Məhkəmə qərarları › İş №2(019)-546/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-546/2021

05.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-546/2021 05.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması, miras əmlakın onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 sentyabr 2013-cü il tarixdə ölmüş X3 və 07 avqust 2018ci il tarixdə ölmüş X7 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması, miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini azaldıb, 04 sentyabr 2013cü il tarixdə ölmüş X3 və 07 avqust 2018-ci il tarixdə ölmüş X7 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənəkimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi- vəkili Vəkil iddianı müdafiə edərək, onunla əsaslandırmışdır ki, İddiaçı Balakən rayonu Qazma kəndində mübahisələndirilən daşınmaz əmlak üzərində qeydiyyatdadır. X2, anası X13r. Birgə təsərrüfat apardıqları dövrdə Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 0.2424 ha həyətyanı torpaq sahəsi, 1.00 ha isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailələrinin mülkiyyətinə verilmişdir. Bu barədə İddiaçı, X2na, anası X14, qardaşı Cavabdeh JN 139 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna X27 verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə verilmiş 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki kontur daxilində, yəni 139F cizgidə qeyd edilən 6512.82 kvm hissəsi həyətyanı torpaq sahəsinə bitişik hissədən, 139 saylı cizgidə qeyd edilən 3444.00 kvm hissəsi isə çöl sahəsindən verilmişdir. 0.2424 ha həyətyanı torpaq sahəsinin 0.1155 ha hissəsini və 0.6512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.473 ha hissəsini öz razılıqları ilə atalarının başqa ailəsi olan X11 vermişlər. Qalan torpaq sahələrinə və fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. X2 04 sentyabr 2013-cü il tarixdə, anası X17 isə 07 avqust 2018-ci il tarixdə ölmüşdür. Onların ölümündən sonra miras qalmış əmlakları qardaşı Cavabdeh və özü qəbul etmişlər. Digər qardaş və bacıları isə ailə quraraq təsərrüfatdan əvvəldən çıxmışlar və başqa ünvanlarda yaşayırlar, mirası qəbul etməmişlər. X1 və anası X7 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisi 18 oktyabr 2019-cu il tarixli 750 nömrəli imtina məktubu verərək qeyd etmişdir ki, digər vərəsə olan qardaşı Cavabdeh ilə arasında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Eyni zamanda bildirir ki, 28 mart 2014-cü il tarixdə Balakən rayon Notariat Ofisi tərəfindən hazırda mübahisələndirilən miras əmlakın 03.09.2013-cü ildə ölmüş X10 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsinin ona düşən hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Lakin iddiaçının atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müdət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə görə hesab edir ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, mərhum X15 onun atası, X17 isə anası olmuşdur. 2000-ci ildə atası anasından ayrılmış və X16 ilə ailə həyatı qurmuşdur. Təsərrüfatları kolxozçu həyəti olmuşdur. Birgə təsərrüfat apardıqları dövrdə 0.2424 ha həyətyanı torpaq sahəsi, 1.00 ha isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailəsinin mülkiyyətinə verilmişdir. 03 sentyabr 2013-cü ildə X2 ölmüşdür. Onun ölümündən sonra altı ay müddətində onlar Balakən rayon Dövlət Notariat kontoruna müraciət edərək, öz paylarına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)- 26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 2(019)- 1949/2016 saylı qərardadına əsasən Süleyman Soltan oğlundan miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, 0.2424 ha həyətyanı, 0.3444 ha (əkin) və 0.6512 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X10 məxsus hissəsindən barışıq sazişinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq 0.1155 ha həyətyanı və 0.0455 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik hüququ əsasında X16 və onun qızı X4 mülkiyyətinə verilmişdir. Bundan sonra qalan torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçıya miras əmlakların 1/2 hissəsinə vərəsəlik hüququnun tanınmasına etiraz etmir. Lakin miras əmlaklardan iddiaçıya mirasın bölüşdürülməsinə etiraz edir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Üçüncü şəxs Balakən rayon Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş, lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 29 avqust 2019-cu il tarixdə verilmiş 1242 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, İddiaçı xx xxx 1980-cı il tarixdə anadan olmuş, X2, anası anası X17 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 03 oktyabr 2019-cu il tarixdə verilmiş 1443 nömrəli arayışın surətindən görünür ki, X15 03 sentyabr 2013-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 03 oktyabr 2019-cu il tarixdə verilmiş 1444 nömrəli arayışın surətindən görünür ki, X17 20 avqust 2018-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71 olan, ********** qeydiyyat nömrəli 21.04.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,6512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X8, ümumbirgə X12, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********72 olan, ********** qeydiyyat nömrəli 21.04.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0,3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X8, ümumbirgə X12, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 09.10.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 56.1 kvm-dən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə X8, ümumbirgə X12, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş İddiaçı ünvanlanmış 18 oktyabr 2019-cu il tarixli 750 nömrəli məktubdan görünür ki, digər vərəsə olan qardaşı Cavabdeh ilə aralarında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 02 noyabr 2016-cı il tarixli 2(019)-1949/2016 saylı qərardadından görünür ki, Süleyman Soltan oğlundan miras qalmış Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi, 0.2424 ha həyətyanı, 0.3444 ha (əkin) və 0.6512 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X10 məxsus hissəsindən barışıq sazişinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq 0.1155 ha həyətyanı və 0.0455 ha (çoxillik əkmələr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vərəsəlik hüququ əsasında X16 və onun qızı X4 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Notariat Ofisi tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 03.09.2013-cü ildə ölmüş X10 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahələrinin ona düşən hissəsinə Cavabdeh, İddiaçı, X9, X5 və X6 mirasdan pay verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 56.1 kvm-dən ibarət fərdi yaşayış evi tam, torpaq sahəsi ümumbirgə X8, ümumbirgə X12, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Eyni zamanda Balakən rayonu Qazma kəndində yerləşən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə X8, ümumbirgə X12, ümumbirgə Cavabdeh və ümumbirgə İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. X15 04 sentyabr 2013-cü il tarixdə, X17 isə 07 avqust 2018-ci il tarixdə ölmüşdür. Onların ölümündən sonra miras qalmış əmlakları Cavabdeh və İddiaçı qəbul etmişlər. Digər qardaş və bacıları isə ailə quraraq təsərrüfatdan əvvəldən çıxmışlar və başqa ünvanlarda yaşayırlar, mirası qəbul etməmişlər. İddiaçı X1 və anası X7 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Balakən rayon Notariat Ofisi 18 oktyabr 2019-cu il tarixli 750 nömrəli imtina məktubu verərək qeyd etmişdir ki, digər vərəsə olan qardaşı Cavabdeh ilə aralarında mübahisə vardır və o, ona mirasdan pay verilməsinə qətiyyətlə etiraz edir. Odur ki, mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Eyni zamanda 28 mart 2014cü il tarixdə Balakən rayon Notariat Ofisi tərəfindən hazırda mübahisələndirilən miras əmlakın 03.09.2013-cü ildə ölmüş X10 məxsus olmuş fərdi yaşayış evi və torpaq sahəsinin ona düşən hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Balakən Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(019)-26/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 28 mart 2014-cü il tarixli 2V-114 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilmişdir. Lakin iddiaçının atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müdət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə görə hesab edilir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə hesab edir ki, mirasın faktiki qəbul edilməsi vərəsənin miras əmlaka sahiblik, onun istifadəsi və onun üzərində sərəncam verilməsi ilə bağlı hərəkətləri, həmçinin onun lazımi qaydada saxlanması, miras əmlakla bağlı vergilərin və digər ödənişlərin ödənilməsi barədə istənilən hərəkəti ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görəvərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, iddiaçının atasının ölümündən sonra da, həmin fərdi yaşayış evində bir müdət yaşaması, hazırda mübahisələndirilən fərdi yaşayış evi və torpaq sahələrinə dair çıxarışda İddiaçı və Cavabdeh mülkiyyətçi olması, mübahisələndirilən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçının qeydiyyatda olması, atasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verdiyinə, miras qalmış əmlakların Cavabdeh və İddiaçı tərəfindən qəbul edildiyinə, miras əmlakların 1/2 hissəsinə iddiaçının vərəsəlik hüququnun tanınmasına cavabdehin etiraz etməməsinə əsasən hesab edir ki, iddia təmin edilməli, 04 sentyabr 2013-cü il tarixdə ölmüş X3 və 07 avqust 2018-ci il tarixdə ölmüş X7 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 04 sentyabr 2013-cü il tarixdə ölmüş X3 və 07 avqust 2018-ci il tarixdə ölmüş X7 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında Balakən rayonu Qazma kəndində 0.1269 ha həyətyanı torpaq sahəsindən, 0.6039 ha və 0.3444 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara məxsus olan hissəsindən 1/2 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar