Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-146/2021 27.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxxxx 2020-ci ildə Balakən rayonunun Qaysa kəndində doğulmuş oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Qaysa kəndində yaşayır. Oğlu- xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X3 anadangəlmə kvadroplegik spastik serebral iflic, ağır dərəcəli əqli gerilik, baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozgunluqlar diaqnozu ilə xəstədir. O, Balakən Rayon Mərkəzi Xəstəxanasının nevroroji kabinetində qeydiyyatdadır, 1-ci qrup əlildir. Xəstəliyi ilə bağlı sosial müavinət almışdır. Hal-hazırda oğlu Sabirə özu baxır və ona qulluq göstərir. Oğlu onun himayəsində yaşayır. Sabirin anası olan X2 ilə boşanmışdır. Aralarındakı nikah pozulmuş, onlar ayrı yaşayırlar. Oğlu Sabir onunla birlikdə yaşayır. Hal-hazırda oğlu Sabirə təkrar əlillik dərəcəsi təyin edilsə də ona dövlət tərəfindən təyin olunmuş sosial müavinəti ala bilmir. Belə ki, oğlu Sabirin 18 yaşı tamam olduğundan və o yetkinlik yaşına çatmış olduğundan onun fəaliyyət qabliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X3 anadangəlmə xəstədir. O, ambulator şəraitdə nevroloji kabinetdə qeydiyyatdadır. Xəstəliyi ilə əlaqədar olaraq o, İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. X3 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 19 fevral 2002-ci ildə doğulmuş X1 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 632 nömrəli rəyindən görünür ki, X3 xroniki xəstəlik olan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ,İFADƏ OLUNMUŞ DAVRANİŞ POZGUNLUQLARİ,UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ QALİQ ƏLAMƏTLƏRİ İLƏ XBT-10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış)F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi sənədlər (TSEK-dən verilmiş xx.xx.2020-ci il tarixli müayinə aktı, DSMF-nın Balakən rayon şöbəsindən verilmiş 163184 saylı vəsiqə), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunması, nitq kontaktına girməməsi, durmadan səfehcəsinə gülümsəyərək mənasızcasına ətrafa boylanması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını,ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması,narahat və gərgin olması,yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq, yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin kəskin daralması və fizioloji tələblərlə motivləşməsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, atalar sözlərininin mənasını başa düşməməsi, tənqidi funksiyalarının kobud pozulması, intilekktininin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=32% və s.) imkan verir. X3 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZĞUNLUQLARİ, UŞAQ SEREBRAL İFLİCİNİN DAVAMLİ OLARAQ ƏLAMƏTLƏRİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirliyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X3 FƏALİYYƏT QABLİYYƏTİ OLMAYAN Şəxs hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 2020-cii il tarixdə doğulmuş oğlu- X3 anadangəlmə kvadroplegik spastik serebral iflic, ağır dərəcəli əqli gerilik, baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozgunluqlar diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X3 İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. X3 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx xxxxxx 2002-ci-ci ildə doğulmuş X1 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Ruhi-Əsəb Dispanserinin xx xxxxxx 2020-ci il tarixli 632 saylı rəyinə əsasən X6 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 2002-ci ildə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 2002-ci ildə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-146/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-146/2021
27.01.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver