Məhkəmə qərarları › İş №2(019)-149/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-149/2025

20.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-149/2025 20.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1, maraqlı şəxs- Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı- 23 may 1989-cu ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki , o, xx xxxxxx 1965-ci ildə anadan olmuşdur. X2, anası X7 olmuşlar.X3 ağır dərəcəli əqli gerilik davranış pozuntusu F 72 xəstəliyindən əzab çəkir. Balakən Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş epikrizdən görünür ki, X11 17 dekabr 2002-ci ildən Balakən RMX-nin psixatriya kabinetində qeydiyyatdadır. Onun kənar qulluğa ehtiyacı vardır. Daimi psixiatriya preparatları qəbul edir. Ata-anasından onlara miras ev və torpaq sahələri qalmışdır. Miras qalmış əmlakları sənədləşdirə bilmir. X3 öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyildir, mirasın qəbulu ilə bağlı notarius tərəfindən verilmiş suallara cavab verə bilmədiyinə görə miras əmlakları rəsmiləşdirə bilmir. X1 öz xəstəliyi ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda, ona özü qulluq edir. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə3 ərizəyə etiraz etməyərək izahatında göstərdi ki,X11 anadangəlmə əlildir. O, ağır dərəcəli əqli gerilik qulluq, müalicə tələb edən xəstəlik F 72.1 diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, anadangəlmə əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 23 may 1989-cu ildə doğulmuş X5 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X9 tərəfindən verilmiş Xəstənin ambulator stasionar tibbi kartasından Çıxarışdan görünür ki, 23 may 1989-cu ildə anadan olmuş Balakən rayonu Qullar kənd sakini X11 ağır dərəcəli əqli gerilik, qulluq tələb edən xəstə F72.1 diaqnozu ilə xəstədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayon ZAQS şöbəsi tərəfindən 10 sentyabr 1974-cü ildə verilmiş İ-JQ seriyalı 257617 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X6 ilə X4 arasında xx.xx.1974-cü ildə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayonu Qullar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11, xx.xx.1989-cu ildə anadan olmuş, X2 anası X7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Balakən rayonu ZAQS Şöbəsi tərəfindən 29 sentyabr 1974-cü ildə verilmiş İİİ-JQ seriyalı 261695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, xx.xx.1974-cü ildə anadan olmuş, X2, anası X7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd inzibati ərazə dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 avqust 2019-cu ildə verilmiş AZ-İİİ seriyalı 022929 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X7 24 iyul 2019-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd inzibati ərazə dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 may 2020-ci ildə verilmiş AZ-İİ seriyalı 069192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X6 26 aprel 2020ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, 23 may 1989-cu il tarixdə doğulmuş X11 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK, (İMBESİLLİK DƏRƏCƏSİNDƏ),DAVRANİŞ POZUNTULARİ İLƏ-xəstəliyindən əziyyət çəkməsi səbəbindən o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və ya öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X8 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN şəxs hesab etməyə əsaslar vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 8390 nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat dövlət rüsumu xərci ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkili və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qardaşı- 23 may 1989-cu il tarixdə doğulmuş X11 ağır dərəcəli əqli gerilik, qulluq, müalicə tələb edən xəstəlik F72.1 diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X11 anadangəlmə əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 23 may 1989-cu ildə doğulmuş X5 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli 371 nömrəli rəyinə əsasən X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı-23 may 1989-cu ildə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı-23 may 1989-cu ildə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar