Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-1356/2021 30.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, ərizəçi Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi Nürəddin qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 19 dekabr 1962-ci il tarixdə tərtib edilmiş 95 nömrəli nikah haqqında akt qeydi sənədinin “X1” yox ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq hesab edirəm ki, ərizənin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi Ərizəçi Nürəddin qızı 19 dekabr 1962-ci il tarixdə tərtib edilmiş 95 nömrəli nikah haqqında akt qeydi sənədin “X1”na yox, ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi Qeydiyyat orqanları tərəfindən verilmiş sənədlərin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilə bilməz. Eyni zamanda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarınında göstərilmişdir ki:
1. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.3. 2.2-ci bəndin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinin tələblərinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ərizəçi Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilməlidir. Ərizəçi Ərizəçi izah olunmalıdır ki, nikah akt qeydində düzəliş aparılması üçün Qeydiyyat orqanına müraciət etməli, qeydiyyat orqanı düzəliş aparmaqdan imtina etdikdə müvafiq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 268.1-ci maddələrini rəhbər tutub
qərara aldım:
Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin. Ərizəçi Ərizəçi izah olunur ki, nikah akt qeydində düzəliş aparılması üçün Qeydiyyat orqanına müraciət etməli, qeydiyyat orqanı düzəliş aparmaqdan imtina etdikdə müvafiq iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Hümbət Səlimov