Məhkəmə qərarları › İş №2(019)-503/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-503/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-503/2020 21.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********32331 olan X8 7 markalı telefon üçün 308 (üç yüz səkkiz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə-ümumilikdə 338 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 358 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəyə etiraz etdiyindən Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «xxxxxxxxxxx» X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» X3 ilə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********32331 olan X8 7 markalı telefon almış və nəticədə 338 (üç yüz otuz səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə alqı-satqı qiyməti 462 (dörd yüz altmış iki) manat (6 ay x 77 manat+0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********32331 olan X7 7 markalı telefon üçün ümumilikdə 338 (üç yüz otuz səkkiz) manat olmaqla, ondan 3089 (üç yüz səkkiz) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat cərimə (0.77 manat x 120 gün) hesablanmalı olmasına baxmayaraq, müstəriyə güzəşt olunaraq 30 (otuz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 154 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı “xxxxxxxxxxx” X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər. İddiaçı “xxxxxxxxxxx” X1 direktoru məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi yazılı etirazında göstərdi ki, xx.xx.2019-cu il tarixində müvəqqəti kirayədə yaşadığı evdən otaq yoldaşı tərəfindən Redmi Note 7 markalı mobil telefonu oğurlanmışdır. Bu haqda 102 qaynar xətdə məlumat verilmiş və Bakı şəhəri Nəsimi rayon 20-ci polis bölməsinə yazılı şəkildə şikayət olunmuşdur. Bir müddətdən sonra cavabdehə məxsus telefonun Cəlilabad rayon sakini X6 tərəfindən oğurlandığı və 28 may adlanan ərazidə telefon mağazasına satıldığı müəyyən olunmuşdur. Hadisənin üstü açılmış, telefonu alan şəxs, mağaza sahibi və o, 20-ci polis bölməsinə getmiş və orada hər üçündən izahat alınmışdır. Ona məxsus olan olan teleon mağazadan alan şəxs bölməyə gətirilmiş, lakin telefon ona təhvil verilməmişdir. Polis əməkdaşı telefonun maddi sübut kimi həmin şəxsdə saxlanıldığını bildirmiş, lakin telefon ona təhvil verilməmişdir. Telefon başqa şəxs tərəfindən işlədildiyinə görə o, krediti ödəməmişdir. Ona məxsus Redmi Note 7 markalı telefon ona təhvil verilərsə o, kredit ödənişini davam etdirəcəkdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə "xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış və "xxxxxxxxxxx" MMC Cavabdeh ümumi dəyəri 462 manat olan bir ədəd İMEİ Kodu **********32331 olan X8-7 markalı telefonu 6 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli müqaviləyə əlavə (Ödəniş cədvəlinin) 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ərizəsi əsasında toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, çıxarılmış qərar barədə işdə maraqlı tərəflərə məlumat verilmiş və qərarın surəti qeyd olunan hadisəni törətmiş X4 yeri müəyyən edilərək barəsində İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 20-ci PB-nə həvalə edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-dən 462 manat məbləğində bir ədəd İMEİ Kodu **********132331 olan X8 7 markalı telefon 6 ay müddətə kreditlə-nisyə almışdır. Cavabdeh cəmi 154 manat ödəniş etmiş, onun 338 manat əsas borcu qalmışdır. Ona 30 manat cərimə hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, peniyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 5 manat həcmində müəyyən edilməlidir. Cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin aldığı telefonun başqa şəxs tərəfindən oğurlanması onun krediti ödəməməsi üçün əsas ola bilməz.. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 308 manat əsas borc, 5 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi - 333 manat məbləğində pul alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 308 manat əsas borc, 5 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu cəmi -333 manat məbləğində pul alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar