Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-160/2021 14.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayndəsi-vəkili Vəkil1 və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X7 və vəkili Vəkil2 Əbdürrəhman oğlunun iştirakları ilə İddiaçı Cavabdeh1 və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası və Cavabdeh1 İddiaçı qarşı cavabdeh İddiaçı ona məxsus olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 nümayəndəsi vasitəsilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1i ünvanında xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ilk iddianın predmetini təşkil edən 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlandığından və təsdiq edildiyindən ilk iddiada texniki səhv olaraq cavabdeh kimi göstərilmiş Cavabdeh2 Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisi kimi, Balakən rayon Notariat Kontorunda 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi isə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi kimi qəbul olunmalıdır. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1ində aparılan torpaq islahatı nəticəsində ona və X1na həyətyanı torpaq sahəsi verilmişdir. 0.03365 kvm həyətyanı torpaq sahəsində 1966-cı ildə ümumi sahəsi 98.90 kv-dən ibarət iki mərtəbəli iki otaqlı fərdi yaşayış evi tikilmişdir. X1 04 aprel 2008-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra miras əmlakı öz adına rəsmiləşdirmişdir. Onun dörd nəfərdən ibarət ailə üzvləri var. Övladlarının biri 2002, digəri isə 2003-cü il təvəllüdlüdür. 10 ildən artıq olar ki, həkim-psixiatrın müalicəsini alır. Bəzən öz hərəkətlərinə sahib ola bilmir. Tez-tez depressiyalara düşür. Özünə tez-tez qəsd etmişdir və psixotrop dərmanlar olmadan yaşaya bilmir. X11 adında şəxs onunla uzun müddət söhbət apardıqdan sonra ona məxsus olan Balakən şəhərinə yaxın Tülü kəndində yerləşən 0.029950 ha torpaq sahəsini və onun üzərində yerləşən iki mərtəbəli 98.90 kvmdən ibarət fərdi yaşayış evini onun xarici ölkədə yaşayan qohumuna 8000 (səkkiz min) manata satılması barədə ondan razılıq almışdır. Həmin vaxt depressiyada olduğundan öz hərəkətlərinin mənasını başa düşməmiş və özünə rəhbərlik edə bilməmişdir. Evdə ailə üzvləri bunu bildikdən sonra çoxlu söz-söhbətlər olmuş, lakin özünə qəsd edəcəyindən qorxaraq onlar susmuşlar. X11 onun depressiyada olduğunu bilərəkdən onu aldadaraq, bir oktyabr 2020-ci ildə onu Cavabdeh2nə apararaq orada sənədlərə imzalatmışdır. Depressiyada olduğuna görə alqı-satqı prosessini tam xatırlamır. Bir neçə gün sonra o, özünü sərbəst idarə edə bilmişdir. Alqı-satqı müqaviləsindən təxminən 10 gün sonra o, Cavabdeh2nə gedərək orada bağlanılmış 01 oktyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətini götürmüşdür. Həmin müqavilə ilə tanış olduqdan sonra ona aydın olmuşdur ki, fərdi yaşayış evini 6000 manata, torpaq sahəsini 2000 manata qiymətləndirməklə cəmi 8000 manata evini və torpağını Cavabdeh1 satmışdır. Bundan sonra o və yoldaşı Cavabdeh1 nümayəndəsi X5 müraciət edərək, evini və torpaq sahəsini depressiyada olduğundan öz hərəkətlərinin mənasını başa düşmədiyinə və özünə rəhbərlik edə bilmədiyinə görə satdığını bildirmiş və onların ödədiyi pulu geri qaytarmaq və alqı-satqı müqaviləsini ləğv etmək istəmişdir. Cavabdeh1 nümayəndəsi X11 buna qəti narazılıq bildirmişdir. Yaşadığı ərazidə 0.03 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 98 kvm olan fərdi yaşayış evini heç kim 8000 manata satmaz. Bunu yalnız onun kimi ağlı başında olmayan insanlar edə bilər. O da bunu özündən asılı olmayan səbəblərdən etmişdir. Cavabdeh ondan və ailə üzvlərindən halallq almadan necə yaşaya bilər? Bu insanlıqdan kənar hərəkətlərdir. Hazırda cavabdehin nümayəndəsi onları evdən çıxarmaq istəyir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etməli olmuşdur. Balakən rayon Notariat Kontorunda 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ona və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı iddia iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçının iddia tələbini əsassız hesab edir. Belə ki, o, ünvan 2i ünvanında yaşayır. 01 oktyabr 2020-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzi notariat ofisində alqısatqı müqaviləsi bağlamaqla ünvan 1 sakini İddiaçı həmin ünvanda 0.029950 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.90 kv.metr olan fərdi yaşayış evini 8000 (səkkiz min) manata almışdır. Bundan sonra o, həmin əmlaka 20.10.2020-ci il tarixdə DƏDRX-nin Ərazi İdarəsindən qeydiyyat nömrəsi ********** olan öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hazırda həmin əmlak onun xüsusi mülkiyyətindədir. Cavabdeh evi satdıqdan sonra evdən çıxması üçün ona bir ay möhlət verilməsini, yəni 01 noyabr 2020-ci il tarixə kimi müddət verilməsini xahiş etmişdir. O, onun bu tələbini nəzərə almış və ona bir ay müddətinə -yəni 01 noyabr 2020-ci il tarixə kimi həmin evdə yaşamasına icazə vermişdir. Cavabdeh bu barədə üzərinə öhdəlik götürməklə 01 noyabr 2020-ci il tarixdə evdən çıxması ilə bağlı 28.10.2020-ci il tarixdə şahidlərin iştirakı ilə yazılı sənəd vermiş və həmin sənədə imza etmişdir. İddiaçı 01 noyabr 2020-ci il tarixdə evdən çıxması barədə üzərinə öhdəlik götürsə də, evi satmasına peşman olduğunu, evdən çıxmaq istəmədiyini bildirmişdir. O, dəfələrlə cavabdehə evdən çıxmasını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Hazırda o, cavabdehin ona məxsus evdən çıxarmaq istəyir. Buna görə də o, cavabdeh İddiaçı onun xüsusi mülkiyyətində olan evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq cavabdeh İddiaçı ünvan 1i ünvanında xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evindən çıxarılması və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hazırki işə tətbiq edilməli qanun normalarının tələbləri qaydasında baxılmasını qanuni və əsaslı sayır. Hazırki iş üzrə 05 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, Balakən rayon Notariat Kontorunda 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddianın məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X14 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddianın məzmununa uyğun izahat vermiş, ilk iddianın təmin olunmamasını, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə ilk iddia üzrə cavabdeh Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində notarial qaydada təsdiq edilmiş 01 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1ində yerləşən 0.029950 ha torpaq sahəsini və ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evini Cavabdeh1 8000 (səkkiz min) manata satmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********02-10301 olan, ********** qeydiyyat nömrəli 20.10.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1i fərdi yaşayış evi və 0.029950 ha yaşayış məntəqələrinin torpaqları 27 №li reyestr kitabının 23 №li vərəqində 20.10.2020-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********02-10301 olan, 826 invertar qeydiyyat nömrəli 05 oktyabr 2020-ci il tarixli Texniki Pasportdan görünür ki, ünvan 1i fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Sahibkar-biznesmen Səmədzadə Azər Tofiq oğlunun 31.10.2020-ci il tarixli arayışında göstərilir ki, ünvan 1ində baş yolda şəhərə yaxın ərazidə 0,03 ha həyətyanı torpaq sahəsi və onun üzərindən yerləşən 2 mərtəbəli ümumi sahəsi 98 kvm olan fərdi yaşayış evinin orta bazar qiyməti 35000-38000 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş ünvan 1 icra nümayəndəliyi tərəfindən 09 aprel 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 283849 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 04 aprel 2008-cı ildə ölmüşdür. İşə əlavə olunan və məhkəmə iclasında olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 12.10.2021-ci il tarixli №2359 nömrəli rəyində göstərilir ki, mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1- ci sual: 01 oktyabr 2020-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən xx.xx.1973-cü il təvəllüdlü İddiaçı hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik olmuşdurmu? Əgər olmuşdursa, onda o, həmin vaxt həmin xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdurmu? Əgər İddiaçı həmin vaxt psixi xəstəlik keçirmişdirsə, o, 01 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmasına münasibətdə anlaqlı, yoxsa anlaqsız olmuşdur? Cavab: Mülki iş materiallarının, təqdim olunmuş arayışın və yoxlanılan şəxsin hazırkı müayinəsinin tədqiqinə əsasən belə qənaətə gəlmək olar ki, 01 oktyabr 2020-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalayarkən İddiaçı “Yüngül dərəcəli depressiv pozuntu” qeyd olunmuşdur. Qeyd edilən psixi pozuntu İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etməmişdir. İddiaçı 01 oktyabr 2020-ci il tarixdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinə əsasən “anlaqsızlıq” anlayışı ictimai təhlükəli əməl törətmiş şəxslərə şamil edildiyindən İddiaçı qeyd olunan dövrdə anlaqlı, yaxud anlaqsız olduğunu müəyyən etmək mümkün deyil. Hal-hazırda xx.xx.1973-cü il təvəllüdlü X2 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik vardırmı? Əgər varsa, onda o, həmin xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadırmı? Əgər İddiaçı psixi xəstəlik keçirirsə, o, 01 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə münasibətdə anlaqlı, yoxsa anlaqsızdır? Cavab: İddiaçı hal-hazırda yüngül dərəcəli depressiv pozuntu aşkar olunur. Hal-hazırda İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Məhkəmə hazırki iş üzrə 05 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdehi, onun nümayəndəsini, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsini və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X10 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırki ilk iddia tələbi ilə bağlı ilk əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Məhkəmə ilk iddia üzrə iddiaçının onun Cavabdeh1 ilə 01 oktyabr 2020-ci il tarixli alqısatqı müqaviləsini bağlanan zaman depressiyada olduğundan öz hərəkətlərinin mənasını başa düşməməsi və özünə rəhbərlik edə bilməməsi barədə ilk iddia tələbinin əsaslandırıldığı hala hüquqi qiymət verərək, hesab edir ki, həmin halın mövcudluğu işdəki sübutlarla təsdiq olunmur və ehtimal edilən, lakin mövcudluğu sübut olunmayan belə bir hala istinad iddianın təmin edilməsi və sözügedən əqdin etibarsız hesab olunması üçün əsas ola bilməz. Belə ki, ambulator məhkəmə psixiatrik ekspertizasının 12.10.2021-ci il tarixli №2359 nömrəli rəyindən görünür ki, 01 oktyabr 2020-ci ildə daşınmaz əmlakın alqısatqı müqaviləsini imzalayarkən İddiaçı “Yüngül dərəcəli depressiv pozuntu” qeyd olunmuşdur. Qeyd edilən psixi pozuntu İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etməmişdir. İddiaçı 01 oktyabr 2020-ci il tarixdə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. İddiaçı hal-hazırda yüngül dərəcəli depressiv pozuntu aşkar olunur. Hal-hazırda İddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Buradan görünür ki, İddiaçı 01 oktyabr 2020-ci il tarixdə fəaliyyət qabiliyyətli olmuş, yəni öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin notariat orqanında bağlanmasında İddiaçı şəxsən iştirak etmiş, bu müqaviləyə əsasən İddiaçı fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyətçisi kimi iradə ifadəsinin nəticəsi olaraq 0.029950 ha torpaq sahəsini və ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evini Cavabdeh1 8000 manata (fərdi yaşayış evi 6000 manat və torpaq sahəsi 2000 manat) satmış və bu alqı-satqının müqabilində 8000 manatı Cavabdeh1 almışdır. Bu zaman notarius tərəfindən satıcıya və alıcıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci, 646-cı və 647-ci maddələrinin, Vergi Məcəlləsinin 150-ci, 220-ci maddələrinin, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağtı hüquqi nəticələr izah edilmişdir. Məhkəmə 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq, həmçinin qeyd edir ki, həmin müqavilədə bütün rekvizitlər; müqavilə tərəflərinin adları (soyadları, adları və atalarının adları) və müqavilənin predmeti göstərilmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə onlara xəbərdarlıq edilmiş, tərəflər müqaviləyə şəxsən imza etmiş, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, tərəflərin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətinin yoxlanması, müqavilənin təsdiqi üzrə dövlət rüsumunun tutulması və müqavilənin müvafiq nömrə ilə informasiya sisteminə daxil edilməsi qeyd edilmiş, müqavilə notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Eyni zamanda həmin müqavilənin tamlığını və düzgünlüyünü pozan hər hansı pozuntu və qanunsuzluqlar müəyyən edilməmişdir. İş materialları ilə mübahisələndirilən 01 oktyabr 2020-ci il tarixli müqavilənin bağlanması üçün tərəflərin iradəsinə hər hansı formada təsir edilməsi; hakimiyyətdən suiistifadə, aldatma, hədə təsiri altında, bir tərəfin o biri tərəflə pis niyyətlə razılığa gəlməsi və ya iddiaçının ağır vəziyyətə düşməsi nəticəsində, həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanması halları müəyyən edilməmişdir. 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması tərəflərin, o cümlədən İddiaçı iradə ifadəsinin nəticəsi olmuş, o cümlədən həmin şəxsə hüquq və vəztifələri izah edilməklə o, notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmiş və həmin şəxs buna imza etmişdir. İş üzrə iddiaçılar tərəfindən bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, müqavilədə göstərilən şərtlər tərəflərin iradə ifadəsinin nəticəsi olaraq şərtləşdirilmiş və həmin müqaviləyə əsasən sözügedən 0.029950 ha torpaq sahəsi və ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evi 8000 manat satış qiymətinin qarşılığında Cavabdeh1 titul sahibliyinə verilmişdir. Tərəflər həmin müqaviləni bağlamaqla öz iradə ifadələrininin həqiqi mənasını əks etdirmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilənin şərtlərini təvsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İş üzrə iddiaçı tərəf qeyd olunan 01 oktyabr 2020-ci tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ümumiyyətlə iddiaçı ilk iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə ilk iddia üzrə iddiaçı tərəfin təqdim etdiyi sahibkarbiznesmen X9 verdiyi 31.10.2020-ci il tarixli, 35 nömrəli arayışı ilk iddia tələbinin əsaslandırıldığı hallarla bağlı mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin arayışda hansı mötəbər sənədlərə, sübutlara əsaslanmaqla ünvan 1ində 0.03 ha həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 2 mərtəbəli ümumi sahəsi 98 kvmetr olan fərdi yaşayış evinin orta bazar qiymətinin məhz 35000-38000 manat təşkil etməsi müəyyən olunmur. Həmin arayışda göstərilən bu məlumat yalnız həmin şəxsin subyektiv mövqeyi olmaqla ehtimal xarakteri daşıyır. Heç bir mötəbər sübut, sənədlərə istinad edilmədən arayışda torpaq sahəsinin və evin qiyməti barədə ehtimaledici məlumatlar ilk iddia tələbinin əsaslandırıldığı halın, yəni 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını şərtləndirən halın əsası və təsdiqi ola bilməz. Digər tərəfdən qanunvericiliyə əsasən alqı-satqını satıcı və alıcı həyata keçirir və alqı-satı predmeti, onun qiyməti və şərtləri barədə həmin tərəflər razılığa gəlirlər. Yəni alqı-satqı satıcı və alıcının razılığı və iradə ifadəsi nəticəsində baş vermiş prosesdir ki, tərəflər də bu şərtlər barədə tam azaddırlar. Məhz bu iradə ifadəsi nəticəsində satıcı və alıcı öz aralarında müqavilənin bütün şərtləri barədə razılığa gəlməklə 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsini bağlamışlar. Göstərilənlər də ilk iddianın tamamilə əsassız olmasını göstərir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia əsassız olduğundan təmin edilməməli, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı oğluna aid edilməlidir. Göstərilənlərin konteksində məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək, həmçinin hesab edir ki, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 sözügedən fərdi yaşayış evini qanuni şəkildə vicdanlı əldə edəndir. Belə ki, işdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən 01 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış, həmin 0.029950 ha torpaq sahəsi və ümumi sahəsi 98.90 kvm olan fərdi yaşayış evi qanuni yolla Cavabdeh1 titul sahibliyinə keçmiş və həmin şəxs bu torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar dövlət tərəfindən qorunur. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Qaracayev X3 Elxan Musa oğlunun xüsusi mülkiyyətində olan evdə yaşayıb istifadə etməklə Cavabdeh1 mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdeh İddiaçı hazırda Cavabdeh1 xüsusi mülkiyyətində olan sözügedən fərdi yaşayış evinə heç bir hüququ; mülkiyyət, istifadə, icarə və sair hüquqları qeydə alınmamışdır və mövcud deyildir. Belə olan halda İddiaçı həmin evdə yaşaması, evə sahiblik etməsi və evdən istifadə etməsi üçün heç bir hüquqi əsası yoxdur və onun həmin evdən istifadəsi və evə sahibliyi qeyri-qanunidir. Ona görə də Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir Bu konteksdə məhkəmə qeyd edir ki, əmlakın geri tələbi üzrə iddia vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. İddiaçının həmin əmlaklar olmadığı halında alternativ olaraq həmin əmlakların dəyərini tələb etməsi isə vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbdir. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. İddia tələbini sübut etmə yükünün iddiaçının üzərinə qoyulması Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbindən doğur. İşdəki sübutlar əsasında müəyyən olunur ki, İddiaçı heç bir hüquqi əsas olmadan Cavabdeh1 xüsusi mülkiyyətində olan evdə yaşayıb istifadə etməklə Cavabdeh1 mülkiyyət hüquqlarına əsassız müdaxilə edir və onun mülkiyyət hüquqlarını pozur. Belə ki, mülkiyyət hüquqlarına belə bir müdaxilə qanunda nəzərdə tutulmamışdır, qanuni məqsəd daşımır, demokratik cəmiyyətdə zəruri deyildir, qarşılıqlı iddia üzrə iddiaçını əsassız məhrumiyyət yükünə məruz qoyur. Qeyd edilənlər də qarşılıqlı iddia tələbinin əsaslı olmasını göstərir. Ona görə də Cavabdeh1 fərdi yaşayış evinə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalı, İddiaçı həmin evdən çıxarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Ramazan oğlunun Cavabdeh1 və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan təmin olunmamalı, Cavabdeh1 İddiaçı qarşı İddiaçı ünvan 1i ünvanında xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair qarşılıqlı iddiası isə əsaslı olduğundan təmin olunmalı, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan, ünvan 1ində 0.029950 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia rədd edildiyi üçün ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı aid edilməli, qarşılıqlı iddia təmin edildiyi üçün qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh1 və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinə qarşı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində 01 oktyabr 2020-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməsin; ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə İddiaçı oğluna aid edilsin. Cavabdeh1 İddiaçı qarşı cavabdehin ona məxsus olan fərdi yaşayış evindən çıxarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilsin; İddiaçı ünvan 1i ünvanında Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.029950 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 98.80 kvm olan fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-160/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-160/2021
14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver