Məhkəmə qərarları › İş №2(019)-141/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-141/2021

29.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-141/2021 29.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi Kamil qızının, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X16 qızının və maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Kamil qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Kamil oğlu ərizə ilə məhkəməyə müraciət edərək 06 iyun 2002-ci ildə Balakən rayonunun Gərəkli kəndində doğulmuş qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Kamil oğlu ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, 06 iyun 2002-ci il tarixdə doğulmuş qızı X10 anadangəlmə serebral iflic, uşaq selebral iflici, psixotik epizodlarla keçən ağır dərəcəli ağıl zəifliyi diaqnozu ilə xəstədir. Qızı Balakən Rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 1-ci qrup əlildir. 30.06.2020-ci il tarixə qədər xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Doğulduğu vaxtdan qızı Vahidəyə baxır və ona qulluq göstərir. Bununla bağlı o, dövlət tərəfindən sosial müavinət almışdır. Hal-hazırda qızına təkrar olaraq əlillik dərəcəsi təyin edilsə də, ona dövlət tərəfindən təyin olunmuş sosial müavinəti ala bilmir. Belə ki, qızı Vahidənin 18 yaşı tamam olduğundan və o, yetkinlik yaşma çatmış olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X10 anadangəlmə xəstədir. O, ambulator şəraitdə psixiatriya kabinetdə qeydiyyatdadır. Vahidə Abdullayeva xəstəliyi ilə əlaqədar olaraq əlildir və əmək qabiliyyəti yoxdur. X16 qızı xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 06 iyun 2002-ci ildə doğulmuş X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Ərizəçinin və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı ilə məhkəmə iclasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X10 adını düzgün söyləmiş, xəstə olduğunu bildirmiş, ancaq hansı xəstəlikdən əziyyət çəkməsi və atalar sözləri, gələcək planları və həyat şəraiti ilə bağlı fikirlər və mülahizələr söyləməsi barədə məhkəmənin və proses iştirakçılarının suallarına cavab verə bilməmişdir. İşdə olan 02.10.2020-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinənəyə dair məlumatından görünür ki, X1 iflic, uşaq serebral iflisi, psixotik epizodlarla keçən ağır dərəcəli ağıl zəifliyi diaqnozu ilə xəstədir. İşdə olan Balakən rayon VVADQ şöbəsi tərəfindlən 31 avqust 2002-ci ildə verilmiş AZ- seriyalı 266550 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 06 iyun 2002-ci ildə anadan olmuş, atası X11, anası Ərizəçi Kamil qızı qeyd edilmişdir. İşdə olan Balakən rayon ZAQS şöbbəsi tərəfindən 08 may 1976-cı ildə verilmiş İV-JQ seriyalı 345570 nömrəli doğum haqqında şəhadətinamədən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuş, atası Həsənov Kamil Abduriza oğlu, anası X13 qeyd edilmişdir. İşdə olan Qazax rayon Dəmirçilər kənd nümayəndəliyi tərəfindən 23 sentyabr 1999-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı 459475 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə Ərizəçi Kamil qızı arasında nikah 23 sentyabr 1999-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişldir. İşdə olan X6 08.02.2018-ci il tarixdə verilmiş 132821 nömrəli vəsiqədən görünür ki, o, anadangəlmə əlildir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsinin Balakən rayon filialı tərəfindən 19.10.2020ci il tarixdə verilmiş 2627 nömrəli arayışından görünür ki, Ərizəçi 50.0 manat sosial müavinət alır (sağlamlıq imkanı məhdud 18 yaşınadək qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 30.06.2020). İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Rublik Hüquqi Şəxsinin Balakən rayon filialı tərəfindən 19.10.2020-ci il tarixdə verilmiş 2628 nömrəli arayışından görünür ki, ana Ərizəçi 150.0 manat sosial müavinət alır (sağlamlıq imkanı məhdud 18 yaşınadək uşaq X10) . İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 fevral 2021-ci il tarixli, 276 nömrəli rəyindən görünür ki, X4 uşaq serebral İflici ilə əlaqədar ağır əqli gerilik (A72) aşkar olunur. Bunu anamnestik məlumatlar-psixi inkişafdan geri qalması, nevroloji əlamətlərin qeyd edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X9 və X21 müalicə olunması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - kobud nevroloji əlamətlərin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. Mülki işin materiallarının və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X5 uşaq serebral iflici ilə əlaqədar ağır əqli gerilik aşkar olunur. X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsas var. İşdə olan 19.10.2020-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi Kamil qızı hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin və qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 06 iyun 2002-ci ildə doğulmuş qızı X10 anadangəlmə serebral iflic,uşaq serebral iflici, psixotik eprziodlarla keçən ağıl zəifliyi diaqnozu ilə imbesillik səviyyə diaqnozu ilə xəstədir. X2 Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq Abdullayeva Vahidə Vahid qızı əlildir və əmək qabiliyyəti yoxdur. X10 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 06 iyun 2002-ci ildə doğulmuş X3 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 fevral 2021-ci il tarixli, 276 saylı rəyinə əsasən X16 qızı uşaq seribrel iflici ilə əlaqədar olaraq ağır əqli gerilik keçirdiyindən öz psixi vəziyətinə görə hərəkətlərinin mənasını anlayıb dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir, bununla əlaqədar olaraq X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 06 iyun 2002-ci ildə Balakən rayonu Gərəkli kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 iyun 2002-ci ildə Balakən rayonu Gərəkli kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar