Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-336/2021 07.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh1yevna, Zaqatala 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh1yevna, Zaqatala 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki ərizəçi Cavabdeh1yevna ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası mərhum X11 məxsus olmuş əmlakdakı miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilərək, miras əmlakın qəbulu müddətinin uzadılması qərara alınmışdır. Həmin qətnamədən onlar- maraqlarına toxunan şəxslər İddiaçı1, X7 və İddiaçı2 apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)- 510/2013 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Onlar atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini miras əmlak kimi qəbul edib, ona sahiblik etmişlər və indi də həmin evdən istifadə edirlər. X34 20.10.1993-cü ildə vəfat etmişdir. X6 4 mart 1994-cü ildə vəfat etmişdir. X1 1999-cu ildən Rusiya Federasiyasına getmiş və 2007-ci ildə orada da ölmüşdür. Ən kiçik qardaşları olan Muhuma 1988-ci ildə rəsmi nikaha daixl olmuş, 1991-ci ildə isə rəsmən boşanmış və həmin nikahdan xx.xx.1989-cu il təvəllüdlü qız övladı Cavabdeh1yevna dünyaya gəlmişdir. Cavabdeh1yevna heç bir vaxt onlarla yaşamamış və miras əmlaka heç bir bağlılığı da olmamışdır. X19 miras qalmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi onlar, yəni İddiaçı1 Əbdülqadir qızı, X17, X12, İddiaçı2 və X8 tərəfindən fatiki qəbul edilmişdir. Qardaşları Muhuma ailə münasibətləri pozulduqdan sonra Rusiya Federasiyasına getmişdir. 2005-ci ildə atalarından qalan evi bacılar təmir etdirmişlər (Züleyxa və Ayşa). Evin əsaslı təmirinə 10- 15 min manata qədər pul xərcləmiş, təmir işlərinə isə bacısının əri Abdullayev Şamil rəhbərlik etmişdir. Hazırda həmin ev yenə də onların sahibliyindədir və tərəflərındən idarə olunur, evə baxmaq üçün qohumlarını yerləşdirmişlər. Qardaşı Muhuma öldükdən sonra ondan qalan miras torpaq sahəsinə də onlar faktiki idarəçiliyi həyata keçimişlər. İşin bütün bu halları Balakən rayonunda yaşayan və onları tanıyan hamıya bəllidir. Həmin ərazidə yaşayan bütün qonşuları işin bütün faktiki hallarını təsdiq edə bilərlər. Hesab edirlər ki, hazırki işdə Cavabdeh1yevnanın vərəsə kimi mirasın qəbulu müddətinin uzadılmasının üzürlü hesab edilməsi qanunauyğun olmamışdır. Cavabdeh1yevna heç bir vaxt onlara məxsus, yəni miras mülkdə yaşamamış və onu faktiki olaraq qəbul etməmişdir. Lakin işin qeyd edilən faktiki hallarının mövcudluğuna baxmayaraq, Şəki Apelyyasiya Məhkəməsi apellyasiya şikayətinə 11.12.2019-cu il tarixdə baxaraq, əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. Həmin qətnamədən narazı qaldıqlarından tərəflərindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 03.07.2020-ci il tarixli qərarı ilə Şəki Apellasiya Məhkəməsinin 11.12. 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmış və məhkəmə tərəfindən işin həqiqi halları düzgün müəyyən edilərək, iş üzrə ədalətli və qanuni qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Balakən Rayon Məhkəməsinin qanunsuz və ədalətsiz olan 02 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın mirasın qəbulu müddətinin uzadılmasına dair ərizəsi isə baxılmamış saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, məhz həmin məhkəmə qətnaməsi ilə cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoruna müraciət edərək, miras əmlaka dair 04.102013-cü il tarixli, 2V- 268 nömrəli vərəsəlik şəhadətnaməsi almış, bundan sonra isə həmin vərəsəlik şəhadətnaməsi əsasında ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli çıxarış almışdır. Həmin məhkəmə qətnaməsi ləğv edildiyindən həmin Vərəsəlik Şəhadətnaməsi və Torpağa Mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış da ləvğ edilməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1n Abdulqədir qızı və İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsininin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1yevna, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 10.11.2020-ci il tarixli, 2(107)-1707/2020 nömrəli qərardadından görünür ki, həmin qərardadla maraqlarına toxunan şəxslər İddiaçı1, X7 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X26 maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin üzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1301 A KOD 40101004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli, 02 nömrəli qərarı ilə X9 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən 04 oktyabr 2013-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 06 sentyabr 2007-ci ildə vəfat etmiş Mamedov Muhuma Abdulqədir oğlunun vərəsəsi Balakən rayonu Gərəkli kəndində yaşayan Cavabdeh1yevnadır və o, mərhuma məxsus hər bir miras əmlakdan bərabər hissələrdə irs almalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №-li Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında 0.10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş AA seriyalı, 000483 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh1yevanının xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən 28 mart 2014-cü il tarixdə verilmiş 1323 nömrəli arayışdan görünür ki, X4 vəfat etdiyi 1993-cü il tarixdə Balakən şəhəri, R.Cirinqov küçəsi, ev 3-də daimi qeydiyyatda olmuş, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur;-yoldaşı-Mamedova Pirdas Muhuma qızı, oğlu-Mamedov Umaxan Abdulqədir oğlu, gəlini-X41, nəvələri-X47, X42 X53, qızı X12, nəvələri-X32, X48, X55, qızı X27, qızı X13, oğlu X22, gəlini X23, nəvəsi- Cavabdeh1 və qızı X14. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Rusiya Federasiyası Krasnodar vilayəti, Krasnodar şəhəri VVAQ şöbəsi tərəfindən 18 sentyabr 2007-ci il tarixdə verilmiş İİ-AQ seriyalı, 884528 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Mamedov Muhuma Abdulqadir oğlu 06 sentyabr 2007-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DƏDRX-nin Zaqatala rayon şöbəsi tərəfindən verilmiş 26 oktyabr 2007-ci il tarixli, 663 nömrəli arayışdan görünür ki, X2 adına Balakən şəhəri 1 may küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi DƏDRX-nin Zaqatala Rayon Ərazi idarəsində 1 nömrəli Reyestr kitabının 174cü səhifəsində inventar uçotuna alınmışdlır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 27 iyun 2019-cu il tarixli, **********22 nömrəli məktubdan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.1.1-ci maddəsində qeyd olunur ki, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Qeyd olunan Qanunun 5.5-ci maddəsinə əsasən dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda İstifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarına əsasən daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi üçün xidmət haqqı nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan məlumatların əldə edilməsi üçün mərhum X2 əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququnun olması barədə notariat qaydada təsdiq edilmiş bildirişi, şəxsiyyətini təsdiq edən sənədi və nəzərdə tutulmuş xidmət haqqının idarənin bank hesabına ödənilməsi barədə sənədi ərizəyə əlavə edərək, 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən rayon şöbəsinə yenidən müraciət etdiyi təqdirdə dövlət reyestrindən məlumatların verilməsi məsələsinə baxıla bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli, 218 nömrəli arayışdan görünür ki, Balakən şəhəri Cirinqov küçəsi ev 3-də əmlak və torpaq vergiləri 2016-cı ildən 2020-ci ilə qədər İddiaçı1 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsi tərəfindən verilmiş 11.05.2016-cı il tarixli, 92 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də yerləşən mərhum atasına məxsus evin və torpağın, bütün kommunal xərcləri 2003cü ildən Mamedov Abdulqədir Abduxalıq oğlunun qızları İddiaçı1 Abğdulqədir qızı və X15 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsi tərəfindən 14.10.2014-cü il tarixdə verilmiş 350 nömrəli arayışdan görünür ki, mərhum X5 adına Balakən şəhəri (köhnə 1 May), indiki R.Cirinqov küçəsində 0.12. ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsi tərəfindən verilmiş 23.09.2019-cu il tarixli, 217 nömrəli arayışdan görünür ki, Balakən şəhəri, Cirinqov küçəsi ev 3-də əmlak və torpaq vergiləri 2007-ci ildən 2012-ci ilə qədər X55 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 14.08.2019-cu il tarixli, 2334 nömrəli arayışdan görünür ki, mərhum X4 vəfat etdiyi 20.10.1993-cü il tarixdə Balakən şəhəri, R.Cirinqov küçəsi, ev 3-də daimi qeydiyyatda olmuşdur, mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur; oğlu X21, qızı X27, qızı İddiaçı1, oğlu Mamedova Muhuma Abdulqədir oğlu, qızı X12 və qızı X7. İşdə olan 18.01.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ilə Cavabdeh1yevnanın mərhum X11 məxsus olmuş əmlakda miras payının qəbulu üçün müddətin uzadılması barədə ərizəsi təmin edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi əsasında Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya 06 sentyabr 2007ci ildə vəfat etmiş X10 vərəsəsi kimi onun miras əmlakından irs alması barədə 04 oktyabr 2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22.10.2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* №li Çıxarışla ünvan 3 ünvanında 0.10 ha torpaq sahəsi Cavabdeh1yevnanın adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Müki Kollegiyasının 10.11.2020-ci il tarixli, 2(107)-1707/2020 nömrəli qərardadı ilə maraqlarına toxunan şəxslər İddiaçı1, X7 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)- 510/2013 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh1yevnanın maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı mirasın qəbulu üçün müddətin üzadılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edildiyindən Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli vərəsəlik şəhadətnaməsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın verilməsi üçün hüquqi əsas da aradan qalxmışdır. Hazırki işlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin normanın təhlilindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Yenə də həmin qərarın 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan , habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2013cü il tarixli, 2(019)-510/2013 nömrəli qətnaməsi ləğv edildiyindən, bununla da Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya 04.10.2013-cü il tarixli, 2V- 268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarışın verilməsi üçün hüquqi əsas aradan qalxdığından, iddianın əsaslı olmasına dəlalət edən bütün faktoloji və hüquqi əsaslar mövcud olduğundan, iddia təmin edilməli, Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarış ləğv edilməli, cavabdehlər Cavabdeh1 Muhumayevna, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 10 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin; Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1yevnaya verilmiş 04.10.2013-cü il tarixli, 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.10.2013-cü il tarixli, RX ******* nömrəli Çıxarış ləğv edilsin; cavabdehlər Cavabdeh1yevna, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsindən 10 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-336/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-336/2021
07.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver