Məhkəmə qərarları › İş №2(019)-351/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-351/2021

11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-351/2021 11.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi atalıq faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun atasının 1925-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuş, xx xxxx 2016-cı il tarixdə vəfat etmiş X15 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən şəhərində yaşayır. xx.xx.1967-ci ildə Balakən rayonunun Tülü kəndində doğulmuşdur. Onun atası 1925-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuş X10, anası isə 1930-cı ildə Balakən rayonunun Tülü kəndində doğulmuş X5r. Onlar 1953-cü ildə qeyri-rəsmi nikahla evlənmişlər. Onun 03 oktyabr 1955-ci ildə doğulmuş 1 bacısı vardır. Balakən rayonu Tülü kənd icra nümayəndəliyində xx.xx.1967-ci il tarixdə 137 sayla doğumu barədə akt qeydi tərtib edilmiş və onun adına AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamə verilmişdir. Onun adına verilmiş doğum haqqında şəhadətnamənin ata qrafasında X25nin adı qeyd olunmamışdır. X4 xx.xx.2016-cı il tarixdə, anası Kərimova Səyyarə Məhəmməd qızı isə xx.xx.2012-ci il tarixdə vəfat etmişlər. Hal-hazırda o, validenlərindən miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Balakən rayon Notariat ofisi onun adına verilmiş doğum şəhadətnaməsinin ata qrafasında atası Kərimov Zəkəriyyənin adı qeyd edilmədiyindən, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmilşdir. Bununla bağlı Maraqlı şəxsnə müracəit edərək, ata soyadı ilə yeni doğum şəhadətnaməsi almaq istəmiş, lakin orada ona atası vəfat etdiyindən yeni doğum şəhadətnaməsirnin verilməsinin qeyri-mümkün olması barədə bildirilmiş və bu barədə arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, onun atasının 1925-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuş, xx xxxx 2016-cı il tarixdə vəfat etmiş X15 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ataları Balakən rayonu Tülü kənd sakini olan 1925-ci il təvəllüdlü X15, anaları isə 1930-cu il təvəllüdlü X6r. Onların valideynləri qeyri-rəsmi evlənmişlər və aralarında rəsmi nikah bağlanmamışdır. Onlar bir qardaş və bir bacı olmuşlar. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həqiqətən Ərizəçi oğlunun atası mərhum X13r. Məhkəmə iclasında şahid qismində dindiridmiş X16, X24 və X27 da şahid Kərimova Leyla Zəkəriyyə qızının ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd soveti tərəfindən xx xxxxxxx 1955-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimova Leyla Zəkəriyyə qızı 03 oktyabr 1955-ci ildə anadan olmuş, X4,anası Kərimova Səyyarə Məhəmməd qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 578406 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 noyabr 2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 820516 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2016-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 168 nömrəli arayışdan görünür ki, X14 və X2 nikahı haqqında 08 fevral 1985-ci il tarixdə 03 №li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən 16 dekabr 1967-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrləi doğum haqqında şəhadətnaməndən görünür ki, Ərizəçi 27 noyabr 1967-ci ildə anadan olmuş, ata qrafası boş saxlanılmış, anası X11 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional Asan Xidmət Mərkəzində Notarifat Ofisi tərəfindən Ərizəçi ünvanlınmış 08 fevral 2021-ci il tarixli,162 nömrəli məktubdan görünür ki, Notariat hrəkətinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədələrlə müəyyən edilir: vəiəndaşlıq aktlarının dövlət qeydiyatını aparan orqanların şəhadətnamələri; arayışları; eləcədə akt qeydəlrindən çıxarışlar; qohumluq münasiətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Onun təqdim etdiyiniz sənədlərlə doğum haqqında şəhadətnamədə atası qrafası qeyd olunmamışdır. Bu səbəbdən Kərimov Zəkəriyyə Şeyix oğlunun onun atası olması faktını sübut edən məhkəmə qətnaməsi təqdim edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1246-cı maddəsinə əsasən o, mərhum X9 və X3 mirasının qəbulu üçün müddəti ötürmüsdür. Odur ki, ötürülmüş müddətin bərpası və ya mirasın qəbulu faktının müəyyən etmək üçün məhkəməyə müraciət etməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi oğluna ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05/76-164/15 nömrəli məktubda göstərilir ki, ölüm haqqında şəhadətnamələrə əsasən ata X26 oğlu xx.xx.2016-cı il tarixdə, ana X11 isə xx.xx.2012-ci ildə vəfat etdiklərinə görə atalığın müəyyən edilməsi barədə şöbəyə valideynlərinin birgə ərizə ilə müraciət etmələri mümkün olmadığından, X9 onun atası olması faktının müəyyən edilməsi mümkün deyildir. X8 atası olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. İşdə olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Ərizəçi hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1967-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuşdur. Atası Qax rayonu İlisu kəndində doğulmuş 1925-ci il təvəllüdlü X26 oğlu, anası isə 1930-cu il təvəllüdlü X6r. X14 və X11 1953-cü ildə qeyri-rəsmi evlənmişlər və aralarında rəsmi nikah bağlanmamışdır. Ərizəçinin bir bacısı olmuşdur. Ərizəçiyə Balakən rayonu Tülü kənd İcra nümayəndəliyi tərəfindən xx xxxxxx 1967-ci il tarixdə ata adı qeyd edilmədən doğum haqqında şəhadətnamə verilmişdir. X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Hal-hazırda ərizəçi atasından qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı Balakən rayon Notariat Kontoruna müraciət etmişdir. Notariusa doğum haqqında şəhadətnaməni təqdim edərkən məlum olmuşdur ki, onun adına doğum şəhadətnaməsi verilərkən atalığı qanunamüvafiq qaydada müəyyən edilməmişdir. Bununla bağlı ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin atası öldüyünə görə Qeydiyyat Şöbəsi tərəfindən ona yeni doğum şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olması barədə bildirilmiş və bu barədə arayış verilmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin X9 və X3 öldüyü, ərizəçinin hazırki məsələnin (atalığın müəyyən edilməsinin) məhkəmədən kənar qaydada həlli üçün Maraqlı şəxsnə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən Ərizəçi oğlunun, X9 onunxx.xx.1967-ci ildə doğulmuş Ərizəçi oğlunun atası olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə atasından qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 1925-ci ildə Qax rayonu İlisu kəndində doğulmuş və xx xxxx 2016-cı il tarixdə vəfat etmiş X9 xx.xx.1967-ci ildə doğulmuş Ərizəçi oğlunun atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 1925-ci ildə Qax rayonu İlisu kəndində doğulmuş və xx xxxx 2016-cı il tarixdə vəfat etmiş X9 xx.xx.1967-ci ildə doğulmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar