Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-367/2020 07.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Nürəddin oğlunun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşı mirasın qəbulu və miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5nə qarşıiddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum bibiləri X7 və X16ma məxsus olmuş 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum bibiləri X7 və X5 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan miras payının o və mərhum X6 arasında müəyyən edilməsi və miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Nürəddin oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini azaldıb, mərhum bibiləri X7 və X12 məxsus olmuş 0,6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasın İddiaçı Nürəddin oğlu tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum bibiləri X7 və X5 miras qalmış 0,6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindənn onlara məxsus olan mirasın 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Beləki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənəkimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. Atası X8, anası X1r. Atası X8 xx xxxxxxx 2009-cu ildə ölmüşdür. X7 və X13 onun bibiləri olmuşdur. Balakən rayonu X4 xx xxx 1997ci il tarixli, 29 saylı qərarı ilə bibiləri X7 və X12 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 6xx xxx 40106018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X7 xx xxxx 1993-cü ildə, X13 isə xx xxxxxx 1996-cı ildə ölmüşdür. Onların ölümündən sonra mərhum X3 və X9 irsi transmisiya üzrə vərəsəsi olduğuna dair ərizə ilə Cavabdeh5nə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh5ndən ona cavab məktubu göndərərək, göstərmişlər ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən o, mərhum X3 və X9 mirasının qəbulu üçün müddəti ötürmüşdür. Odur ki, müddətin bərpası üçün məhkəməyə müracət edə bilər. Bundan sonra məhkəməyə müraciət edərək mərhum bibiləri X7 və X16ma məxsus olmuş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-miras payının qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-415/2019 nömrəli qətnaməsi ilə mərhum bibiləri X7 və X12 məxsus olmuş 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-miras payının qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışla 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X7 və X9 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh5nə müraciət edərək, X7 və X16ma məxsus olmuş miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh5 mənə xx xxxxxx 2019-cu il tarixli 630 nömrəli cavab məktubu göndərərək göstərmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar mərhumun digər vərəsələri ilə aralarında mübahisə vardır. Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəmə mübahisəsi olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək qanuna uyğun deyildir. Bununla əlaqədar məhkəməyə müracət edə bilər. Mərhum bibiləri X7 və X5 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o və qardaşı qızı Cavabdeh1 qəbul etmişlər. Buna görə də X7 və X16ma məxsus olmuş miras əmlak onların arasında bölüşdürülməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Nürəddin oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişvə əlavə olaraq təmsil etdiyi BayramovMehman Nurəddin oğlunun mərhum bibiləri X7 və X5 miras qalmış sandığı və digər ev əşyalarını qəbul etdiyini, həmçinin 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təmizlik işləri apardığını, bununla mərhum bibilərindən qalmış mirası faktiki qəbul etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh5 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş 822 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X6 xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, atası X10, anası X2yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxxx 2009-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1996-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2016-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********90 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndi 0,1198 ha kənd təsərrüfatı təyinatlı torpaqlar xx.xx.2019-cu il tarixdə Cavabdeh3 Umar qızının və X9 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********93 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Kortala kəndi 0,5766 ha kənd təsərrüfatı təyinatlı torpaqlar xx.xx.2019-cu il tarixdə X3 və X9 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(019)-415/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı mərhum bibiləri X7 və X12 məxsus olmuş Balakən rayonu Kortala kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin-mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin uzadılması qət edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Kortala kəndində 0,1198 ha həyətyanı və 0,5766 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X3 və X9 ümumi birgə mülkiyyətində olmuşdur. X7 xx.xx.1998-ci il tarixdə, X13 isə xx.xx.1996-ci il tarixdə ölmüşdür. Onların ölümündən sonra sözügedən torpaq sahələrindəki onların payı miras əmlak olaraq qalmışdır. İddiaçı və qardaşı qızı Cavabdeh1 miras əmlakı idarə etməklə ora faktiki sahiblik etmişlər. Hazırda iddiaçı onun tərəfindən mirasın qəbulu faktının tanınması, miras əmlaka payının müəyyən edilməsi və həmin miras payına vərəsəlik hüququnun tanınmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinin tələblərinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mirasın faktiki qəbul edilməsi vərəsənin miras əmlaka sahiblik, onun istifadəsi və onun üzərində sərəncam verilməsi ilə bağlı hərəkətləri, həmçinin onun lazımi qaydada saxlanması, miras əmlakla bağlı vergilərin və digər ödənişlərin ödənilməsi barədə istənilən hərəkəti ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən mərhum bibiləri X7 və X5 qalmış mirası qəbul etməsi faktı müəyyən edilməli, İddiaçı mərhum bibiləri X7 və X5 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan mirasın 1/2 hissəsinə miras payı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən mərhum bibiləri X7 və X5 qalmış mirası qəbul etməsi faktı müəyyən edilsin; İddiaçı mərhum bibiləri X7 və X5 miras qalmış 0.6964 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan mirasın 1/2 hissəsinə miras payı müəyyən olunsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-367/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-367/2020
07.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver