Məhkəmə qərarları › İş №2(019)-595/2020

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-595/2020

12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-595/2020 12.11.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi Nümayəndə və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17rşı Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2019cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 xüsusi notariusu X6 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi vaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi və yenidən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 savlı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Həmçinin məhkəmə tərəfindən iddiaçının razılığı ilə Cavabdeh2 xüsusi notariusu X9 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikası MPMnin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan başqa,zərurət olduğu üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X38 cavabdeh qismində işə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, mərhum anası X26 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Anasının adına ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0,24 ha pay torpaq sahəsi olmuşdur. ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X23 verilmişdir. Bundan başqa ünvan 1ində yerləşən 0.24 ha pay torpaq sahəsinə dair X15 adına Kod 40113018, JN: 1241 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda “Vəsiyyətnamə” tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı toıpaq sahəsini nəvəsi iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnamələrdən görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X15 adına olan ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha pay torpaq sahəsinə ünvan 1ində yaşayan nəvəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır.Göründüyü kimi, notariat ofisinin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqındı şəhadətnamələri qanunun tələbləri pozulmaqla verilmişdir.O, vəsiyyətnamənin qanuniliyini mübahisə etmir. Lakin notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən vərəsələrin dairəsini müəyyənləşdirməməklə Mülki Məcəllənin 1193-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə görə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, digər vərəsələrin də miras əmlakda məcburi pay hüququ vardır. Balakən RİH-in Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X4 qalan vərəsələri özü və X3 olmuşdur. Lakin notarius bu halı nəzərə almamışdır. O, məcburi pay almaq hüququndan məhrum edilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. Eyni zamanda bildirir ki, anası X15 xx.xx.2013-cü il tarixdə vəfat etməsindən və anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı toıpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etməsindən həmin vaxt məlumatı olmuşdur. Notariat Ofisində vərəsəlik işi açılarkən anasına məxsus olan əmlakların qardaşı oğlu Cavabdeh1 adına sənədləşdirilməsindən vaxtında xəbəri olmuşdur. Lakin 2020-ci ildə Cavabdeh1 anasından miras qalmış torpaq sahəsinin bir hissəsini satmasını eşidərkən bunu qəbul etməmiş və bundan sonra miras əmlakdan öz payını tələb etmək qərarına gəlmişdir. Anasının vəfatından sonra həmin təsərrüfatda Cavabdeh1 qalmışdır. Özü 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır və Balakən rayonu Qullar kəndində yerləşən evində yaşayır. X3 isə Ukrayna vətəndaşıdır və orada yaşayır. O, anasından qalmış mirası qəbul etməmişdir, lakin hesab edir ki, övlad kimi onun miras əmlakda məcburi payı vardır.Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Onlar xx xxxxxx 2015-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. X5 nənəsidir. Məkkə Hacıyeva xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun adına ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0,24 ha pay torpaq sahəsi olmuşdur. ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X23 verilmişdir. Eyni zamanda ünvan 1ində yerləşən 0.24 ha pay torpaq sahəsinə dair X15 adına Kod 40113018, JN 1241 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X1 xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini həmin təsərrüfatda yaşayan nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən xx.xx.2019cu il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnamələrə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X15 adına olan Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha pay torpaq sahəsinə Cavabdeh1 miras əmlakdan tam irs verilmişdir. İddiaçı anası X15 xx.xx.2013-cü il tarixdə vəfat etməsindən və anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etməsindən həmin vaxt məlumatı olmuşdur. Notariat Ofisində vərəsəlik işi açılarkən İddiaçı anasına məxsus olan əmlakları qardaşı oğlu Cavabdeh1 adına sənədləşdirilməsindən vaxtında xəbəri olmuşdur. Lakin 2020-ci ildə Cavabdeh1 ona miras qalmış torpaq sahəsinin bir hissəsini satmasını eşidərkən əsəbləşmiş, bundan sonra miras əmlakdan öz payını tələb etmək qərarına gəlmişdir. X15 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh1 qalmışdır. İddiaçı 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır və Balakən rayonu Qullar kəndində yerləşən evində yaşayır. Cahanın X3 isə Ukrayna vətəndaşıdır və orada yaşayır. Nə İddiaçı, nə də ki, onun qardaşı Zülfüqar Hacıyev anasından qalmış mirası qəbul etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 savlı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh2 nümayəndəsi və Azərbaycan Respublikası İqtisadiyyat Npazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 savlı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 12xx xxx 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayonu X14 xx xxxxxx 1998-ci il tarixli, 02 saylı qərarı ilə X18 0.24 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 607783 №li ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X26 xx xxxxx 2013-cü il tarixdə beyin insultu xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2013-cü ilin aprel ayının 18 günündə 14 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 1136 №li ölüm qeydi barədə arayışdan görünür ki, X20 xx xxxxxxx 1985-ci il tarixdə kəskin infarkt xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1985-ci ilin oktyabr ayının 22 günündə 30 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 413 saylı nikah qeydi haqqında arayışdan görünür ki, Cavabdeh1 Hacı oğlu ilə X10 arasında xx xxx 1954-cü ildə 79 nömrə ilə nikah haqqında akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 415 saylı doğum qeydi haqqında arayışdan görünür ki, İddiaçı İsə qızı xx.xx.1960-cı ildə anadan olmuşdur. X19, anası X26 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 414 saylı doğum qeydi haqqında arayışdan görünür ki, X28 xx.xx.1957-ci ildə anadan olmuşdur. X19, anası X26 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 410 saylı ölüm qeydi haqqında arayışdan görünür ki, X36 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 409 saylı doğum qeydi haqqında arayışdan görünür ki, X37 xx.xx.1964-cü ildə anadan olmuşdur. X19, anası X26 yazılmışdır. İşdə olan Cavabdeh2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilən və reyestrdə 2v-01 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X15 ünvan 1ində yaşayan nəvəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak seriya nömrəsi JN 1241, KOD 40113018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsindən ibarətdir. Cavabdeh2 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə təsdiq edilən və reyestrdə 2v-01 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X15 ünvan 1ində yaşayan nəvəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 18 saylı X38 tərəfindən xx.xx.2011-ci il tarixdə X18 verilmiş **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 60 kvm olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.14 ha olan torpaq sahəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Talalar Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 34 saylı arayışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisi kimi Talalar Bələdiyyəsində qeydiyyatdadır və bu günə kimi hesablanmış vergilər özü tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 900 saylı arayışdan görünür ki, X26 xx.xx.2013-cü il tarixində vəfat etmişdir. Vəfat etdiyi tarixədək Talalar kənd İƏD üzrə nümayəndəliyin 2011-2015-ci illər üçün 2N-li təsərrüfatbaşına kitabın 152 nömrəli təsərrüfatda qeydiyyatda olmuşdur. Vəfatıdan sonra həmin təsərrüfatda nəvəsi Cavabdeh1 qalmışdır. Hal-hazirda həmin təsərrüfata məxsus evdə gəlini X11 və nəvəsi X29 yaşayır. Qızı İddiaçı 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır. Qohumlarının deməsinə görə hal-hazirda ailəsi ilə birlikdə Qullar kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.24 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 60 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.14 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 118 saylı arayışdan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X18 məxsus Talalar kəndində yerləşən fərdi yaşayış evində (təsərrüfatında) həmin tarixdən bu günə kimi onun nəvəsi Cavabdeh1 qeydiyyatda olmaqla yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Talalar kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 998 saylı arayışdan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X15 aşağıdakı qeyd edilmiş vərəsələri olmuşdur: əri Cavabdeh1 Hacı oğlu, oğlu X27, qızı İddiaçı, oğlu X30r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda tərtib edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X2 rayonu Talalar kəndində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,İddiaçı anası X26 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onun adına ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0,24 ha pay torpaq sahəsi olmuşdur. ünvan 1ində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixdə X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X23 verilmişdir. Eyni zamanda ünvan 1ində yerləşən 0.24 ha pay torpaq sahəsinə dair X15 adına Kod 40113018, JN 1241 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X1 xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini həmin təsərrüfatda yaşayan nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh2 xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqına şəhadətnamələrə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X15 adına olan Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha pay torpaq sahəsinə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı anası X15 xx.xx.2013-cü il tarixdə vəfat etməsindən və anasının sağlığında xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda vəsiyyətnamə tərtib edərək, ünvan 1ində yerləşən pay torpağını, yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi Cavabdeh1 vəsiyyət etməsindən həmin vaxt məlumatı olmuşdur. Notariat Ofisində vərəsəlik işi açılarkən iddiaçı anasına məxsus olan əmlakları qardaşı oğlu Cavabdeh1 adına sənədləşdirilməsindən vaxtında xəbəri olmuşdur. Lakin 2020-ci ildə Cavabdeh1 ona miras qalmış torpaq sahəsinin bir hissəsini satmasını ilə bağlı aralarında narazılıq yaranmış, bundan sonra iddiaçı miras əmlakdan öz payını tələb etmək qərarına gəlmişdir. X15 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh1 qalmışdır. İddiaçı 1984-cü ildə həmin təsərrüfatdan çixmışdır və Balakən rayonu Qullar kəndində yerləşən evində yaşayır. İddiaçı X3 isə Ukrayna vətəndaşıdır və orada yaşayır. Nə İddiaçı, nə də ki, qardaşı Zülfüqar Hacıyev anasından qalmış mirası qəbul etməmişlər. İddiaçı digər qardaşı X36 xx.xx.2017-ci ildə ölmüşdür. İddiaçı anasından qalmış miras əmlakdan məcburi pay hüququnun olması ilə bağlı hazırki iddia tələbi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X12 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtləri stisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X16”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görəölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və yavəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakınınqanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyanvəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fizikişəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasaümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqdaisə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə qanun üzrəvərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. -Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlarki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlarqanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər mirasalırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payıtələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrəkeçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsinə görə məcburi payıntam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrəvərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görəvərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktikbaşladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsətərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktikbaşladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslıolmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci madldəsinə əsasən vərəsəmirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və yaəmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirasıqəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edəbilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onuqəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. İş materiallarından göründüyü kimi mərhum xx.xx.2013-cü il tarixində vəfat etmiş X15 birinci növbəli vərəsələri- oğlu X27, qızı İddiaçı və oğlu X36 qalmışdır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X13 Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Məhkəmə hesab edir ki, X7nın adınaBalakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi və 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mirasın kütləsinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünü idarə orqanı təsdiqləsin. İş materiallarından görünür ki, X7xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda tərtib etdirdiyi vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir. Məhkəmə iclasında işdəki sübutlardan, o cümlədən tərəflərin izahatından aydın olur ki, mərhum X4 qalmış birinci növbəli vərəsələrindən heç biri-İddiaçı və X8 Hacıyevanın miras əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamamaqla mirası nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etməmişlər. Yəni İddiaçı və X27 anaları X13 qalmış mirası qəbul etməmişlər. Cavabdeh1 isə X13 qalmış mirası qəbul etmişdir. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. X7 öz əmlaklarını nəvəsi Cavabdeh1 vəsiyyət etdiyindən, İddiaçı isə X13 qalmış mirası qəbul etmədiyindən, İddiaçı X13 qalmış mirasda məcburi payı yoxdur. Mülki Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. G.Qəhrəmanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun miras qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir, eləcə də, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli,obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, xx.xx.2013-cü il tarixdə ölmüş X13 Balakən rayonuTalalar kəndində yerləşən 0.14 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evinə və 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qaldığından, X7xx.xx.2012-ci il tarixdə Balakən Rayon Notariat Kontorunda tərtib etdirdiyi vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını nəvəsi Cavabdeh1 vəsiyyət etdiyindən, mərhum X4 qalmış birinci növbəli vərəsəsi İddiaçı mirası mirası qəbul etmədiyindən, Cavabdeh1 isə mirası faktiki qəbul etdiyindən iddiaçının bu xüsusda iddiası əsasızdır və təmin olunmamalıdır. İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2019cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların verilməsinə hüquqi əsas olan sənədlər Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdir. Məhkəmə sözügedən şəhadətnamələrin qanunamüvafiq qaydada verildiyindən iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr qüvvədə olduğu halda, onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi hüquqi cəhətdən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İddiaçı miras əmlaka məcburi payının olmasını iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17rşı Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddia təmin edilmədiyi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17rşı Cavabdeh2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X7ndan miras qalmış ünvan 1ində yerləşən 0.24 ha ölçüdə pay torpaq sahəsi, 0.14 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsi üzərində yerləşən 60.1 kv.m olan fərdi yaşayış evi üzrə vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində məcburi payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X21 xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan və xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar