Məhkəmə qərarları › İş №2(019)-59/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-59/2022

23.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-59/2022 23.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi qızının, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək öhdəliyində olan birinci dərəcəli əlil oğlu- X2 fəaliyyət qabiliyyətinin olmaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki,o,1987-ci ildə Balakən şəhəri, Cirinqov küçəsi ev 14-də qeydiyyatda olan Dibirov Nürəddinlə rəsmi nikah bağlamadan ailə qurmuşdur. Birgə yaşayışlarından 1988-ci il təvəllüdlü oğlu -Zaur anadan olmuşdur. Oğlunun üç yaşına qədər onlar ailədə birgə yaşamışlar. Oğlunun üç yaşından sonra onun ayaqlarının iflic olduğu müəyyən edilmişdir. Beləliklə əri onu və oğlunu ataraq evdən çıxıb birdəfəlik getmişdir. Oğlu yaşa dolduqca onun əqli cəhətdən də qüsurlu olması aşkarlanmış və danışa bilməməsi bəlli olmuşdur. Oğlu 32 ildir ki, yataq xəstəsidir, bu müddətdə oğluna təkbaşına özü baxır. Onu evdə tək qoya bilmir. Dövlət tərəfindən əlilliyə görə müavinət alır. Oğlunun 32 yaşı olmasına baxmayaraq heç bir əmək və fəaliyyət qabiliyyəti olmadığından onun adından heç bir əməliyyat apara bilmir. Balakən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etmişdir. Həmin şöbədən ona oğluna qəyyum olmasına etiraz etmədiklərini, ancaq məhkəməyə müraciət edərək onun fəaliyyət qabiliyyətinin olmaması faktının məhkəmə tərəfindən müəyyən olunmasının zəruriliyi bildirilmişdir.O, da bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, Dibirov Zaur Nürəddin oğlu anadangəlmə xəstədir. O, orta dərəcəli kəmağıllıq uşaq serebral iflicinin qalıq əlamətləri qıcolma tutmaları diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. X4 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 09 yanvar 1988-ci ildə doğulmuş X3 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin 13 yanvar 2022-ci il tarixli 26 nömrəli rəyindən görünür ki, X5 anadanğəlmə xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, USAQ SEREBRAL İFLİCİNİN QALİQ ƏLAMƏTLƏRİ, QİCOLMA TUTMALARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulanın beynəlxalq təsnifatı 10-cu baxısi F71.1 xəstəliyi keçirir. Bununla əlaqədar olaraq X5 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qızının 09 yanvar 1988-ci il tarixdə doğulmuş oğlu- X4 anadangəlmə orta dərəcəli kəmağıllıq,uşaq serebral iflicinin qalıq əlamətləri,qıcolma tutmaları ilə diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X6 oğlu İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. Dibirov Zaur Nürəddin oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 09 yanvar 1988-ci ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Ruhi-Əsəb Dispanserinin 13 yanvar 2022-ci il tarixli 26 saylı rəyinə əsasən X6 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qızının oğlu- 09 yanvar 1988-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qızının oğlu-09 yanvar 1988-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar