Məhkəmə qərarları › İş №2(019)-395/2020

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-395/2020

11.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-395/2020 11.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbulu, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə özünün, digər 1/3 hissəsinə Cavabdeh2 miras payının müəyyən edilməsi və miras əmlakın 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı məhkəməyə ərizə verərək, hazırki iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işə mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirmişdir. Cavabdeh2 və maraqlı şəxs Balakən rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, həmçinin onlardan işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə Cavabdeh2 və maraqlı şəxs Balakən rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbulu, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbulu, miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar