Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-28/2023 18.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov ibadullah Şamil oğlunun katibliyi ilə Ərizəçi bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, mü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 yanvar 1983-cü ildə doğulmuş bacısı X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə 01 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qaysa kəndində yaşayır. Bacısı xx.xx.1983-cü il tarixdə doğulmuş X2 anadangəlmə “serebral iflici, tetru paretic forma epilepsiay tez-tez təkrarlanan.Oliqofreniya” diaqnozu ilə xəstədir. Bacısı Balakən Rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 1-ci qrup daimi əlildir. Xəstəliyi ilə bağlı social müavinət almışdır. Doğulduğu vaxtdan bacısına onun tərəfindən qulluq və baxıma ehtiyacı olmuşdur. Hal-hazırda bacısına o, baxır və ona qulluq göstərir. O, onun himayəsində yaşayır. Hal-hazırda bacısı Yassiyə İ qrup əlillik dərəcəsi təyin edilsə də, ona dövlət tərəfindən təyin olunmuş sosial müavinət ala bilmir. Belə ki, bacısı Yassinin 39 yaşı tamam olduğundan və o, yetkinlik yaşına çatmış olduğundan onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş edir. İşin məhkəmə iclasının 18 avqust 2023-cü il tarixə saat 10.00-a təyin olunmasına baxmayaraq iş üzrə Ərizəçi və maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 167-ci maddəsinə əsasən hazırki işin məhkəmə hazırlıq iclasının ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən görünür ki, X2 xx.xx.2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:… 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə… Məhkəmə işin materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, X2 öldüyündən və barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Ərizəçi qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi bacısı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Ərizəçi qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-28/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-28/2023
18.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver