Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-531/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» X4 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********04383 olan Samsung Galaxy A6 markalı telefon üçün 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********87666 olan Samsung Galaxy A6 markalı telefon üçün 484 (dörd yüz səksən dörd) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə, ümumilikdə 1097 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1127 manatın Cavabdeh alınaraq «xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh «xxxxxxxxxxx» X4 ilə bağladığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********04383 və **********887666 olan Samsung Galaxy A 6 markalı telefon almış və nəticədə 1097 (bir min doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 936 (doqquz yüz otuz altı) manat (24 ay x 39 manat+0 manati ilkin ödəniş) İMEİ Kodu **********04383 olan Samsung Galaxy A 6 markalı telefon üçün ümumilikdə 495 (dörd yüz doxsan beş) manat olmaqla ondan, 390 manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 968 (doqquz yüz altmış səkkiz) manat (22 ay x 44 manat+0 manati ilkin ödəniş ) İMEİ Kodu **********87666 olan Samsung Galaxy A 6 markalı telefon üçün ümumilikdə 602 (altı yüz iki) manat olmaqla ondan, 484 (dörd yüz səksən dörd) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1030 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanarsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Yuxarıda göstərilənlərə əsasən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********04383 olan Samsung Galaxy A 6 markalı telefon üçün 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********87666 olan Samsung Galaxy A 6 markalı telefon üçün 484 (dörd yüz səksən dörd) manat ödənilməmiş hissə, 118 (yüz on səkkiz) manat dəbbə, ümuimlikdə 1097 manat borc, 30 manat ödənilməmiş dövlət rüsumu olmaqla, cəmi 1127 manatın Cavabdeh alınaraq “xxxxxxxxxxx» X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı «xxxxxxxxxxx» MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı «xxxxxxxxxxx» X1 direktoru məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli K00217741 nömrəli müqavilədən görünür ki, həmin müqavilə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və «xxxxxxxxxxx» MMC Cavabdeh ümumi dəyəri 936 manat olan bir ədəd Samsung Galaxy A6 markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli 00332917 nömrəli müqavilədən görünür ki, həmin müqavilə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və «xxxxxxxxxxx» MMC Cavabdeh ümumi dəyəri 602 manat olan bir ədəd Samsung Galaxy A6 markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə satmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr bağlayaraq «xxxxxxxxxxx» MMC-dən ümumi dəyəri 936 manat olan bir ədəd Samsung Galaxy A6 markalı telefonu və ümumi dəyəri 602 manat olan bir ədəd Samsung Galaxy A6 markalı telefonu 12 ay müddətinə kreditlə-nisyə almışdır. Cavabdeh cəmi 1030 manat ödəniş etmiş, onun Samsung Galaxy A 6 markalı telefon üçün 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, Samsung Galaxy A 6 markalı telefon üçün 484 (dörd yüz səksən dörd) manat ödənilməmiş hissə borcu qalmışdır. X6 A6 markalı telefon üçün 105 (yüz beş manat) dəbbə pulu, Samsung Galaxy A6 markalı telefon üçün 118 (yüz on səkkiz) manat dəbbə pulu hesablanmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borcun miqdarı 390 manat оlduğu halda, 105 manat məbləğində penya, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borcun məbləği 484 manat olduğu halda 118 manat peny hesablanması tənasübsüz dərəcədə yüksək hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2018-ci il tarixli müqavilə üzrə penya 10 manat həcmində, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 12 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 390 (üç yüz doxsan) manat əsas borca görə, 10 (on manat) dəbbə puluna görə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 484 (dörd yüz səksən dörd) manat əsas borca görə, 12 (on iki) manat dəbbə puluna görə, ümumilikdə 896 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumunun 24,60 manatı, cəmi 920.60 manat alınaraq «xxxxxxxxxxx» X2 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 390 (üç yüz doxsan) manat əsas borca görə, 10 (on manat) dəbbə puluna görə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 484 (dörd yüz səksən dörd) manat əsas borca görə, 12 (on iki) manat dəbbə puluna görə, ümumilikdə 896 manat borca görə və 30 manat ödənilmiş dövlət rüsumunun 24,60 manatı, cəmi 920.60 manat alınaraq «xxxxxxxxxxx» X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-531/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-531/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver