Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-186/2022 16.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN-554, kod 40109018 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” sənədinin Ərizəçi1 Nurmahama qızına aid hissədə Ərizəçi1 və “Ərizəçi2 Nurmahama” qızına aid hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə Balakən rayonu Meşəşambul kəndində yerləşən 2.54 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə JN 554 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin aktda Ərizəçi2 ata adı qrafasında Hacıyev əvəzinə Nurmahama, Ərizəçi1 ata adı qrafasında “Nurmahama” və “qızı” sözləri yazılmışdır. Mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikası ƏMDX DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən 09.12.2021-ci il tarixli məktuba əsasən çıxarış verilməkdən imtina edilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, dövlət aktında düzəlişlərin edilməsi ƏMDX DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ilə müraciət edilməlidir.Hesab edirlər ki, həmin torpaq sahəsi onların istifadəsindədir. Ona görə də hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi ilə məhkəməyə müraciət etməli olmuşlar.Qeyd edilənləri nəzərə alıb ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini müdafiə edərək ərizənin məzmununa uyğun izahatlar verərək ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN 554, KOD 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X1,X3,X10, X2, X11 və Ərizəçi1 Nurmahama qızına Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.54 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 21.12.2021-ci il tarixdə verilmiş 596 nömrəli arayışdan görünür ki, Behalov X12 rayonu Meşəşambul kənd sakinidir. JN-554 nömrəli dövlət aktında adı qeyd olunan Ərizəçi1 Nurmahama qızı ilə eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Meşəşambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 21.12.2021-ci il tarixdə verilmiş 595 nömrəli arayışdan görünür ki,Ərizəçi2 Balakən rayonu Meşəşambul kənd sakinidir. JN- 554 nömrəli dövlət aktında adı qeyd olunan Ərizəçi2 Nurmahama qızı ilə eyni şəxsdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Ərizəçi1 Məhəmməd oğluna ünvanlanmış 09 dekabr 2021-ci il tarixli **********77 nömrəli məktubda göstərilmişdir ki, “Torpaq islahatı nəticəsində Sizə və ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində qeyd olunan adların şəxsiyyət vəsiqəsi üzrə adları arasında uyğunsuzluq olduğu üçün məhkəməyə müraciət etmək məqsədilə imtina məktubunun verilməsinə köməklik göstərilməsi barədə ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır.Ərizənizin icrası ilə bağlı məlumat veririk ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Balakən rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-554 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədində düzəlişlərin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun ‘1.1 -ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 15.1.1-ci və 15.1.3-ci maddələrinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatından imtina olunur.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılmasına dair məhkəmə qərarı ərizəyə əlavə edilərək yenidən müraciət etdiyiniz təqdirdə məsələyə baxılacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Meşəşambul kənd soveti tərəfindən 25 aprel 1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1966-cı ildə doğulmuş, atası X5, anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Meşəşambul kənd icra nümayəndəliyi tərəfindən 23 dekabr 2021-ci il tarixdə verilmiş AZ-T 182344 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1994-cü ildə anadan olmuş, atası X4, anası Ərizəçi2 Hacıyov qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AA******* nömrəli və AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1966-cı ildə Ərizəçi1 xx.xx.1994-cü ildə anadan olmuşdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X1, X3, Behalov Səlihət Ramazan qızına, X2, X15 və Ərizəçi1 Balakən rayonu Meşəşambul kəndində yerləşən 2.54 ha torpaq sahəsi verilmişdir. Onların həmin torpaq sahəsinə hüquqlarına dair JN 554 KOD 40109018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı hazırlanmışdır. Lakin Dövlət aktında Ərizəçi2 ata adı səhvən “Nurmahama”, Ərizəçi1 ata adı da “Nurmahama” yazılmış, eyni zamanda “oğlu” əvəzinə və “qızı” yazılmışdır. Ərizəçilər adlarında olan torpaq sahəsini sənədləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi sözügedən uyğunsuzluğa görə qeydiyyat aparmaqdan imtina etmişdir.Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd hesab edilən JN-554, kod 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 Nurmahama qızına aid hissədə Ərizəçi1 və “Ərizəçi2 Nurmahama” qızına aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Hüquqmüəyyənedici sənəd hesab edilən JN-554, kod 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 Nurmahama qızına aid hissədə Ərizəçi1 və “Ərizəçi2 Nurmahama” qızına aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-186/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-186/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver