanun üzrə birinci növbədə vərəsələri olan arvadı- X64, qızı- X26,oğlanları- X31, X17, X44, İddiaçı, X43 və 1989-cu ildə anadan olmuş X57 qalmışlar. Özünü qanun üzrə birinci növbəli vərəsələrdən hesab edən cavabdeh İddiaçı miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən Rayon Dövlət Notariat Kontoruna xx.xx.2009-cu il tarixli ərizə ilə müraciət edəndə düzgün məlumat verməyərək, miras qoyanın öldüyü günədək ondan başqa yalnız dörd nəfər qanun üzrə birinci növbədə vərəsənin-mərhumun arvadı- X48, qızı- X13, oğlanları- X31 və oğlu X3 olduqlarını, başqa vərəsələrinin olmadıqlarını bildirmişdir. Halbuki, həmin vaxt miras qoyan X8 qanun üzrə birinci növbədə daha iki nəfər vərəsəsi - X57, oğlu X44 qalmışlar. Cavabdehlə yanaşı Balakən Rayon İcra Hakimiyyətinin Talalar ərazi üzrə nümayəndəliyi tərəfindən həmin vaxt notariusa düzgün olmayan məlumatı özündə əks etdirən mart 2009-cu il tarixli 373 nömrəli arayışda da X1 vərəsəsinin beş nəfərdən ibarət olduğu göstərilmişdir. Nəticədə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Buna görə onlar cavabdehlər İddiaçı və Balakən Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(019)-1748/2017 nömrəli qətnaməsi ilə iddia ərizələri təmin edilmiş, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı adına verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. Lakin ataları onları mirasdan məhrum etməmiş, heç vaxt onunla münasibətləri pis olmamışdır. İddiaçı notariat kontorunda vərəsəlik açdıranda bilərəkdən məlumat verməmiş və Talalar kənd icra nümayəndəsi ilə əlbir olub bilərəkdən notariusa vərəsələr barədə yanlış arayış təqdim etməklə mərhum atalarının varisi olmuş X33ndan onlara çatacaq miras payından onları məhrum etmişdir. X33 09 yanvar 2016-cı ildə ölmüşdür. Atası ilə anasının nikahları pozulmamışdır və buna görə də onlar bir-birinin birinci növbəli vərəsələri hesab olunurlar. X2 adına olan 0.25 ha həyətyanı torpaq sahəsi də ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakdır. X5 ilə X33nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən rayon Notariat Kontoruna müraciət etsələr də, mirasın bölüşdürülməsi ilə bağlı məhkəmədə iddia qaldırılması bildirilmişdir. X57 hal-hazırda Omarov Mahamarasul və Omarova Səfiyənin 07 iyun 2016-cı il tarixli 323 N-li təsərrüfatında qeydiyyatdadır. Omarova Təravət institut oxumuş və evlənmişdir. X9 və X48 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras payları qəbul etmişlər. X9 0.25 ha həyətyanı torpaq sahəsi 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişikdir. X9 miras əmlakının bir hissəsini qəbul etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar X49n iddialarının qismən təmin edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş X9 Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X48 və X49n ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının, mirası qəbul etmiş vərəsələr X46 və X35 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X48 Balakən rayonunun Talalar kəndində yerləşən X18 və X57 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr aralarında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X21, 1/14 hissəsinə X49n vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şkayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli 2(107)- 1627/2016 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016cı il tarixli qətnaməsi qismən, 0.12 hektar həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilmiş, həmin torpaq sahəsindəki payının 4/12 hissəsinə X21 və 7/12 hissəsinə X49n vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamədən yeni açılmış hallar üzrə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadı ilə iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli 2(107)-1627/2016 saylı qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsində həmin iş üzrə icraat dayandırılmışdır.O və X57 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X5 ilə X33nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 2(019)-634/2019 nömrəli 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X49n və onun cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X9 və X48 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxanda qeyd edilən məhkəmə qətnamələri ilə qəbul etdiklərindən, yəni X12 məxsus miras əmlakın bir hissəsini qəbul etdiklərindən 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X52 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X49n 2/3 hissə məcburi payları, X8 mirasından mirası qəbul etmiş X49n məcburi payı müəyyən edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X49n torpaq sahəsinin 15/42 hissəsi, onun torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X49n torpaq sahəsinin 15/42 hissəsi, ona da torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışları da Balakən Rayon Məhkəməsinin ləğv olunmuş 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ona verdiyindən və miras əmlakla və mülkiyyət payı ilə payı onlara düşən mülkiyyətləri azaldığından gələcəkdə çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər.Qeyd etdikləri nəzərə alınmaqla iddialarının təmin edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X25 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X49n nümayəndəsi və vəkili Nümayəndə X25 izahatına uyğun eyni məzmunlu izahat verərək üçüncü şəxslərin iddialarının təmin edilməsi,İddiaçı iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n iddiaları əsassızdır.İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X73 Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X53 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 vərəsələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 avqust 2022-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 128 nömrəli arayışdan görünür ki, Omarov Məmmədrasul (Mahamarasul) Abdulməcid oğlu və X58 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar, onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2021-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx/xx-1058 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1958-ci ildə anadan olmuş, atası X19, anası X65 yazılmışdlır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X73 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli 1344 nömrəli məktubda göstərilmişdir ki, “mərhum atanız X8 miras qalmış ünvan 1i ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə və üzərində yerləşən yaşayış sahəsi 41.3 kv.m, köməkçisi sahəsi 55.5 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X73 xidmət mərkəzində notariat ofisinə müraciət etmişsiniz. Vərəsəlik işində saxlanılan sənədlərdən məlum olmuşdur ki, miras əmlakın bölüşdürülməsi ilə əlaqədar tərəflər arasında mübahisələr mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Odur ki, məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* №li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Talalar kəndində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.3 kv.m , yaşayış ,55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 yanvar 2004-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X18 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,93 ha mülkiyyət torpağını və 0.25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd icra nümayəndəliyi tərəfindən 30 oktyabr 2006-cı ildə verilmiş AZ-İ seriyalı 216005 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X16 xx.xx.2006-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 898 nömrəli arayışdan görünür ki, X16 vəfat etdiyi xx.xx.2006-cı il tarixdə Balakən rayonu Talalar kəndində qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur: X64, X22, X32,X17, X43, İddiaçı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X46 və X57 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar X49n və X28 cavabdehlər İddiaçı Məmmədrəsul oğluna və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(102)-3349/18 nömrəli qərarından görünür ki,X49n kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(019)-634/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçılar X49n və X25 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş X9 Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X48 və X49n ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr X46 və X35 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə ½ hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016-cı ildə ölmüş X48 Balakən rayonunun Talalar kəndində yerləşən, X18 və X57 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və iddiaçı X57 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr X46, X35 və X57 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X21, 1/14 hissəsinə X28 və 1/14 hissəsinə X49n vərəsəlik hüququ üzrə payları müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)-1627/2016 nömrəli qətnaməsinin surətindən görünür ki,iddiaçılar X57 və X43 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, yəni «mərhum X48 Balakən rayonu Talalar kəndində yerləşməklə iddiaçı X57 ilə birgə mülkiyyətində olan 0.1 ha həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X23,1/4 hissəsinə X25 və 1/14 hissəsinə X49n vərəsəlik hüququnun müəyyən edilməsi» hissəsində ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, Balakən rayonu Talalar kəndində yerləşən mərhum X64 ilə iddiaçı X49n birgə mülkiyyətində olmuş 0,12 ha həyətyanı torpaq sahəsində hal-hazırda iddiaçı X49n payı 7/12 hissə, iddiaçı X25 payı 1/12 hissə, cavabdeh X23 4/12 hissə müəyyən edilmiş,Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadından görünür ki, iddiaçılar X57,X43 və onların vəkili Nümayəndə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsi ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2016-cı il tarixli 2(107)- 1627/2016 nömrəli qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yaqub Omarovun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin valideynləri X16 və X59 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar,onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır.X59 müstəqil tələb irəli sürən üçüncü şəxs X49 övladlığa götürmüşdür. X16 29 oktyabr 2006-cı il tarixdə, X64 isə xx.xx.2016-cı il tarixdə ölmüşlər.X1 birinci növbəli vərəsələri-X46,X26,X36,X37,X44 və X24r. X48 vərəsələri isə bu şəxslər, habelə onun övladlığa götürdüyü X50r. Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009-cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi X6 miras qalmışdır. X16 19 yanvar 2004-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus olan bütün əmlaklarını, o cümlədən 0.25 ha həyətyanı torpaq sahəsini və evini İddiaçı vəsiyyət etmişdir. İddiaçı 19 mart 2009-cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 2017-ci ildə iddiaçılar X57 və X43 cavabdeh İddiaçı və maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X6,X45 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009-cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarda göstərilən 0,25 hektar torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evindən mərhumlara aid hissəsindən onlara düşən hissə üzərində onlara qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tərəfindən 19 mart 2009-cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındığından Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X49n və X25 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları təmin edilməmişdir.Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017ci il tarixli qətnaməsi ilə İddiaçı verilmiş 19 mart 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X43 və X57 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçılar X49n və X25 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları miras əmlakın qəbul edilməməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3349/2018 nömrəli 21 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə ilk öncə qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X5ndan miras qalmış Balakən rayonu,Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı valideynləri tərəfindən birgə nikah dövründə əldə edilmişdir və adıçəkilən fərdi yaşayış evi məhv olmuşdur, mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159-cu maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Məhkəmə işin hallarını, İddiaçı miras əmlak olaraq qeyd etdiyi ünvan 1ində yerləşən fərdi yaşayış evinin məhv olmaqla hazırda mövcud olmamasını, 0,25 hektar həyətyanı torpaq sahəsi birgə əmlak olduğundan həmin torpaq sahəsinin yalnız ½ hissəsinin Mahamarasul Omarovun miras əmlakının kütləsinə daxil olmasını, İddiaçı atasından qalan mirası qəbul etməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)- 3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X48 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası ünvan 1ində yerləşən, 0,25 hektar həyətyanı torpaq sahəsinin mərhum atası Mahamarasul Omarova aid ½ hissəsi üzrə əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Həmçinin mərhum Səfiyə Omarovanın mərhum əri Mahamarasul Omarovdan qalan mirasda qanun üzrə vərəsəlik qaydasında payının deyil, məcburi payının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslər X49n və X25 Səfiyə Omarovadan qalan mirasdan məcburi paylarının deyil, qanun üzrə vərəsəlik paylarının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X48 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, mübahisə predeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X49n və X25 iddiaları təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, mərhum X5ndan miras qalmış, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququ müəyyən edilməli, onun iddia tələbi qalan hissədə təmin edilməməli, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n cavabdeh X73 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı, mərhum X5ndan miras qalmış, ünvan 1ində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququ müəyyən edilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X25 və X49n cavabdeh X73 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar