Məhkəmə qərarları › İş №2(019)-145/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-145/2025

17.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-145/2025 17.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı- 07 avqust 1989-cu il tarixdə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Qullar kəndində yaşayır. 07 avqust 1989-cu il tarixdə doğulmuş qardaşı- X8 uşaq serebral iflici (tetraparez) xəstəsidir. Qardaşına o, baxır və qulluq göstərir. X8 uşaqlıqdan əlildir və 2006-cı ildən Balakən rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Qardaşı 10 aprel 2006-cı ildən etibarən əlilliyi ilə bağlı təqaüd alır, birinci qrup anadangəlmə müddətsiz əlildir. Qardaşının xəstəliyi ilə əlaqədar olaraq əlil arabasına ehtiyac duyulur. Qardaşının əlil arabasının istifadəsi mümkünsüz olduğundan müvafiq qurumlara müraciət edərək Umayev Yaşarın əlil arabası ilə təmin olunmasını xahiş etmişdir. Həmin qurumlardan ona əlil arabası və dövlət tərəfindən əlillər üçün müəyyən edilmiş digər imtiyazlardan istifadə edilməsi üçün qardaşının əvəzinə lazımi sənədlərin imzalanması səlahiyyətinin başqa şəxsə verilmədiyi bildirilmişdir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X8 anadangəlmə əlildir. O, uşaq sersebral iflici (tetraparez) diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, birinci qrup anadangəlmə əlildir və əmək qabiliyyəti yoxdur. X8 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 07 avqust 1989-cu ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 saylı TSEK Balakən rayon filialı tərəfindən verilmiş 1674/2006 nömrəli müayinə aktından Çıxarışdan görünür ki, 1989-cu il təvəllüdlü Balakən rayonu Qullar kənd sakini X8 uşaq serebral iflici, qalıq əlamətləri, tetraparez diaqnozu ilə xəstədir, birinci qrup əlildir. İşdə olan 10 aprel 2006-cı ildə verilmiş 242889 nömrəli vəsiqədən görünür ki, X8 birinci qrup uşaqlıqdan əlildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd icra nümayəndəliyi tərəfindən 05 sentyabr 1989-cu ildə verilmiş XİV seriyalı 428961- ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8, 07 avqust 1989-cu ildə anadan olmuş, atası X2 anası X1 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd icra nümayəndəliyi tərəfindən 12 sentyabr 1986-cı ildə verilmiş Xİ-JQ seriyalı 472008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 , 07 avqust 1986-sı ildə anadan olmuş, atası X2 anası X1 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 25 iyul 2011-ci ildə verilmiş AZ-İ seriyalı 677851 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 arasında 25 iyul 2011-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Çobanova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli 59 nömrəli rəyindən görünür ki, xx.xx.1989-cu ildə doğulmuş X8 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XVT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnitfatı 10-cu baxış)F70.1 xəstəliyindən əziyyət çəkir.O, öz əməlinin faktiki xarakterini tam dərk etmək, öz hərəkətlərini tam idarə etmək iqtidarında deyildir. X8 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab edilə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 30066 nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu xərci ödənilmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qardaşı- 07 avşust 1989-cu il tarixdə doğulmuş X8 uşaq serebral iflici (tetraparez) F70.1 diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X8 birinci qrup anadangəlmə əlildir və əmək qabiliyyəti yoxdur. X8 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 07 avqust 1989-cu ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 X5 Şöbəsinin xx.xx.2025-ci il tarixli 59 nömrəli rəyinə əsasən X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı-07 avqust 1989-cu ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı –07 avqust 1989-cu ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar