Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-45/2022 31.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onun vəkili - Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional «Asan xidmət» Mərkəzində notariat ofisinə, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı JN seriyalı 257 nömrəli (kod: ********) dövlət aktının 257 W planşet nömrəsində qeyd olunan 0,56 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, X6, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional «Asan xidmət» Mərkəzində notariat ofisinə, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN seriyalı 257 nömrəli (kod: ********) dövlət aktının 257 W planşet nömrəsində qeyd olunan 0,56 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən Balakən rayonu Qullar kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçılar) mülkiyyətinə verilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN seriyalı 257 nömrəli (kod: ********) dövlət aktı ilə rəsmiləşdirilmişdir. İddiaçılar 2021-ci il tarixdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə rəsmi müraciət etmişlər. Qeydiyyat orqanı 16 may 2021-ci il tarixli **********71 nömrəli məktubla bundan imtina edərək göstərmişdir ki, sözügedən JN seriyalı 257 nömrəli (kod: ********) dövlət aktının 257 W planşet nömrəsində qeyd olunan 0,56 ha torpaq sahəsi 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış, sonuncunun hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra iddiaçılar həmin alqı-satqı müqaviləsinin əldə olunması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə rəsmi müraciət etmiş, müraciət əsasında alqı-satqı müqaviləsi əldə olunmuşdur. Müqavilə ilə tanış olarkən müəyyən olunmuşdur ki, 12 avqust 2006-cı il tarixdə iddiaçılar mübahisə predmeti olan 0,56 ha torpaq sahəsini Cavabdeh2 satmış, həmin müqavilə yalnız İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmış, azyaşlıların isə torpaq payı Balakən rayon İcra Hakimiyyəti başçısının “Qəyyumluq və Himayəçilik məsələlərinə baxan komissiyası”nın 07.08.2006-cı il tarixli, 556 saylı məktubuna əsasən satılmışdır. Halbuki iddiaçılar qeyd olunan şəxsi tanımırlar, sözügedən torpaq sahəsini ona satmamışlar. Torpaq sahəsinin satılması ilə bağlı uşaqların mənafeyinə görə Balakən rayon İcra Hakimiyyəti başçısının «Qəyyumluq və Himayəçilik məsələlərinə baxan komissiya»ya müraciət etməmişlər. Habelə 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinə imza atmamışlar. Bununla yanaşı, İddiaçı3 26 avqust 1987-ci il tarixdə anadan olmuşdur. Müqavilə imzalanan tarixə o, azyaşlı olmamış, əksinə həmin vaxt 19 yaşı tamam olmuşdur. Məhkəmə-xətşünaslıq ekspertizası təyin edildiyi halda müəyyn edilə bilər ki, alqı-satqı müqaviləsində icra olunmuş imzalar İddiaçı1 və İddiaçı2 aid deyildir. Həmin imzalar onların imzalarına oxşadılmaqla başqa şəxs və ya şəxslər tərəfindən icra olunmuşdur. İddiaçılar alqı-satqı müqaviləsindən məlumatlı olduqdan sonra Cavabdeh2 və digər cavabdehlərə rəsmi müraciət etməklə müqavilənin etibarsız olmasını bəyan etmiş, torpaq sahəsinin geri qaytarılmasını tələb etmişlər. Sənədlərə məhkəmə qaydasında hüquqi qiymət verilməli olduğundan iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mübahisə predmeti olan müqavilə imzalanan tarixə İddiaçı3 yetkinlik yaşına çatdığından onun mülki hüquq fəaliyyət qabiliyyəti tam həcmdə yaranmışdır. Belə olan halda ona qəyyumluq və himayəçilik təyin oluna bilməzdi. Onun razılığı və imzası olmadan mübahisəli torpaq sahəsi satıla bilməzdi. Belə olan halda tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız sayılmalı, onun əsasında aparılmış qeydiyyat isə ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, İddiaçı1 və İddiaçı2 həmçinin sözügedən 12 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə imza etmədiklərini və həmin müqavilənin qanunsuz olduğunu bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 0,56 ha torpaq sahəsini İddiaçı1 və İddiaçı2 satın almış, bununla bağlı razılaşdırılmış məbləği iddiaçılara ödəmiş, iddiaçılar da notariat orqanında həmin müqaviləyə imza etmişlər. Həmçinin Balakən RİHB-nın yanında qəyyumluq və himayəçilik komissiyası tərəfindən İddiaçı1 həmin vaxt yetkinlik yaşına çatmayan oğlu İddiaçı4 adından ailəsinə məxsus torpaq sahəsinin satılmasına razılıq verilmişdir. Qanuna görə əgər birgə mülkiyyətçilərdən biri alqı-satqı müqaviləsi bağlayırsa, onda ehtimal olunur ki, o, başqa mülkiyyətçilərin razılığı ilə bunu edir. Ona torpaq sahəsi satan şəxslər İddiaçı1 və İddiaçı2 ər-arvad, İddiaçı3 Kamil oğlu və İddiaçı4 ilə onların uşaqlarıdır. Belə olan halda o, haqlı olaraq hesab etmişdir ki, İddiaçı1 və İddiaçı2 İddiaçı3 Kamil oğlu və İddiaçı4 ilə bir ailə olduqları və birgə mülkiyyətin subyektləri olduqları üçün onların torpaq paylarını da satmaq səlahiyyətlərinə malik olmuşlar. Həmçinin qəyyumluq və himayəçilik komissiyasının İddiaçı4 adından atası Sərvərə onun torpaq payını satmaq üçün razılıq verməsi bu əsası daha da gücləndirmişdir. O, torpaq sahəsinin satış pulunu İddiaçı1 və İddiaçı2 vermiş və bu, notarial qaydada təsdiq olunmuş müqavilədə əks olunmuşdur. İddiaçı1 və İddiaçı2 guya ona torpaq sahəsi satmadıqları və onu tanımadıqları barədə bildirdikləri həqiqətə uyğun deyildir. Onlar onu yaxşı tanıyırlar və həmin müqaviləyə də imza etmişlər. Onların bağladığı 12 avqust 2006-cı il tarixli müqavilə tamamilə qanunauyğundur və nəticədə onun həmin torpaq sahəsinə mülkiyyət hüquqları qanuni olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçıların bu müqavilənin bağlandığı vaxdan 15 il sonra iddia qaldırmaları qanunun tələblərinə uyğun deyildir. İddiaçılar iddia müddətini ötürmüşlər. Onların guya bu müqavilədən indi xəbər tutmaları da yalandır. Belə ki, necə olur ki, torpaq sahəsini satmadıqlarını idda etdikləri halda, iddiaçılar bu 15 ildə bir dəfə də olsun torpaq sahələrinə getməsinlər və torpaq sahəsinin onda olduğunu bilməsinlər. İddiaya iş üzrə İddiaçı4 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını tələb edir. İddia tamamilə əsassızdır və rədd olunmalıdır. İddianın rədd olunmasını xahiş edir. İddiaçı4, cavabdehlər Balakən regional «Asan xidmət» Mərkəzində notariat ofisinin nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin rəisi məhkəməyə ərizələr göndərərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 2(019)- 45/2022 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilməsinin mümkün olmayacağını bildirərək, nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh2 işə İddiaçı4 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə İddiaçı4, cavabdehlər Balakən regional «Asan xidmət» Mərkəzində notariat ofisinin nümayəndəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN 257 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna X9 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Balakən rayon Aqrar islahat Komissiyasının 24.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə JN257 nömrəli Torpağa Mülkiyyət Hüququna X11 əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0,56 ha torpaq sahəsini İddiaçı1 və İddiaçı2 120 (bir yüz iyirmi) manata Cavabdeh2 satmışlar. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.08.2006-cı il tarixli, 296 nömrəli məhdudiyyət (yüklülük) haqqında arayışından görünür ki, verilir İddiaçı1 ondan ötrü ki, Balakən rayonu Qullar kəndində yerləşən JN:257 Kod 40107018 qeydiyyat nömrəli 24 aprel 1998-ci il tarixli Dövlət Aktı əsasında mülkiyyətdə olan 0,56 ha torpaq sahəsi üzərində hüququn məhdudlaşdırılması (yüklülük) haqqında məlumat Zaqatala rayon Ərazi İdarəsində qeydə alınmamışdır. Arayış dövlət notariat kontorunda özgəninkiləşdirilmə əqdinin rəsmiləşdirilməsi üçün verilir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş 2 aprel 1991-ci il tarixdə verilmiş XİV-JQ 490068 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı4 10 mart 1991-ci il tarixdə doğulmuşdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısı yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya»nın sədrinin Balakən rayon Dövlət Notariat kontorunun notariusu Z.Musayevə yazdığı 07 avqust 2006-cı il tarixli, 556 nömrəli məktubdan görünür ki, rayon icra hakimiyyəti başçısının yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya» Qullar kənd sakini İddiaçı1 ailəsinə məxsus 0,60 hektar pay torpağının satılması ilə əlaqədar rayon icra hakimiyyətinə daxil olmuş ərizəsinə baxmışdır. Rayon icra hakimiyyəti başçısının yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya» Qullar kənd sakini İddiaçı1 10 mart 1991-ci il tarixdə doğulmuş İddiaçı4 adından ailəsinə məxsus 0,60 hektar pay torpağının satılmasına razılıq verir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47 olan, ********* qeydiyyat nömrəli, 17.08.2006-cı il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən 3.0296 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 1 №li reyestr kitabının 4 №li vərəqində 17.08.2006-cı il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan 04.06.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 dekabr 2021-ci il tarixli, №4/1532 nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş İddiaçı1, İddiaçı2 adından Cavabdeh2 adına bağlanmış olan 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində «İmzalar"’ hissəsində “İddiaçı1”yazısı qarşısındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 39-cu vərəqində 237 sıra nömrəsində “İddiaçı1 o” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza- İddiaçı1 tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş İddiaçı1, İddiaçı2 adından Cavabdeh2 adına bağlanmış olan 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar" hissəsində “İddiaçı2” yazısı qarşısındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 39-cu vərəqində 237 sıra nömrəsində “İddiaçı2 q" yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları" qrafasındakı imza-İddiaçı2 tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 dekabr 2021-ci il tarixli, №4/1532 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı işdəki sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, JN 257 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna X12 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı əsasında Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş, notarial qaydada təsdiq olunmuş 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Balakən rayon Aqrar islahat Komissiyasının 24.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə JN257 nömrəli Torpağa Mülkiyyət Hüququna X11 əsasən verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0,56 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 tərəfindən 120 (bir yüz iyirmi) manata Cavabdeh2 satılmış, dövlət notariusuna ünvanlanmış 07 avqust 2006cı il tarixli, 556 nömrəli məktubla rayon icra hakimiyyəti başçısının yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya» Balakən rayonu Qullar kənd sakini İddiaçı1 ailəsinə məxsus 0,60 hektar pay torpağının satılması ilə əlaqədar rayon icra hakimiyyətinə daxil olmuş ərizəsinə baxılmasını qeyd edərək, İddiaçı1 10 mart 1991-ci il tarixdə doğulmuş İddiaçı4 adından ailəsinə məxsus 0,60 hektar pay torpağının satılmasına razılıq vermiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47 olan, ********* qeydiyyat nömrəli, 17.08.2006-cı il tarixli Çıxarışla o cümlədən sözügedən alqısatqının predmeti olmuş 0,56 hektar torpaq sahəsi də daxil olmaqla Balakən rayonu Qullar kəndi ərazisində yerləşən 3.0296 ha kənd təsərrüfatı təyinatlı torpaqlara 17.08.2006-cı il tarixdə Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş üzrə keçirilən məhkəmə-xətşünaslıq ekspertizasının 22 dekabr 2021-ci il tarixli, №4/1532 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş İddiaçı1, İddiaçı2 adından Cavabdeh2 adına bağlanmış olan 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində «İmzalar"’ hissəsində “İddiaçı1”yazısı qarşısındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 39-cu vərəqində 237 sıra nömrəsində “İddiaçı1 o” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza- İddiaçı1 tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim edilmiş İddiaçı1, İddiaçı2 adından Cavabdeh2 adına bağlanmış olan 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar" hissəsində “İddiaçı2” yazısı qarşısındakı imza və həmin müqavilənin qeydiyyatdan keçdiyi 4Ə-2 nömrəli reyestr jurnalının 39-cu vərəqində 237 sıra nömrəsində “İddiaçı2 q" yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları" qrafasındakı imza-İddiaçı2 tərəfindən icra olunmuşdur. Həmçinin iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyətçilərin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:…8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr… Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia predmetini təşkil edən 12 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-257 seriyalı KOD 40107018 Torpağa Mülkiyyət Hüququna X9 göründüyü kimi, mübahisə predmeti olan 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir və birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansını bağlanmasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fəziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin-valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Mülki Məcəllənin 222.2 və 222.3-cü maddələrinə əsasən İddiaçı1 və İddiaçı2 12 avqust 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsini bağlayaraq ümumi birgə mülkiyyətdə olan 0,56 ha torpaq sahəsini Cavabdeh2 satarkən onların birgə mülkiyyətdə olan bu torpaq sahəsinə dair sərəncamçılığının bütün mülkiyyətçilərin, o cümlədən İddiaçı3 və İddiaçı4 razılığı ilə həyata keçirilməsi, yəni onların da bu əqdə razılıq verməsi ehtimal olunmuşdur. Digər tərəfdən, əqd bağlanarkən İddiaçı4 hələ yetinlik yaşına çatmamış, onun adından əqdi onun qanuni nümayəndəsi olan atası İddiaçı1 bağlamış, buna da qəyyumluq və himayəçilik komissiyasının razılığı olmuşdur. İş materiallarına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi barəsində sərəncam verməklə bağlı ayrı qaydanın müəyyən edilməsi haqqında bütün mülkiyyətçilərin hər hansı ayrıca razılışması olmamış, Mülki Məcəllənin 222.2 və 222.3-cü maddələrinin tələbinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı1 və İddiaçı2 ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqd bağlamışlar. Bundan başqa iddiaçılar əqdin başqa tərəfinin-yəni Cavabdeh2 birgə mülkiyyətin mülkiyyətçilərindən İddiaçı1 və İddiaçı2 ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqdin həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmamasını bildiyi və ya bilməli olduğunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, sözügedən əqdin etibarsızlığı üçün Mülki Məcəllənin 222.3-cü maddəsində nəzərdə tutulmuş faktoloji və hüquqi əsasların olmasını sübut edə bilməmişlər. Məhkəmə iddiaçıların iddia tələblərinin əsaslandırıldığı hallar kimi, 12 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinin İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmaması, həmin əqd bağlanarkən yetkinlik yaşına çatan İddiaçı3 razılığının alınmaması və torpaq sahəsinin satılması ilə bağlı həmin vaxt yetkinlik yaşına çatmayan İddiaçı4 mənafeyi üçün qəyyumluq və himayəçilik komissiyasına müraciət edilməməsi və həmin komissiyanın buna razılığının olmaması barədə bildirdiklərinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbinin əsaslandırıldığı bu hallar tamamilə əsassızdır və işdəki mötəbər sübutlarla təkzib olunur. Belə ki, işdəki sübutlardan, o cümlədən məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 22 dekabr 2021-ci il tarixli, 4/1532 nömrəli rəyindən görünür ki, 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsi satıcılar kimi İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmış, alıcı qismində isə Cavabdeh2 tərəfindən imzalanmış və həmin şəxslər sözügedən 0,56 ha torpaq sahəsinin alqı-satqısına dair öz iradə ifadələrini əks etdirərək həmin müqaviləni bağlamışlar. Məhkəmə 12 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq qeyd edir ki, həmin müqavilə qanunda bu tip əqdlər üçün nəzərdə tutulmuş forma tələblərinə riayət edilməklə, yəni notarial qaydada təsdiq edilməklə yazılı şəkildə bağlanmış, orada tərəflərin bütün rekvizitləri;soyadı, adı və atasının adı, qeydiyyatda olduğu ünvanlar, alqı-satqı predmeti, onun ölçüsü, alqı-satqıqiyməti, müqavilənin bağlandığı tarix və sair məlumatlar əks olunmuş, tərəflərə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri və əqdin bağlanmasının hüquqi nəticələri izah edilmiş, müqavilədə yetkinlik yaşına çatmayan İddiaçı4 adından onun qanuni nümayəndəsi olan atasına həmin əqdi bağlamasına razılıq verilməsini təsdiq edən qəyyumluq və himayəçilik komissiyasının müvafiq razılıq məktubuna istinad edilmiş, müqavilənin təsdiqi üçün müvafiq qaydada dövlət rüsumu ödənilmiş, müqavilə notariat əməliyyatlarının rəsmi dövlət reyestrinə daxil edilmiş və notariusun adı göstərilməklə onun tərəfindən təsdiq edilərək ona imza edilmişdir. Həmin 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsində hər hansı pozuntu və düzəliş yoxdur və müqavilənin tamlığı heç bir şübhə doğurmur. Həmin müqavilə rəsmi sənəd hesab olunması üçün bütün rekvizitlərə malikdir. Belə olan halda sənədin düzlüyü və tamlığı prezumpsiyası baxımından 12 avqust 2006-cı il tarixli 4-Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsi bütün rəsmi rekvizitlərə malik olmaqla rəsmi sənəd sayılır və həmin müqavilə ilə 0,56 ha torpaq sahəsinin qanunvericiliyə uyğun qaydada İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh2 satılması və alıcı X1 həmin torpaq sahəsi üzərində titul sahibliyinin, sahiblik və istifadə hüququnun yaranması və bu müqavilənin həmin torpaq sahəsinin Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi fakt kimi çıxış etməsi müəyyən olunur. Digər tərəfdən yuxarıda istinad olunan Mülki Məcəllənin 222.2 və 222.3-cü maddələrinə əsasən birgə mülkiyyətdə olan 0,56 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən satılması, yəni həmin torpaq sahəsi üzərində sərəncam verilməsi haqqında əqdin bağlanması zamanı İddiaçı3 da buna razılıq verməsi ehtimal edilmişdir. Qanun normalarının tələbindən görünür ki, belə olan halda İddiaçı1 və İddiaçı2 bu əqdin bağlanmasına lazımi səlahiyyətlərinin olması qəbul edilir. Həm də bu əqdin başqa tərəfi olan Həşimov X4 Sərvər Kamil oğlu və İddiaçı2 İddiaçı3 atası və anası və birgə mülkiyyətin mülkiyyətçiləri kimi bu müqavilənin bağlanması üçün lazımi səlahiyyətlərinin olmasını ehtimal etmiş və bu halı qəbul etmişdir. Onun başqa nəticəyə gəlməsi üçün faktoloji əsaslar olmamışdır. Belə ki, qeyd edildiyi kimi, müvafiq Dövlət Aktına əsasən həmin 0,56 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə mülkiyyətində olmuşdur, Elşən İddiaçı1 Dibirov və İddiaçı2 oğludur. Həşimov X5 rayon sakini deyildir və İddiaçı3 tanımamışdır. O, qanuna görə birgə mülkiyyətin mülkiyyətçiləri kimi İddiaçı1 və İddiaçı2 uşaqlarının adından da torpaq sahəsini satmaq səlahiyyətlərinə malik olmasını haqlı olaraq ehtimal etmişdir. İşdə bunun əksini təsdiq edən hər hansı sübut yoxdur və iddiaçılar da Cavabdeh2 İddiaçı1 və İddiaçı2 bu torpaq sahəsini satmalarına dair lazımi səlahiyyətlərinin olmamasını təsdiq edən və Cavabdeh2 bunu bildiyini və bilməli olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı tərəfin üzərinə düşür. İşdəki sübutlarla iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinin satılması zamanı İddiaçı4 mənafeyinə görə qəyyumluq və himayəçilik komissiyasına müraciət etməmələri və həmin komissiyanın razılığının alınmaması barədə göstərdikləri də tamamilə təkzib olunur. Belə ki, işə əlavə olunan Balakən rayon İcra Hakimiyyəti başçısı yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya»nın sədrinin Balakən rayon Dövlət Notariat kontorunun notariusu Z.Musayevə yazdığı 07 avqust 2006-cı il tarixli, 556 nömrəli məktubdan görünür ki, rayon icra hakimiyyəti başçısının yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya» Qullar kənd sakini İddiaçı1 ailəsinə məxsus 0,60 hektar pay torpağının satılması ilə əlaqədar rayon icra hakimiyyətinə daxil olmuş ərizəsinə baxmış və rayon icra hakimiyyəti başçısının yanında «Qəyyumluq və himayəçilik məsələlərinə baxan komissiya» Qullar kənd sakini İddiaçı1 10 mart 1991-ci il tarixdə doğulmuş İddiaçı4 adından ailəsinə məxsus 0,60 hektar pay torpağının satılmasına razılıq vermişdir. Hipotetik olaraq qəyyumluq və himayəçilik komissiyasının bu razılığının olmaması ehtimal olunsa belə (halbuki həmin razılıq olmuşdur) bu hal iddianın təmin olunması və sözügedən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, əvvəla, qanunda birgə mülkiyyətin subyekti tərəfindən birgə mülkiyyətdə olan əşya üzərində sərəncam verilərkən-əqd bağlanarkən birgə mülkiyyətin digər iştirakçısı yetkinlik yaşına çatmayan şəxs olduqda istənilən halda qəyyumluq və himayçilik komissiyasının (onun nümayəndəsinin) mütləq iştirakı və mütləq qaydada həmin komissiyanın razılığının alınması nəzərdə tutulmamışdlır. Digər tərəfdən 12 avqust 2006-cı il tarixli əqd bağlanarkən İddiaçı4 qanuni nümayəndələri olan valideynləri həmin əqdə imza etmiş və yuxarıda istinad olunan qanun normasının (Mülki Məcəllənin 222-ci maddəsi) tələbinə əsasən İddiaçı4, həmçinin İddiaçı3 da razılığının olması ehtimalı ilə çıxış etmişlər və İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətdə olan sözügedən 0,56 ha torpaq sahəsi ilə bağlı belə sərəncam vermək hüquqları olmuşdur. Həmçinin sənədin-notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin düzlüyü və tamlığı prezumpsiyasına istinad olunmaqla həmin 0,56 torpaq sahəsinin alqı-satqısı ilə bağlı Cavabdeh2 tərəfindən müqavilədə qeyd olunan pul məbləği ödənilmiş, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsinə keçmiş, Cavabdeh2 həmin torpaq sahəsinə titul sahibliyi yaranmışdir və 15 ildir ki, həmin torpaq sahəsi cavabdehin qanuni sahiblik və istifadəsindədir. Yəni alqı-satqı zamanı qanunun tələblərinə əməl edilmiş və qanunun tələbləri və tətbiqi təcrübəsi nöqteyi-nəzərindən iddiaçıların hüquqları pozulmamışdır. Cavabdeh2 həmin torpaq sahəsinin qanuni və vicdanlı alıcısıdır və onun hüquqlarının müdafiə olunması vacib əhəmiyyət daşıyır. Ona görə də iddiaçıların istinad etdiyi və işdəki sübutlarla təsdiqini tapmayan əsaslar Cavabdeh2 qanunauyğun qaydada aldığı həmin torpaq sahəsinə olan hüquqlarından məhrum etməyə əsas yarada bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə nəzərə çatdırır ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir:1) əqdin subyektiv tərkibinə aid edilən şərt; 2) əqdin məzmununa aid edilən şərt; 3) əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şər; 4) əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqdi bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarınının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumunu nəzərə çatdırmışdır ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notrial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1,334.1,334.2,334.3.1 və 647.1-ci maddələri). Beləliklə də hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşdə sübutlardlan görünür ki, 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqısatqı müqaviləsində bu tələblərə əməl edilmiş, müqavilə lazımi subyektlər (səlahiyyətli şəxslərin) iştirakı ilə bağlanmış, onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmuş, bu əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqdin etibarsızlığı müəyyən edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçılar qeyd olunan 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onların üzərinə düşür. Məhkəmə onu da bildirir ki, hazırki işdə kəsici iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsini imzalamış və özlərinə və digər ümumi birgə mülkiyyətçilərə məxsus 0,56 ha torpaq sahəsini Cavabdeh2 satmış, həmin torpaq sahəsi həmin vaxtdan Cavabdeh2 titul sahibliyinə verilməklə onun torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları yaranmışdır. Həmçinin həmin 0,56 ha torpaq sahəsi də daxil olmaqla Balakən rayonu Qullar kəndində yerləşən 3.0296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Cavabdeh2 mülkiyyət hüquqları 17.08.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Həmin 12 avqust 2006-cı il tarixli müqavilənin bağlanaraq torpaq sahəsinə titul sahibliyi Cavabdeh2 keçdiyi vaxtdan iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halların mövcudluğunu bilməli idilər və həmin vaxtdan həmin əqdin etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulmuş müddətdə iddia qaldırmalı idilər. Lakin onlar qanunda nəzərdə tutulmuş müddətdə bu əqdin etibarsızlığı ilə bağlı iddia irəli sürməmiş, bu iddianı həmin vaxtdan 15 ilə yaxın müddət keçdikdən sonra qaldırmış və müddəti ötürmüşlər. Bu da iddianın rədd edilməsi üçün qanunda göstərilən əsaslardan biridir. Məhkəmə iddiaçıların guya həmin torpaq sahəsinə çıxarış vermək üçün daşınmaz əmlakın dövlət reyestri orqanına müraciət etdikdən sonra 2021-ci ildə həmin torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 12 avqust 2006-cı il tarixli müqavilənin olmasını bilmələri, yəni bu əqdin bağlandığının həmin vaxtdan onlara məlum olmaları barədə bildirdliklərini qəbul etmir. Belə ki, işdəki sübutlardan görünür ki, İddiaçı1 və İddiaçı2 12 avqust 2006-cı il tarixli müqaviləyə imza etməklə həmin torpaq sahəsini Cavabdeh2 satmış, torpağın satış pulunu ondan almış, həmin torpaq sahəsini də Cavabdeh2 titul sahiblyinə, yəni faktiki sahibliyinə vermişlər. Bu zaman İddiaçı1 və İddiaçı2 öz adından və digər ümumi birgə mülkiyyətçilərin adından həmin əqdi bağlamışlar. İddiaçıların 15 ildə torpaq sahəsinin Cavabdeh2 satılmasını bilməmələri inandırıcı görünmür və onlar bu barədə hər hansı mötəbər sübutu da məhkəməyə təqdim edə bilməmişlər. Belə ki, keçən 15 il müddət ərzində iddiaçıların öz torpaq sahəsinə baş çəkməmələri və onun faktiki başqasının sahibliyində olduğunu bilməməlri heç bir sübutla və faktoloji əsasla təsdiq olunmur. Əksinə iddiaçıların istinad etdikləri bu hal işdəki mötəbər sübutlarla tam təkzib olunur və iddiaçıların əqdin etibarsızılığı üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüklərini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində (hazırki halda Mülki Məcəllənin 354.2-ci maddəsində) nəzərdə tutulmuş müddətlər isə kəsici müddətlərdir və onların tətbiqi üçün mübahisə tərəfinin ərizəsi tələb olunmur. Belə ki, kəsici müddətlər elə müddətlərə deyilir ki, hüququn özü həmin müddət daxilində mövcud olur. Həmin müddət keçdikdən sonra hüququn özü mövcud olmur. Ona görə də mövcud olmayan hüquq üzrə tələb də aradan qalxır. Məhkəmə 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47 olan, ********* qeydiyyat nömrəli, 17.08.2006-cı il tarixli Çıxarışın) ləğv edilməsi tələbinə də hüquqi qiymət verərək, hesab edir ki, həmin tələb hissəsində də iddia təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, Cavabdeh2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47 olan, ********* qeydiyyat nömrəli, 17.08.2006-cı il tarixli Çıxarışın) verilməsi üçün əsas o cümlədən 0,56 ha torpaq sahəsi hissəsində 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasmın (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində qanunvericiliyə uyğun qaydada hüquqlar əldə edən şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Məhkəmə 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün heç bir faktoloji və hüquqi əsaslar müəyyən etməmiş və həmin müqavilənin qanunun tələblərinə uyğun olaraq bağlandığı nəticəsinə gəlmişdir. Belə olan halda 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə 0,56 ha torpaq sahəsinə düzgün olaraq Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdlır. Ona görə də həmin 0,56 ha torpaq sahəsinin İlqar Həşqimovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunvericiliyin tələblərinə uyğundur və həmin qeydiyyatın və Cavabdeh2n adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47 olan, ********* qeydiyyat nömrəli, 17.08.2006-cı il tarixli Çıxarışın) hissəvi və ya tam ləğv edilməsi üçün heç bir faktoloji və hüquqi əsas yoxdur. Göstərilənlər də iddianın tamamilə əsassız olmasını göstərir və ona görə də məhkəmə hazırki iddianın bütünlüklə təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional «Asan xidmət» Mərkəzində Notariat Ofisinə, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı JN seriyalı 257 nömrəli (kod: ********) dövlət aktının 257 W planşet nömrəsində qeyd olunan 0,56 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair 12 avqust 2006-cı il tarixli 4Ə-237 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə o cümlədən hesab edir ki, iddia təmin edilmədiyi üçün iş üzrə 150 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aid edilsin. İş üzrə 150 manat ekspertiza xərci iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-45/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-45/2022
31.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver