Məhkəmə qərarları › İş №2(019)-224/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-224/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-224/2024 01.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi huquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qaysa kəndi üzrə İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitablarında xx.xx.1978-ci il təvəllüdlü ərizəçinin adı, soyadı və atasının adının X2 qeyd edildiyi, hazırda ərizəçinin adı, soyadı və atasının adının Ərizəçi olduğundan Balakən rayon Dövlət Arxivi tərəfindən 17 may 2022-ci il tarixdə verilmiş 169 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək,Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə işin məhkəmədə baxılmasını tələb etmədiyini göstərərək,iş üzrə ərizənin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1, 185.4 və 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını,Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizənin baxılmamış saxlanması barədə ərizə verməsini, maraqlı şəxsin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən,onu ödəmiş-Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı Ərizəçi huquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair mülki iş baxılmamış saxlansın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən onu ödəmiş-Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə qaytarılsın. Ərizəçi izah olunur ki, yenidən ümumi qaydada ərizəi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar