Məhkəmə qərarları › İş №2(019)-65/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-65/2022

09.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-65/2022 09.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi qızının, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi qızının şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08.12.1983-cü il tarixdə Balakən rayonunun Qazma kəndində doğulmuş qardaşı X2 fəaliyyət qabiliyyətinin olmaması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. 08.12.1983-cü il tarixdə doğulmuş qardaşı X5 “şizofreniya paranoid forma” diaqnozu ilə xəstədir. O Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 2-ci qrup daimi əlildir. Təqaüd alır, onun himayəsində yaşayır. Eldəniz Məmmədov qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Onun xəstəliyi, təqaüdünün alınması, həmçinin mülkiyyətində olan əmlakın idarə edilməsi ilə bağlı xəstəxanaya və müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən qardaşı Eldənizin ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan o sənədlərə imza edə bilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X5 anadangəlmə xəstədir. O, “şizofreniya paranoid forma” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X10 oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 08.12.1983-cü ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma kənd soveti tərəfindən 06 yanvar 1984-cü ildə verilmiş İX-JQ-seriyalı 392144 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08.12.1983-cü ildə anadan olmuş, atası Məmmədov Aydın Seyfullah oğlu, anası Həmətiyeva Saqibət Mahama qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini X8 rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli 1478 nömrəli tibbi arayışdan görünür ki, Balakən rayon sakini 1983-cü il təvəllüdlü X5 həqiqətən MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində şizofreniya paranoid forma diaqnozu ilə qeydiyyatdadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 20.05.2016-cı il tarixdə verilmiş 139237 nömrəli vəsiqənin surətindən görünür ki, X5 ikinci qrup ümumi xəstəlik əlilidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər səhiyyə idarəsi rayonlararası Ruhi-Əsəb Dispanserinin 13 yanvar 2022-ci il tarixli 27 nömrəli rəyindən görünür ki, X5 hal-hazırda xroniki psixi xəstəlik olan ŞİZOFRENİYA PARANOİD FORMA, NATAMAM REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı- 10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən hazırki ekspertiza zamanı öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən X5 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qızının 08.12.1983-cü il tarixdə doğulmuş qardaşı- X5 anadangəlmə “şizofreniya paranoid forma” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X10 oğlu 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X10 oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 08.12.1983-cü ildə doğulmuş X2 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Ruhi-Əsəb Dispanserinin 13 yanvar 2022-ci il tarixli 27 saylı rəyinə əsasən X10 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı-08.12.1983-cü ildə doğulmuş X10 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı-08.12.1983-cü ildə doğulmuş X10 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar