Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-29/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş 09.04.2015-ci il təvəllüdlü oğlanları X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşaq üçün 180 manat məbləğində olmaqla aliment və hər ay əlavə xərclərə görə 100 manat məbləğində pulun onun xeyrinə tutulması, ağır kəllə-beyin əməliyyatı keçirmiş oğlanları X9 müayinə və müalicəsi üçün nikahlarının pozulduğu gündən bu günə kimi valideynlərindən alıb ödədiyi 4934 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə 09.04.2015-ci il təvəllüdlü X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutularaq iddiaçıya verilməsi nəzərdə tutulmuş hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 09.04.2015-ci il təvəllüdlü X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180.00 (yüz səksən) manat məbləğində olmaqla alimentin tutularaq, İddiaçı ödənilməsi, 02.08.2016-cı il təvəllüdlü X2 problemlə bağlı hər ay sərf olunan 200.00 AZN məbləğində pulun yarısı olan 100 manat pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi; 02.08.2016-cı il təvəllüdlü X9 təhsil, müayinə və müalicəsi üçün ödənilmiş 4934 (dörd min doqquz yüz otuz dörd) manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X14 qulluq etdiyinə görə Cavabdeh sonuncu 18 yaşına çatanadək hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi- vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia həcminin artırılması barədə ərizədə texniki səhv nəticəsində tələbinin 3-cü hissəsində digər uşağın, yəni 2015-ci il təvəllüdlü X13 adı qeyd olunmadığını bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə 09.04.2015-ci il təvəllüdlü X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutularaq iddiaçıya verilməsi nəzərdə tutulmuş hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 09.04.2015-ci il təvəllüdlü X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180.00 (yüz səksən) manat məbləğində olmaqla alimentin tutularaq, İddiaçı ödənilməsi, 02.08.2016-cı il təvəllüdlü X2 problemlə bağlı hər ay sərf olunan 200.00 AZN məbləğində pulun yarısı olan 100 manat pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi; 02.08.2016-cı il təvəllüdlü X9 və 09.04.2015-ci il təvəllüdlü X13 təhsil, müayinə və müalicəsi üçün ödənilmiş cəmi 4989,75 manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X14 əlavə xərc kimi Cavabdeh həmin uşaq 18 yaşına çatanadək hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması haqqında ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh-Cavabdeh ilə 15 iyun 2013-cü il tarixdə Balakən rayon Qediyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 09.04.2015- ci il tarixdə X20 və 02.08.2016- cı il tarixdə Əhmədov Firudin Elçin oğlu anadan olmuşlar. Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətlər pozulmuş və Balakən Rayon Məhkəməsinin ( hakim -Hümbət Səlimov) 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, ayrılmışlar. Məhkəmənin qərarına əsasən birgə nikandan olan 09.04.2015- ci il təvəllüdlü oğlu X20 və 02.08.2016-cı il təvəllüdlü X10 onun- anaları İddiaçı Firidin qızının yanında qalmaları və onların saxlanması üçün yetkinlik yaşma çatana qədər, cavabdehdən hər ay hər bir uşaq üçün 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Məhkəmə qərarında hər bir uşaq üçün 154 ( yüz əlli dörd) AZN sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması qət olunsa da, bu məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Kiçik oğlu beynində şiş olduğuna görə ağir cərrahiyyə əməliyyatı keçirmişdir. Əməliyyatdan sonra oğlu bir qayda olaraq özünü pis hiss edir. Mütəmadi olaraq onu müxtəlif xəstəxanalarda müayinə və müalicə etdirir. Nikahları pozulandan bu günə qədər övladlarının müayinə və müalicəsi üçün valideyinlərinin köməkliyi ilə xeyli miqdarda vəsait xərcləmişdir. O, heç yerdə işləmir. Övladları ilə birlikdə valideyinlərinin himayəsində yaşayırlar. Cavabdeh tərəfindən ödənilən aliment xəstə oğlu X3 və müalicəsinə qətiyyən kifayət etmir. X6 müalicəsi üçün maddi imkanı çatmır. Uşaqlarının gündəlik xərclərini, təhsil, təhsil məşğələlərini, müalicə və müayinəsinin haqlarını ödəyə bilmir. Dəfələrlə cavabdehə- keçmiş ərinə uşaqların əlavə xərcləri üçün müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh maddi cəhətdən imkanlıdır. Biznes fəaliyyəti ilə məşğul olur. Onun tərəfindən hər bir uşağa görə ödənilən 154 (yüz əlli dörd) manat məbləğində aliment uşaqların yaşaması və əlavə xərcləri üçün kifayət etmir. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə yaşayış minimumu həddində, 180 (yüz səksən) AZN məbləğində aliment və hər ay uşaqların əlavə xərclərinin ödənilməsi üçün 100.00 AZN məbləğində pul onun xeyrinə tutulmalıdır. Həmçinin 2019-cu ildən, nikahın məhkəmə qaydasında pozulduğu 04 fevral 2019-cu il tarixdən bu günə qədər X6 müayinə və müalicəsi üçün borc alaraq 11.12.2018ci il tarixdə 000344 saylı qəbzlə 11 man, 17.12.2018-ci ildə 000607 saylı qəbzlə 40.0 manat, 000326 saylı qəbzlə 40 manat, 19.03.2019-cu ildə Modern Hospitala 36 manat, 11.10.2019-cu ildə 15 manat, 10.10.2019-cu ildə Leyla klinikasına 134 manat, 20.10 2020ci ildə 90 manat,19.10.2020-ci ildə 50 manat, 07.05.2019-cu ildə 020135 saylı qəbzlə 140 manat, 15.05.2019-cu ildə 021389 saylı qəbzlə 98 manat, 16.05.2019-cu ildə 021553 saylı qəbzlə 25 manat, 17.05.2019-cu ildə Referans klinikasına 9.0 manat, 6 iyul 2019-cu il tarixdə 253398 saylı qəbzlə 120 manat, 10.10.2019-cu ilə Leyla klinikasına 114 manat, 10.102019-cu ildə Leyla klinikasına 45 manat, 19.10.2019-cu ildə 083702 saylı qəbzlə 190.00 manat, 083703 saylı qəbzlə 50 manat, 04.03.2021-ci ildə 105925 saylı qəbzlə 65 manat, 16.03.2021-ci ildə 45 manat, 17.07.2021-ci il tarixdə 24 manat, 17.03.2021-ci il tarixdə 12 manat, 17.03.2021-ci ildə 70 manat, 04.03.2021-ci ildə 63 manat, ödədiyi 1500 (min beş yüz) manat, övladları X13 müalicə və müayinələri üçün 21 sentyabr 2019-cu ildə 253395 saylı qəbzlə 85 manat, 30 may 2019-cu ildə 253400 saylı qəbzlə 120 manat, 14.09.2021 -ci ildə 947752 saylı qəbzlə 83 manat, 30.09.2019-cu ildə 40 manat, 30.09.2019-cu ildə 33 manat, 30.09.2019-cu ildə Leyla klinikasına 10 manat, 01.03.2021ci ildə 30 manat, 02.03.2021-ci ildə Leyla klinikasına 24 manat, 02.03.2021-ci ildə Leyla klinikasına 45 manat, 02.03.2021-ci ildə Leyla klinikasına 35 manat, 16.03.2021-ci ildə Leyla klinikasına 45 manat, 16.03.2021-ci ildə Leyla klinikasına 104 manat, 16.03.2021-ci ildə Leyla klinikasına 73 manat, 16.03.2021-ci ildə Leyla klinikasına 41 manat, 17.03.2021ci ildə Güvən klinikasına 63 manat ödədiyi 914 manat, həmçinin birgə nikahdan olan övladlarının “Sehirli Dayə” uşaq baxçasına tərbiyəsi üçün ödənilmiş 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pul, cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq iddia ərizəsində uşaqların müayinə-müalicə və təhsili üçün ödənilən məbləğlərin düzgün göstərilmədiyini, həmin məbləğlərin dəqiqləşdirildiyini, X9 müayinə və müalicəsi üçün 1484,94 manat və X13 müayinə və müalicəsi üçün 984,81 manat sərf olunduğunu, onların bağçaya verilməklə təhsil xərclərinə 2520 manat sərf olunduğunu, ümumilikdə uşaqların müayinə-müalicə və təhsil xərclərinə 4989,75 manat sərf olunduğunu bildirib, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə 09.04.2015-ci il təvəllüdlü X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh tutularaq iddiaçıya verilməsi nəzərdə tutulmuş hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 09.04.2015-ci il təvəllüdlü X13 və 02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180.00 (yüz səksən) manat məbləğində olmaqla alimentin tutularaq, İddiaçı ödənilməsi, 02.08.2016-cı il təvəllüdlü X2 problemlə bağlı hər ay sərf olunan 200.00 AZN məbləğində pulun yarısı olan 100 manat pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi; 02.08.2016-cı il təvəllüdlü X9 və 09.04.2015-ci il təvəllüdlü X13 təhsil, müayinə və müalicəsi üçün ödənilmiş 4989,75 manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X9 vaxtaşırı müayinə və müalicəsinə əlavə xərc kimi Cavabdeh həmin uşaq 18 yaşına çatanadək hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qismən- 02.08.2016-cı il tarixdə anadan olmuş X9 müayinə və müalicəsi üçün sərf olunmuş 1484,94 manat pulun yarısı-742,47 manat tələbi hissəsində qəbul edərək, qalan hissələrdə isə qəbul etməyərək, 02.08.2016-cı il tarixdə anadan olmuş X9 müayinə və müalicəsi üçün sərf olunmuş 1484,94 manat pulun yarısı-742,47 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmiş, iddianın qalan hissələrdə əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 09 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-T 104177 və AZ- T104178 №-li doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X20 09.04.2015-ci il tarixdə, X16 02.08.2016-cı ildə anadan olmuş, ataları Cavabdeh, anaları X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(019)-204/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Əhmədova (Məmmədova) Lalə Firidun qızı ilə Cavabdeh arasında bağlanmış 15.06.2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 108 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları - 09.04.2015-ci ildə anadan olmuş X20 və 02.08.2016-cı ildə anadan olmuş X9 anası Əhmədova (Məmmədova) Lalə Firidun qızının yanında saxlanması, 09.04.2015-ci ildə anadan olmuş X20 və 02.08.2016- cı ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 154 (bir yüz əlli dörd ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Əhmədova (Məmmədova) Lalə Firidun qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24.04.2021-ci il tarixdə verilmiş AZ-İİ ******* nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X24 24 aprel 2021-ci il tarixdə nikaha girmiş və nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X25 16 saylı regional ərazi filialının 19 aprel 2021-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan 02.08.2016-cı il təvəllüdlü (vəsiqə AZE ********) Əhmədov Firudin Elçin oğluna sağlamlıq imkanları məhdud əlil uşaq kimi 12.09.2018-ci il tarixdən 12.09.2021-ci il tarixədək 150 (bir yüz əlli) manat sosial müavinət ödənilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 7 saylı uşaq poliklinikasının uşağın inkişaf tarixi kitabçasından görünür ki, X9 baş beyninin KT müayinəsi nəticəsində ZÇYA böyük kista (medulloblastoma?) . KT-daxili hidrosefallin xəstəlyinin olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Rusiya Səhiyyə Nazirliyi akademik N.N.Burdenko adına neyrocərrahiyyə mərkəzinin verdiyi epikrizdən çıxarışdan görünür ki, Əhmədov Firudin Elçin oğlunun müayinəsi zamanı ona beynin sağ qemisferinin şişi, okklyüzion qidrosefalin, 14.12.2017-ci ildə şişin götürülməsindən sonrakı vəziyyət diqanozu qoyulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Uşaq Kliniki X1 exodoplerkardioqrafiya müayinəsinin nəticəsindən görünür ki, ürək boşluqları konkordans yerləşmişdir. Aorta sol mədəcik, ağ ciyər arteriyası sağ mədəcikdən çıxır. Ürək daxili ölçülər norma daxilindədir. Qulaqcıqlararası çəpərdə defekt aşkarlandı (ASD) kiçik diametrdə. Qapaq aparatı intakdır. Sol mədəcik sistola. Diastalik funksiyası normaldır. Pulmonal arteriya:Ana pulmonal arteriya normal, şaxələri konvilent. Botal axacıq aşkar edilmədi. Perikard:Perikardda perikardial maye izlənilmədi. Enkokard vegetasiya. Tromb aşkar edilmədi. Miokard ventrikulyar noncompaction. Kütlə, törəmə qeyd edilmədi. Nəticə:Kiçik sekundum ASD/PFO. MÇ min. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mərkəzi Klinikanın pediatrik transtorasik exokardioqrafik protokolundan görünür ki, X11 ASD (kiçik sekundum) aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Poliklinika Şöbəsinin ambulator kartdan arayışdan (L0123310-A2********) görünür ki, X14 C71.5-beyin mədəciyinin bədxassəli yenitörəməsi grade İ diaqnoz qeydi: Sağ hemiseferanın Pilositar astrositoması.VVHO GRADE İ.Cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuş, ona qarşı müvafiq müayinə və müalicə tədbirləri həyata keçirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «Sehirli Dayə» uşaq bağçasının 01 noyabr 2018-ci il tarixli 43 №-li, 03 dekabr 2018-ci il tarixli 72 №-li, 03 yanvar 2019-cu il tarixli 18 №-li və 05 fevral 2019-cu il tarixli 34 №-li kassa mədaxil orderlərindən görünür ki, X18 tərəfindən «Sehirli Dayə» uşaq bağçasına 01 noyabr 2018-ci il tarixdə 630 manat, 03 dekabr 2018-ci il tarixdə 630 manat, 03 yanvar 2019-cu il tarixdə 630 manat və 05 fevral 2019-cu il tarixdə 630 manat, cəmi 2520 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mərkəzi Klinikanın hesablarından görünür ki, X18 tərəfindən X9 müayinəsi üçün həmin klinikanın hesabına 19.10.2020-ci il tarixdə cəmi 50 manat, 20.10.2020-ci il tarixdə cəmi 90 manat və 04.03.2021-ci il tarixdə cəmi 63 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mədaxil qəbzlərindən görünür ki, X18 tərəfindən X9 müayinə və müalicəsi üçün 16.05.2019-cu il tarixdə 25 manat, 19.10.2020-ci il tarixdə 190 manat, 19.10.2020ci il tarixdə 50 manat, 04.03.2021-ci il tarixdə 63 manat, 27.05.2019-cu il tarixdə 120 manat, 15.05.2019-cu il tarixdə 98 manat, 17.12.2018-ci il tarixli qəbzlə 40 manat, 11.12.2018-ci il tarixli qəbzlə 11 manat, 17.12.2018-ci il tarixli qəbzlə 40 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mədaxil qəbzlərindən görünür ki, X17 tərəfindən X13 müayinə və müalicəsi üçün 83 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş LEYLA Medikal Center-in və Modern Hospitalın müvafiq qəbzlərindən görünür ki, X21 tərəfindən X9 müayinə və müalicəsi üçün 16.03.2021-ci il tarixdə 45 manat, 16.03.2021-ci il tarixdə 114 manat, 11.10.2019-cu il tarixdə 45 manat, həmçinin 10,59 manat, 36 manat, 15,32 manat və 134,25 manat ödəniş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş LEYLA Medikal Center-in müvafiq qəbzlərindən görünür ki, X21 tərəfindən X13 müayinə və müalicəsi üçün 30.09.2019-cu il tarixdə 40 manat, 30.09.2019-cu il tarixdə 33 manat, 16.03.2021-ci il tarixdə 45 manat, 16.03.2021-ci il tarixdə 104 manat, 16.03.2021-ci il tarixdə 73 manat, 16.03.2021-ci il tarixdə 41 manat, 02.03.2021-ci il tarixdə 24 manat, 02.03.2021-ci il tarixdə 45 manat və 02.03.2021-ci il tarixdə 35 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş GÜVEN Klinikasının, "xxxx" MMC-nin və X12 Mərkəzinin mədaxil qəbzlərindən görünür ki, X19 tərəfindən X9 müayinə və müalicəsi üçün 17.03.2021-ci il tarixdə 24 manat, 17.03.2021-ci il tarixdə 12 manat, 17.03.2021-ci il tarixdə 70 manat, 06 iyul 2019-cu il tarixdə "xxxx" MMC-yə 120 manat, 17.05.2019-cu il tarixdə X12 Mərkəzinə 9 manat ödəniş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş GÜVEN Klinikasının və "xxxx" MMCnin mədaxil qəbzlərindən görünür ki, X19 tərəfindən X13 müayinə və müalicəsi üçün GÜVEN Klinikasına 17.03.2021-ci il tarixdə 63 manat, 17.03.2021-ci il tarixdə 12 manat, 17.03.2021-ci il tarixdə 47 manat, 17.03.2021-ci il tarixdə 24 manat, "xxxx" MMC-yə 21 sentyabr 2019-cu il tarixdə 85 manat, 30 may 2019-cu il tarixdə 120 manat ödəniş edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 3 ödəniş qəbzindən həmçinin görünür ki, X17 tərəfindən Bakı şəhərində yerləşən X22 40 manat, 30 manat və 30 manat ödəniş edilmişdir. İddiaçının təqdim etdiyi və məhkəmə tərəfindən tədqiq olunmuş qəbzlərlə iddiaçı tərəfindən X9 müayinə və müalicəsinə 1484,94 manat, X13 müayinə və müalicəsinə 984,81 manat, hər iki uşağın bağça xərcərində ifadə olunan təhsil xərcləri ilə bağlı 2520 manat, ümumilikdə 4989,75 manat vəsaitin sərf olunması göstərilmişdir. İşə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 X25 24.12.2021-ci il tarixli 978/KEŞ nömrəli ekspert rəyində göstərilir ki, 2016-cı il təvəllüdlü X9 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Tibbi-Sosial Ekspert Komissiyasında Firidun Əhmədovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, 05.10.2021 -ci il tarixdə aparılmış müayinə zamanı onda “Beyin mədəciyinin bədxassəli yenitörəməsi. Beyin mədəcəyinin sağ hemisferanın pilositaz astrositoması. WFİO GRADE İ. Cərrahi əməliyyatdan sonrakı hal. Ağırlaşma. Kəkələmə (hıqqana-hıqqana danışmaq). Ağırlaşma. Dəqiqləşdirilməmiş ataksiya. Ağırlaşma. Qeyri-üzvi mənşəli enurez. Ağırlaşma. Paral itik çəpgözlük, daxili çəpgözlük” diaqnozu təyin edilmişdir. Qeyd edilən xəstəliklərlə əlaqədar onun davamlı müalicəyə ehtiyacı vardır. İşə əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15 X25 24.12.2021-ci il tarixli 978.1/KEŞ nömrəli ekspert rəyində göstərilir ki, 2015-ci il təvəllüdlü X13 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlinir: 1. Rövşən Əhmədovun adına 12 saylı Uşaq Poliklinikasında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 10.09.2020-ci il tarixdə oftolmoloqun müayinəsi zamanı onda “OU daxili çəplik”, 15.07.2021 -ci il tarixdə aparılmış müayinə zamanı “Akom spazmı” və “Sinir reflektor oyanıqlıq. Dəqiqləşdirilməmiş tiklər” olduğu müəyyən edilmişdir. Qeyd edilən xəstəliklərlə əlaqədar onun davamlı müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 04 fevral 2019-cu il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 160 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2022-ci ildə uşaqlar üçün yaşayış minimumunun 193 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, 09.04.2015-ci ildə doğulmuş X13 və 02.08.2016-cı ildə doğulmuş X4 üçün Balakən Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2(019)-204/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün 154 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatlarının artması xüsusunda onların təminat tələbinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi yeni ailə quran cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddia ərizəsindən, iddiaçının nümayəndəsi-vəkilinin izahatından və iş materiallarından görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən olunmalı, iddia hər uşaq üçün hər ay 170 manatdan artıq alimentin artırılması tələbi hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia alimentin artırılması tələbi hissəsində qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2(019)-204/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), 09.04.2015-ci ildə doğulmuş X13 və 02.08.2016-cı ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla hər ay cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia hər uşaq üçün 170 manatdan artıq alimentin artılıması tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə, işin hallarına hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia iddiaçının 02.08.2016-cı il təvəllüdlü X2 problemlə bağlı hər ay sərf olunan 200.00 AZN məbləğində pulun yarısı olan 100 manat pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi tələbi hissəsində təmin edilməməli, X9 və X13 təhsil, müayinə və müalicəsi üçün ödənilmiş 4989,75 manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi və sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X14 əlavə xərc kimi Cavabdeh sonuncu 18 yaşına çatanadək hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi tələbi hissəsində isə qismən təmin edilməlidir ki, məhkəmə də aşağıda bu tələblərə hüquqi qiymət verməklə, müvafiq nəticəsini əsaslandıracaqdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göstərilən qanun normalarına əsasən əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və sair təşkil edir. Bu xüsusda məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməsə də, məhkəmənin müəyyən etdiyi başqa hallar: uşağın təlim və təhsili, sanatoriya-kurort müalicəsi, protezləşmə və sair hallar əlavə xərclərin alınması üçün əsas ola bilər. Valideynlərin uşaqlara görə verməli olduğu əlavə xərclərin miqdarı hər bir konkret haldan asılıdır. Əlavə xərclər müəyyən edilərkən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan başqa maraqları nəzərə alınmalıdır. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı bir qayda olaraq pul məbləği ilə müəyyən olunur. Lakin tərəflər arasında bağlanmış sazişlə və ya məhkəmənin əsaslandırıldığı hallarda əlavə xərclər naturada da mümkündür. Nəzərə çatdırılmadır ki, məhkəmə valideynləri uşaqlara görə nəinki faktiki çəkilən xərclərdə iştiraka, habelə onları gələcəkdə zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı 02.08.2016-cı il tarixdə doğulmuş X2 problemlərlə bağlı hər ay 200 manat sərf edilməsi, bu pulun uşağın hansı müayinə və müalicə prosedurlarına xərclənməsi və bu 200 manatın yarısını təşkil edən 100 manat pulun hər ay Cavabdeh ödəməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İşdə X2 problemlərlə bağlı müayinə və müalicəsinə 200 manat sərf olunması və gələcəkdə sərf olunacağı barədə heç bir mötəbər sübüt yoxdur. İddiaçı tərəfin təqdim etdiyi qəbzlərdə həmin uşağın müayinə və müalicəsinə hər ay məhz 200 manat sərf olunması təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia 02.08.2016-cı il təvəllüdlü X2 problemlə bağlı hər ay sərf olunan 200 AZN məbləğində pulun yarısı-100 AZN pulun Cavabdeh tutulması hissəsində əsassızdır və təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia 02.08.2016-cı il tarixdə doğulmuş X9 və 09.04.2015-ci il tarixdə doğulmuş X13 təhsil, müayinə və müalicəsi üçün ödənilmiş 4989,75 manat məbləğinə pulun cavabdehdən tutulması tələbinin X9 müayinə və müalicəsi üçün sərf olunmuş 1484,94 manat pulun yarısı olan 742,47 manatının cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdəki sübutlardan görünür ki, X16 ağır xəstədir və şikəst uşaqdır, həqiqətən iddiaçı X18 tərəfindən müxtəlif klinikalarda Firidun Əhmədovun müayinə və müalicəsi həyata keçirilmiş və buna işdəki qəbzlərlə təsdiq olunan 1484,94 manat vəsait sərf olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2 və 81.3-cü maddələrində valideynlərin ağır xəstə, həmçinin şikəst olmuş uşaqlarla əlaqədar faktiki çəkilmiş əlavə xərclərə, o cümlədən tibbi xərclərə cəlb olunmalı olmasını təsbit edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələriə malikdirlər. Belə olan halda Cavabdeh oğlu X9 müayinə və müalicəsi ilə bağlı 1484,94 manat məbləğində çəkilmiş tibbi xərclərin yarı hissəsinə, yəni 742,47 manat hissəsinə cəlb olunması qanunun tələbinə uyğundur. Belə ki, qeyd edildiyi kimi, X27 ağır xəstə və şikəst uşaqdır, onun müayinə və müalicəsinə iddiaçı tərəfindən faktiki olaraq 1484,94 manat sərf olunmuşdur və qanunun tələbinə görə cavabdeh həmin əlavə xərcin yarısınının, yəni 742,47 manatının ödənilməsinə cəlb edilməlidir. Cavabdehun nümayəndəsi-vəkili də məhkəmədə verdiyi izahatında Cavabdeh həmin 742,47 manat məbləğin tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi ilə razı olduqlarını və həmin 742,47 manat məbləğin iddiaçıya ödəməyə hazır olduqlarını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, 4989,75 manat tələb hissəsində iddia qismən təmin edilərək, 02.08.2016-cı il tarixdə doğulmuş X9 müayinə və müalicəsi üçün ödənilmiş 1484,94 manatın yarısı-742,47 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddia 4989,75 manat pul tələbinin 02.08.2016-cı il tarixdə doğulmuş X9 və 09.04.2015-ci il tarixdə doğulmuş X13 təhsilinə çəkilmiş xərc-2520 manat tələbi hissəsində və işdəki qəbzlərlə X13 müayinə və müalicəsi üçün çəkilməsi qeyd edilən 984,81 manat tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, tələb edilən həmin 2520 manat təhsil xərci iddiaçı tərəfindən «Sehirliyi Dayə» özəl uşaq bağçasına hər ay 630 manat olmaqla 4 ay ərzində ödənilməsinin qeyd edildiyi cəmi məbləğdir. Lakin iddiaçı tərəfindən uşaqları məhz həmin özəl uşaq bağçasına yerləşdirməsi zərurəti və qanunla cavabdehin həmin məbləği ödəməli olması öhdəliyi daşımasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında dövlət büdcəsinin vəsaiti hesabına təmin olunan dövlət uşaq bağçaları fəaliyyət göstərir və həmin bağçalar pulsuzdur. İddiaçı tərəfindən uşaqların pulsuz dövlət uşaq bağçalarına deyil, aylıq yüksək ödənişli (hər ay 630 manat) özəl uşaq bağçasına yerləşdirilməsi və bu pulun cavabdehdən tələb edilməsi heç bir faktoloji və hüquqi əsasa söykənmir və ədalətsiz tələbdir. İddiaçı qanunla həmin 2520 manat təhsil xərci adı altında tələb edilən uşaq bağçası xərcinin və ya onun yarısının iddiaçıya ödənilməsi öhdəliyini qanunla daşımır və ona görə də həmin tələb əsassızdır. Həmçinin iş materiallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş X20 ağır xəstə və şikəst deyildir və ona görə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81ci maddəsində cavabdehin çəkilmiş əlavə xərclərə cəlb edilməsi şərtlərinə cavab verən kateqoriyaya aid deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2 və 81.3-cü maddələrində ağır xəstə və şikəst uşaqlarla bağlı çəkilmiş xərclərə görə digər valideynin cəlb edilməsi halı müəyyən edilmişdir. Digər tərəfdən ağır xəstə olmadığı halında həmin uşağın müayinə və müalicəsinin nəyə görə özəl və bahalı klinikalarda və özəl psixoloji mərkəzdə aparılması və bu zaman xeyli vəsaitin sərf olunması başadüşülən deyildir. Belə ki, həmin uşaq dövlət poliklinikaları və xəstəxanalarında da müayinə və müalicə oluna bilərdi ki, dövlət xəstəxanalarında bu müayinə və müalicə tamamilə pulsuz həyata keçirilərdi. Həmçinin dövlət poliklinika və xəstəxanalarında yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərirlər və ən yüksək standartlara cavab verən tibbi avadanlıqlar mövcuddur. İddiaçı uşağı Rövşən Əhmədovun ağır xəstəliklər sırasına daxil olmayan «OU daxili çəplik, Akom spazmı və sinir reflektor oyanıqlığı, dəqiqləşdirilməmiş tiklər» xəstəliyinin pulsuz olaraq dövlət poliklinika və xəstəxanalarında deyil, nəyə görə özəl klinikalarda müayinə və müalicəsinin həyata keçirilməsini və bu cavabdeh tərəfindən həmin xəstəliyə görə özəl klinikalara edilən müayinə və müalicə ödənişlərini iddiaçıya ödəməli olmasını və bu tələbin faktoloji və hüquqi əsaslarını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu xüsusda iddiaçının təqdim etdiyi qəbzlər və ekspertiza rəyi cavabdehin həmin xərci ödəməli olmasının faktoloji və hüquqi əsaslarını təsdiq etmir. Ona görə iddia 4989,75 manat tələbin Rövşən Əhmədovun müayinə və müalicəsi üçün 984,81 manat tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X14 əlavə xərc kimi Cavabdeh həmin uşaq 18 yaşına çatanadək hər ay 100 (bir yüz) manat miqdarında alimentin tutulması tələbi qismən-02.08.2016-cı il təvəllüdlü X9 yetkinlik yaşına-18 yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 50 manat alimentin (əlavə xərcin) tutulması) tələbi hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X16 ağır xəstə və şikəst uşaqdır və onun vaxtaşırı müayinə və müalicəyə ehtiyacı vardır ki, bu da hər ay əlavə xərclər tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə də bu əlavə xərclənin ödənilməsi qaydası tərəflərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İş materiallarından həmçinin görünür ki, dövlət tərəfindən X14 müavinət ödənilmişdir, lakin hazırda hər hansı müavinət və ya pensiya ödənilmir. Onun xəstəliyi isə daimi müayinə və müalicə tələb edir ki, İddiaçı Firudun qızı tərəfindən bunun təkbaşına həyata keçirilməsi ədalətsiz olardı. Belə ki, digər valideynin də bu əlavə xərcə cəlb edilməsi qanunun tələbidir və tərəflərin uşaqlara münasibətdə bərabər hüquq və vəzifələrindən və uşağın üstün mənafeyinin təmin edilməsindən irəli gəlir. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən cavabdehdən uşaqların saxlanması üçün alimentin miqdarının artırılaraq hər bir uşaq üçün aylıq 170 manat miqdarında təyin edilməsi nəticəsinə gəlinmişdir. X5 dövlət tərəfindən müvafiq müavinət təyin olunacaq və onun dövlət xətəxanalarında müayinə və müalicəsi imkanları da vardır. Belə olan vəziyyətdə şübhə yoxdur ki, X14 görə Cavabdeh hər ay əlavə 100 manat əlavə xərcin tutulması cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən bu əlavə xərc olaraq hər ay 50 manat alimentin tutulması iddiaçı ilə cavabdehin mənaeləri arasında ədalətli tarazlıq yaratmış olardı. Ona görə iddia bu tələb hissəsində qismən təmin edilərək X14 müalicə xərci olaraq hər ay cavabdehdən 50 manat aliment tutularaq iddiaçıya ödənilməli, bu 50 manat əlavə xərcaliment tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2(019)-204/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla) Cavabdeh 09.04.2015-ci ildə doğulmuş X13 və 02.08.2016-cı ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla hər ay cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, 02.08.2016-cı il tarixdə doğulmuş X9 müayinə və müalicəsi üçün sərf olunmuş 1484,94 manat pulun yarısı olan 742,47 manat və sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X14 əlavə xərc kimi həmin uşaq 18 yaşına çatanadək hər ay 50 (əlli) manat miqdarında aliment tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödədiyinə görə Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 13,89 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “X26” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli, 2(019)-204/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla) Cavabdeh 09.04.2015-ci ildə doğulmuş X13 və 02.08.2016-cı ildə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla hər ay cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment, 02.08.2016-cı il tarixdə doğulmuş X9 müayinə və müalicəsi üçün sərf olunmuş 1484,94 manat pulun yarısı olan 742,47 manat və sağlamlıq imkanları məhdud 02.08.2016-cı il təvəllüdlü X14 əlavə xərc kimi həmin uşaq 18 yaşına çatanadək hər ay 50 (əlli) manat miqdarında aliment tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh ödənilmiş 13,89 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-29/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-29/2022
19.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver