Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-580/2021 01.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Musanif qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 noyabr 1987-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində doğulmuş həyat yoldaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunda yaşayır, ailəlidir. 2010-cu ildə Balakən rayonu Hənifə kənd sakini X10 ilə qeyri-rəsmi nikah bağlayaraq evlənmişdir. Nikahları 17 avqust 2012-ci il tarixdə 156 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Birgə yaşadıqları dövrdə 25.04.2012-ci il tarixdə X8 adında qızları olmuşdur. Həyat yoldaşı X10 anadangəlmə “Oliqofreniya debillik dərəcəsində nevrotik reaksiyalarla” anamnezində kəllə beyin travmasının qalıq əlamətləri diaqnozu ilə xəstədir. Əri Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 3-cü qrup daimi əlildir. Həyat yoldaşı Yusif qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı müraciət edərkən həyat yoldaşı Yusifin ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan, o, sənədlərə imza edə bilmir. Buna görə də əri Yusif Quliyevin fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 məhkəmə-psixiatrik ekspertizasının rəyini nəzərə alaraq, 07 noyabr 1987-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasına çağrılmış fəaliyyət qabiliyyəti olayan hesab edilməsi haqqında işinə baxılan şəxs X1 buna yol vermədiyindən məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1,185.4 və 320.2-ci maddələrinə əsasən hazırki işə fəaliyyət qabiliyyəti olayan hesab edilməsi haqqında işinə baxılan şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X7 Hüquqi Şəxsi tərəfindən 20.04.2021-ci il tarixdə verilmiş 51 nömrəli arayışdan görünür ki, Balakən rayon sakini 1987 təvəllüdlü X2 MRX-da «Oliqofreniya debillik dərəcəsində nevrotik reaksiyalarla» anamnezində kəllə beyin travmasının qalıq əlamətləri ilə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən 19.10.2020-ci il tarixdə verilmiş **********5 nömrəli arayışdan görünür ki, X10 İİİ qrup əlilliyə görə 110 manat məbləğində 01.08.2015-ci il tarixdən daimi sosial müavinət alır. İşdə olan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 17 avqust 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 770521 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X6 arasında 17 avqust 2012-ci-cu il tarixdə 156 nömrə ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 avqust 2021-ci il tarixli, 120 nömrəli rəyindən görünür ki, X10 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X10 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan 21.04.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin, qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 07 noyabr 1987-ci ildə doğulmuş həyat yoldaşı X10 anadangəlmə “Oliqofreniya debillik dərəcəsində nevrotik reaksiyalarla” anamnezində kəllə beyin travmasının qalıq əlamətləri diaqnozu ilə xəstədir. X2 rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X10 3-cü qrup əlildir və əmək qabiliyyəti yoxdur. X10 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını tam anlaya və onları tam idarə edə bilmir. 07 noyabr 1987-ci ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 avqust 2021-ci il tarixli, 120 saylı rəyinə əsasən X10 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir, bununla əlaqədar olaraq X10 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 07 noyabr 1987-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 07 noyabr 1987-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-580/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-580/2021
01.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver