Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-124/2022 16.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 10 sentyabr 1982-ci il tarixdə Balakən rayonunun Sarıbulaq kəndində doğulmuş qızı- X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Sarıbulaq kəndində yaşayır. Qızı-10 sentyabr 1982-ci il tarixdə doğulmuş X3 “ Şizofreniya paranoid forma .F-20.0” diaqnozu ilə xəstədir. O,Şəki rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla oranın dispanser müşahidəsindədir. Hal-hazırda qızı Nuriyyəyə o, baxır. Nuriyyə özünü idarə edə bilmir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Qızı Nuriyyə qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı müraciət edərkən qızı Nuriyyənin ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan o sənədlərə imza edə bilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Ərizəçi qızı -10 sentyabr 1982-ci il tarixdə doğulmuş X3 “Şizofreniya paranoid forma” diaqnozu ilə xəstədir.O,Şəki rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda olmaqla oranın dispanser müşahidəsindədir. Hal-hazırda qızı Nuriyyəyə atası baxır. Nuriyyə özünü idarə edə bilmir,kənar şəxsin qulluğuna ehtiyacı var. 10 sentyabr 1982-ci ildə doğulmuş X5 qızının xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVAQ şöbəsi tərəfindən 29 sentyabr 1982-ci il tarixdə verilmiş Vİİİ-JQ seriyalı 427652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 sentyabr 1982-ci ildə anadan olmuş, atası Ərizəçi Məmməd oğlu, anası X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 01.10.2021-ci il tarixli 899 nömrəli arayışdan görünür ki, Balakən rayon Cederovtala kəndində yaşayan 1982-ci il təvəllüdlü X3 həqiqətən 11.09.2009-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. Diaqnoz:Paranoid Şizofreniya. F-20.0. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin 01 fevral 2022-ci il tarixli 66 nömrəli rəyindən görünür ki, X3 hal- hazırda xroniki psixi xəstəlik olan ŞİZOFRENİYA PARANOİD FORMA, NATAMAM REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı - 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən hazırki ekspertiza zamanı öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən X3 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 10 sentyabr 1982-ci il tarixdə doğulmuş qızı - X3 “Şizofreniya paranoid forma F- 20.0” diaqnozu ilə xəstədir. O,Şəki Rayon Psixiatriya Xəstəxənasında qeydiyyatda olmaqda orada dispanser müşahidəsindədir. X3 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 10.09.1982-ci ildə doğulmuş X1 xəstəliyi,yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən,ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Ruhi-Əsəb Dispanserinin 01 fevral 2022-ci il tarixli 66 saylı rəyinə əsasən X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qızı- 10.09.1982-cü ildə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qızı -10.09.1982-ci ildə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-124/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-124/2022
16.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver