Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-301/2020 15.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Balakən rayonu Talalar Bələdiyyəsinə qarşı Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Balakən rayonu Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında sözügedən vəsiyyətnamənin Balakən rayonu Notariat Ofisi tərəfindən deyil, Balakən rayonu Talalar Bələdiyyəsi tərəfindən təsdiq olunduğu müəyyən olunduğundan, məhkəmə iddiaçı tərəfin razılığı ilə əsl olmayan cavabdeh Balakən rayon Notariat Ofisini əsl cavabdeh Balakən rayonu Talalar bələdiyyəsi ilə əvəz etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, Omarov X16 rayonu Talalar kəndində anadan olmuşdur və orada qeydiyyatdadır. Balakən rayonu Talalar kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 41.3 kv.m. yaşayış, 55.5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi atası X3 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X8 xx xxxxxxx 2006-cı il tarixdə vəfat etmiş, onun ölümü ilə sözügedən daşınmaz əmlaklar üzrə miras açılmışdır. Miras açılan zaman miras qoyanın qanun üzrə birinci növbədə vərəsələri olan arvadı X32, qızı X13, oğlu X15, oğlu X9, oğlu İddiaçı1, oğlu X22 və qızı iddiaçı 1989-cu ildə anadan olmuş X28 qalmışlar. Özünü qanun üzrə birinci növbədə vərəsələrdən hesab edən X17 miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Dövlət Notariat Kontoruna xx.xx.2009-cu il tarixli ərizə ilə müraciət edəndə düzgün məlumat verməyərək, miras qoyanın öldüyü günədək ondan başqa yalnız dörd nəfər qanun üzrə birinci növbədə vərəsənin - mərhumun arvadı X25, qızı X7, oğlu X15 və oğlu X1 olduqlarını, başqa vərəsələrinin olmadıqlarını bildirmişdir. Halbuki həmin vaxt miras qoyan X3 qanun üzrə birinci növbədə daha üç nəfər vərəsəsi - oğlu İddiaçı1, oğlu X22 və qızı iddiaçı X28 qalmışlar. Balakən Rayon İcra Hakimiyyətinin Talalar ərazi üzrə nümayəndəliyi tərəfindən həmin vaxt notariusa düzgün olmayan məlumatı özündə əks etdirən mart 2009-cu il tarixli, 373 nömrəli arayışda da mərhum X3 vərəsəsinin beş nəfərdən ibarət olduğu göstərilmişdir. Nəticədə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Buna görə də iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X14 və Balakən Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(019)-1748/2017 nömrəli qətnaməsi ilə iddia ərizələri təmin edilmiş, Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdeh X11 adına verilmiş xx xxxx 2009-cu il tarixli, 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. xx xxxxxxx 2006-cı il tarixdə ölmüş X2 miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsinin mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Balakən rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2 (019)-634/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsində 2 (019)-1553/2016 saylı mülki işə baxılarkən Hümbət Omarov atasının da bütün əmlakını ona vəsiyyət etdiyini bildirib, bu barədə Balakən Rayon Talalar kənd bələdiyyəsinin arayışını məhkəməyə təqdim etsə də, vəsiyyətnamənin lazımi qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 45 nömrəli arayışında isə Talalar bələdiyyəsinin vəsiyyətnamələrin təsdiqi və qeydiyyatı kitabında xx xxxxxx 2004-cü il tarixdə 19 nömrə ilə vəsiyyətnamə yazıldığı qeyd edilmişdir. Arayışda vəsiyyətnamənin kim tərəfindən verildiyi, məzmununun nədən ibarət olması məlum deyildir. Həmin işdə dəfələrlə hakim tərəfindən təklif edilməsinə baxmayaraq, Hümbət Omarov vəsiyyətnamənin təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmiş və bildirmişdir ki, özündə heç bir sənəd yoxdur, bələdiyyədən də başqa heç bir sənəd ala bilmir. Ona görə də məhkəmə X5 öz əmlakını ona vəsiyyət etməsi barədə cavabdeh Hümbət Omarovun dəlilini və Talalar bələdiyyəsinin xx xxxxxx 2016-cı il tarixli, 45 nömrəli arayışını sübut kimi qəbul etməmişdir. Hümbət Omarov Cavabdehndə xx xxxxxx 2004-cü il tarixdə 19 nömrə ilə tərtib edilmiş vəsiyyətnaməni hər zaman məhkəməyə təqdim etməkdən çəkinmişdir. Çünki həmin vəsiyyətnamədəki imza atasına məxsus olmamış, həmin vəsiyyətnamə saxta yolla sonradan tərtib edilmiş, vəsiyyətnamənin tərtib edilməsini Talalar bələdiyyəsinin keçmiş sədri olmuş X23 təşkil etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-176/2019 saylı qətnaməsindən görünür ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdehndə tərtib edilmiş xx xxxxxx 2007-ci il tarixli vəsiyyətnamədəki imza X29 tərəfindən icra olunmamışdır. Vəsiyyətnamədə olan imzadan açıq-aydın görünür ki, imza atasına məxsus deyildir. Həmin imzanın X17 və ya başqa şəxs tərəfindən icra edilməsi ehtimal edilir. Həmin vəsiyyətnamədəki imza ilə X6 məxsus olan Balakən RPŞ-də saxlanılan şəxsin pasport və ya şəxsiyyət vəsiqəsini almasına dair uçot kartoçkası, eyni zamanda Balakən rayon Talalar kəndi üzrə X6 məxsus təsərrüfatda 1970-1985-ci illərin təsərrüfatbaşına kitablarında olan imzalarla eyniləşdirdikdə, görünürki, həmin imzalar arasında oxşarlıq yoxdur. Həm hərflərin yazılışında, həm də imzada fərq aydın görünür. X18 həmin vəsiyyətnaməni üzə çıxarmaqdan qorxurdu, çünki vəsiyyətnamə saxta idi. Buna görə də qeyd edilən iddia ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Balakən rayonu Talalar bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədəki imzanın atası X10 tərəfindən icra olunduğunu, onun və ya başqa şəxs tərəfindən icra olunmadığını və bununlada iddianın əsassız olduğunu göstərərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnaməndən görünür ki, Balakən Rayon Talalar kəndində yaşayan X10 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,63 ha mülkiyyət torpağını və 0,25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu Omarov Hümbət M.r oğluna vəsiyyət etmiş və həmin vəsiyyətnamə Cavabdehndə təsdiq olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində mülkiyyətində olan 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbə, 2 otaqlı, 41.3 kv.m yaşayış, 55.5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-176/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Cavabdehndə xx xxxxxx 2007-ci ildə X25 adından tərtib edilmiş vəsiyyətnamə etibarsız hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(019)-1553/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, xx xxxxxxx 2006-cı ildə ölmüş X5 Balakən rayonu Talalar kəndində yerləşən, onun, X25 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı qanun üzrə vərəsəlik hüququ ilə mirası qəbul etmiş vərəsələr İddiaçı1 Məmmədrəsul oğlu və X18 arasında payları bərabər olmaqla bölünmüş və hər birinə vərəsəlik hüququ üzrə 1/2 hissə paylarının müəyyən edilməsi, xx xxxxxx 2016-cı ildə ölmüş X25 Balakən rayonu Talalar kəndində yerləşən, X10 və İddiaçı2 ilə ümumi birgə mülkiyyətdə olan 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı2 ilə birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payı mirası qəbul edən vərəsələr İddiaçı1 Məmmədrəsul oğlu, X18 və İddiaçı2 arasında bölünmüş, Səfiyə Omarovanın 0,6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0,12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X12,1/14 hissəsinə İddiaçı1 Məmmədrəsul oğlunun və 1/14 hissəsinə İddiaçı2 vərəsəlik hüququ üzrə payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin ediliməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imza- X10 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 4/431 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 153 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Talalar kəndində yaşayan X10 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,63 ha mülkiyyət torpağını və 0,25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu Omarov Hümbət M.r oğluna vəsiyyət etmiş və həmin vəsiyyətnamə Cavabdehndə xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuşdur. İddiaçılar həmin vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığını, həmin imzanın X17 və ya başqa şəxs tərəfindən icra olunduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə təyin olunmuş və keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imza- X10 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. Məhkəmə,iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, həmin ekspertiza iddia ərizəsində alınması xahiş edilən və alınan X5 xx xxxx 1979-cu il tarixli forma 1-dəki və 1969-1971, 1972-1974,1974-1976,1977-1979,1980-1982 və 1983-1985-ci illərə dair təsərrüfatbaşına uçot kitablarında olan sərbəst imza nümanələrinin tədqiqi əsasında keçirilmiş, ekspertiza tədqiqatı aparılarkən həmin imzalar bi-biri ilə müqayisə edilmiş, müasir tədqiqat metodları tətbiq edilməklə həmin imzaların bir-biri ilə uyğunluqları müəyyən edilmiş, bu uyğunluqların sabit və dəyərli olması və fərdi (təkrarolunmaz) məcmu təşkil etməsi göstərilməklə yekun nəticəyə gəlinmişdir. Bu xüsusda məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi kifayət qədər aydın, tam və əsaslıdır. Ona görə də həmin rəyin mötəbər sayılmamasına dair heç bir tutarlı fakt və əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddiaçılar iddia tələbinin əsaslandırıldığı hal kimi Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuş vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığını və bu imzanın X17 və ya başqa şəxs tərəfindən icra edildiyini ehtimal etdiklərini göstərmişlər. Lakin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imza- X10 tərəfindən icra edilmiş, ekspertizaya təqdim edilmiş mülki işin 62-ci vərəqəsində olan X5 adından olan xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədə «İmza» qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/431 saylı rəyi ilə Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuş vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığı və bu imzanın X17 və ya başqa şəxs tərəfindən icra edildiyi barədə iddia tələbinin əsaslandırıldığı halın mövcudluğu təkzib olunur, yəni belə bir halın olmadığı aydın olur. İddiaçı tərəf bunun əksini, yəni Balakən rayonu Talalar bələdiyyəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə təsdiq olunmuş vəsiyyətnamənin X10 tərəfindən imzalanmadığı və X17 və ya başqa şəxs tərəfindən icra edildiyi barədə iddia tələbinin əsaslandırıldığı halın mövcudluğunu və bununla da iddianın əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu da hazırki iddianın əsassız olmasını göstərir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, məhkəmə-xətşünaslıq ekspertizasının rəyini, Cavabdehndə tərtib edilmiş xx xxxxxx 2004-cü il tarixli vəsiyyətnamədəki imzanın X21 tərəfindən icra edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı1 və İddiaçı2 Balakən rayonu Talalar Bələdiyyəsinə qarşı Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dairiddiası əsassız olduğundan təmin olunmamalıdır.Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyi üçün iş üzrə 153 manat ekspertiza xərcinin 76,5 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 və 76,5 manatı cavabdeh Balakən rayonu Talalar bələdiyyəsindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət X24 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı1 və İddiaçı2 Balakən rayonu Talalar Bələdiyyəsinə qarşı Balakən rayonu Talalar Bələdiyyəsində xx xxxxxx 2004-cü ildə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. İş üzrə 153 manat ekspertiza xərcinin 76,5 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 və 76,5 manatı cavabdeh Balakən rayonu Talalar bələdiyyəsindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı Adı Dövlət X24 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-301/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-301/2020
15.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver