Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-5/2021 01.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Rəşid qızı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X2rşı torpaq sahələrindən payının naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payının naturada ayrılması,həmin payların dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Rəşid qızıysy nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirib, Balakən rayonu Katex kəndində yerləşən 0,2267 ha həyətyanı torpaq sahəsindən və 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/8 hissə payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycpan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Rəşid qızının nümayəndəsi X5 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, cavabdeh Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X2rşı payının naturada ayrılması tələbinə dair iddia ərizəsinin qaytarılmasını və həmin iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X3 nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin onlardan işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi ilə bağlı hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X6 işin mahiyyəti üzrə həll olunmasını məhkəməyə hər hansı formada (yazılı və ya şifahi) müraciət etməklə tələb etmədiyindən, İddiaçı cavabdeh Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X2rşı torpaq sahələrindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı X2rşı torpaq sahələrindən payının naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-5/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-5/2021
01.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver