Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-292/2021 28.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, işə sadələşdirilmiş icraat qaydasında baxılmaqla xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********05125 olan Samsung Galaxy A 50 markalı telefon üçün 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, 58 (əlli səkkiz) manat cərimə , xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57083 olan Samsung Galaxy A 70 markalı telefon üçün 825 (səkkiz yüz iyirmi beş) manat ödənilməmiş hissə, 82 (səksən iki) manat cərimə olmaqla ümumilikdə 1545 manat borc , 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1575 manatın Cavabdeh alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********05125 və **********57083 olan Samsung Galaxy A50 və Samsung Galaxy A70 markalı telefon almış və nəticədə 1545 (min beş yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 702 (yeddi yüz iki) manat (12 ay x 58 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********05125 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 638 (altı yüz otuz səkkiz) manat olmaqla ondan, 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, güzəşt olunaraq 58 (əlli səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1112 (min yüz on iki) manat (12 ay x 75 manat + 212 manat ilkin ödəniş) İMEİ Kodu **********57083 olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 907 (doqquz yüz yeddi) manat olmaqla ondan, 825 (səkkiz yüz iyirmi beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 82 (səksən iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 409 manat təşkil edir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.5-ci maddələrinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət İMEİ Kodu **********05125 olan Samsung Galaxy A50 markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh iddiaçı “ İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən **********57083 olan Samsung Galaxy A70 markalı telefonu 12 ay müddətinə kreditlə nisyə satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə - ödəniş cədvəlinin 2-ci bəndinə əsasən , ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı-dən 638 manat məbləğində bir ədəd İMEİ Kodu **********57083 olan Samsung Galaxy A 70 və 702 manat məbləğində bir ədəd İMEİ kodu **********05125 olan Samsung Galaxy A 50 markalı telefonları 12 ay müddətə kreditlə-nisyə almışdır. Cavabdeh 409 manat ödəniş etmiş və onun 1545 manat borcu qalmışdır. Ona 58+82=140 manat cərimə hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 58 manat cərimə 6 manat, 82 manat cərimə isə 9 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********05125 olan Samsung Galaxy A 50 markalı telefon üçün 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57083 olan Samsung Galaxy A 70 markalı telefon üçün 825 (səkkiz yüz iyirmi beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla ümumilikdə 1420 manat borc , ödənilmiş 30 manat dövlət rüsumu xərcinin 27,60 manatı olmaqla, cəmi 1447,60 manat alınaraq İddiaçı-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********05125 olan Samsung Galaxy A 50 markalı telefon üçün 580 (beş yüz səksən) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********57083 olan Samsung Galaxy A 70 markalı telefon üçün 825 (səkkiz yüz iyirmi beş) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla ümumilikdə 1420 manat borc , ödənilmiş 30 manat dövlət rüsumu xərcinin 27,60 manatı olmaqla, cəmi 1447,60 manat alınaraq İddiaçı-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-292/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-292/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver