Məhkəmə qərarları › İş №2(019)-287/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-287/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-287/2021 03.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,16.04.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə, 04.06.2019-cu il tarixli müqaviləsinə əsasən, Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioner üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə, 474 (dördyüz yetmiş dörd) manat dəbbə, ümumilikdə 3077 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3107 manatın Cavabdeh alınaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 16.04.2019-cu il və 04.06.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon, Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioner almış və nəticədə 3077 (üç min yetmiş yeddi) manat borc yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.04.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 800 (səkkiz yüz) manat (16 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 390 (üç yüz doxsan) manat olmaqla ondan 300 (üç yüz) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə, həmçinin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2721 (iki min yeddi yüz iyirmi bir) manat (24 av x 113 manat + 9 manat ilkin ödəniş) Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioneri üçün ümumilikdə 2687 (iki min altı yüz səksən yeddi) manat olmaqla, ondan 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə, 474 (dördyüz yetmiş dörd) manat dəbbə tutulmalıdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1008 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqramlar göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı əsas borc hissələrində tam qəbul edərək, dəbbə pulu hissələrində isə qəbul etməyərək, izahatında göstərmişdir ki, İddiaçıdən 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon və 04.06.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioner hissə-hissə ödənilməsi ilə nisyə almış, bu əşyalar üçün cəmi 1008 manat ödəmişdir. X3 A50 markalı telefon üçün İddiaçıyə 300 manat əsas borcu, Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioneri üçün isə 2213 manat əsas borcu vardır. Samsung Galaxy A50 markalı telefon üçün 90 manat dəbbə pulu və Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioneri üçün 474 manat dəbbə pulu çox hesablanmışdır. Məhkəmədən həmin dəbbə pullarının azaldılmasını xahiş edir. İddianın əsas borc hissələrində təmin olunmasına və dəbbə pullarının azaldılmaqla təmin olunmasına etirazı yoxdur. İşə mahiyyəti üzrə baxılmasını və məhkəmə qətnaməsinin çıxarılmasını tələb edir. İşdə olan 16.04.2019-cu il tarixli, 00616605 №-li müqavilədən və ümumən iş materiallarından görünür ki, Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindlən İMEİ Kodu **********17036 1 ədəd Samsunq Galaxy A50 markalı telefon 16 ay müddətinə kreditlə-nisyə satılmışdır. İşdə olan 04.06.2019-cu il tarixli, 00700737 №-li müqavilədən görünür ki, cavabdeh Cavabdeh iddiaçı xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hoffmann LED TV 1 ədəd Sonorous Surefix asqı və Hoffmann kondisioneri 24 ay müddətinə kreditlə-nisyə satılmışdır. İş materiallarından həmçinin görünür ki, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, borclu müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İşdə olan 04 yanvar 2021-ci il tarixli Cavabdeh maliyyə və ödəniş cədvəlindən görünür ki, iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh 16.04.2019-cu il tarixli müqavilə ilə ödəniş müddəti 16 ay, ilkin ödəniş 0, aylıq ödəniş 50 manat, alqı-satqı qiyməti 800 manat olmaqla İMEİ **********17036 Samsung Galaxy A50 mobil telefon nisyə satılmış, telefona görə əsas borca ödənilmiş məbləğ 500 manat, əsas borca ödənilməmiş məbləğ 300 manat, dəbbə 90 manat olmaqla ümumilikdə ödənilməmiş məbləğ 390 manat təşkil edir; həmçinin iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh 04.06.2019-cu il tarixli müqavilə ilə ödəniş müddəti 24 ay, ilkin ödəniş 9 manat, aylıq ödəniş 113 manat, alqı-satqı qiyməti 2721 manat olmaqla HOFFMANN LED TV Sonorous Surefiks asqı və HOFFMANN kondisioneri satılmış, kondisionerə görə əsas borca ödənilmiş məbləğ 508 manat, əsas borca ödənilməmiş məbləğ 2213 manat, dəbbə 474 manat olmaqla ümumilikdə ödənilməmiş məbləğ 2687 manat təşkil edir. İşdə olan 08.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı xxxx» MMC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdlir. İşə əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı-nin ona qarşı iddiasını 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə və 04.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioneri üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə tələbi hissəsində qəbul və etiraf edir, 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 manat dəbbə pulu və 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 manat dəbbə pulu tələbi hissəsində isə qəbul etmir, iddianın qismən təmin olunmasına etirazı yoxdur. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, 16.04.2019-cu il tarixli, 00616605 №-li müqaviləyə əsasən cavabdeh Cavabdeh iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İMEİ Kodu **********17036 1 ədəd Samsunq Galaxy A50 markalı telefon 16 ay müddətinə kreditlə-nisyə satılmış, həmçinin 04.06.2019-cu il tarixli, 00700737 №-li müqaviləyə əsasən Cavabdeh iddiaçı xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hoffmann LED TV 1 ədəd Sonorous Surefix asqı və Hoffmann kondisioneri 24 ay müddətinə kreditlə-nisyə satılmış, ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, borclunun müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməsi, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsinin penya ödənilməsinə yönəldilə bilməsi müəyyən olunmuş, 04 yanvar 2021-ci il tarixli Cavabdeh maliyyə və ödəniş cədvəlinə əsasən iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh 16.04.2019-cu il tarixli müqavilə ilə ödəniş müddəti 16 ay, ilkin ödəniş 0, aylıq ödəniş 50 manat, alqı-satqı qiyməti 800 manat olmaqla İMEİ **********17036 Samsung Galaxy A50 mobil telefonun satılması, telefona görə əsas borca ödənilmiş məbləğin 500 manat, əsas borca ödənilməmiş məbləğin 300 manat, dəbbənin 90 manat olmaqla ümumilikdə ödənilməmiş məbləğin 390 manat təşkil etməsi, həmçinin iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh 04.06.2019-cu il tarixli müqavilə ilə ödəniş müddəti 24 ay, ilkin ödəniş 9 manat, aylıq ödəniş 113 manat, alqı-satqı qiyməti 2721 manat olmaqla HOFFMANN LED TV Sonorous Surefiks asqı və HOFFMANN kondisionerinin satılması, buna görə əsas borca ödənilmiş məbləğin 508 manat, əsas borca ödənilməmiş məbləğin 2213 manat, dəbbənin 474 manat olmaqla ümumilikdə ödənilməmiş məbləğin 2687 manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçı xxxx» MMC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdlir. Cavabdeh məhkəməyəyə yazılı ərizə verməklə İddiaçı-nin ona qarşı iddiasını 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə və 04.06.2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioner üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə tələbi hissəsində qəbul və etiraf etdiyini, 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 manat dəbbə pulu və 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 manat dəbbə pulu tələbi hissəsində isə qəbul etmədiyini, iddianın qismən təmin olunmasına etirazının olmadığını bildirmişdir. Hazırda Cavabdeh iddiaçı təşkilata 16.04.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə əsas borcu və 04.06.2019-cu il tarixli müqavilə üzrə Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioner üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə əsas borcu vardır və ona 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 (doxsan) manat dəbbə pulu, həmçinin 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 (dördyüz yetmiş dörd) manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Resublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilələr üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 16.04.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə əsas borc və 04.06.2019cu il tarixli müqavilə üzrə Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioner üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə əsas borc tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı həmçinin cavabdehdən 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 manat dəbbə pulu, həmçinin 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 manat dəbbə pulu tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 manat dəbbə pulu həmin müqavilə üzrə 300 manat ödənilməmiş hissə tələbinə və 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 manat dəbbə pulu həmin müqavilə üzrə 2213 manat ödənilməmiş hissə tələbinə nisbətdə tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehdən ödənilməsi tələb edilən 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 manat dəbbə pulu və 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 manat dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməklə, hazırki müqavilələr üzrə əsas borc tələbinə dair kreditorun əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksək məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X2rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh ödənilməsi tələb edilən 16.04.2019-cu il tarixli müqavilə üzrə 90 manat dəbbə pulu 5 manat məbləğində və 04.06.2019-cu il tarixli müqavilə üzrə 474 manat dəbbə pulu 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, iddianı qismən-16.04.2019cu il tarixli müqavilə üzrə 300 manat ödənilməmiş hissə və 04.06.2019-cu il tarixli müqavilə üzrə 2213 manat ödənilməmiş hissədə etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə və 5 (beş) manat dəbbə pulu və 04.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioneri üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, ümumilikdə 2528 (iki min beş yüz iyirmi səkkiz) manat borc və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 24,65 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh 16.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********17036 olan Samsung Galaxy A50 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə və 5 (beş) manat dəbbə pulu və 04.06.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann LED TV, Sonorous Surefix asqı və Hoffmann kondisioneri üçün 2213 (iki min iki yüz on üç) manat ödənilməmiş hissə və 10 (on) manat dəbbə pulu, ümumilikdə 2528 (iki min beş yüz iyirmi səkkiz) manat borc və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 24,65 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar