Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-66/2022 09.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi və maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 31.03.1990-cı il tarixdə Balakən rayonunun Qullar kəndində doğulmuş qardaşı- X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Qullar kəndində yaşayır. 31.03.1990-cı il tarixdə doğulmuş qardaşı- X7 27 may 1998-ci il tarixdən “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə Balakən rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində psixiatriya kabinetində qeydiyyatdadır. 1-ci qrup daimi əlildir. Təqaüd alır, onun himayəsində yaşayır. Tural Ağcayev qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Onun xəstəliyi, təqaüdünün alınması, həmçinin mülkiyyətində olan əmlakın idarə edilməsi ilə bağlı xəstəxanaya və müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması üçün müraciət edərkən qardaşı Turalın ağıl zəifliyi və ruhi xəstəliyi olduğundan o sənədlərə imza edə bilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, X12 oğlu anadangəlmə xəstədir. O, “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq o, 1-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X12 oğlu xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 31 mart 1990-cı ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd soveti tərəfindən 24 aprel 1990-cı ildə verilmiş XV-JQ-seriyalı 280516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31 mart 1990-cı ildə anadan olmuş, atası X2, anası X10 qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini X6 rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsi tərəfindən verilmiş 04.09.2021-ci il tarixli 1455 nömrəli tibbi arayışdan görünür ki, Balakən rayonu Qullar kənd sakini 31.03.1990-cı il təvəllüdlü X7 həqiqətən 27.05.1998-ci il tarixdən “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” ilə MRX-nın poliklinika şöbəsində psixiatriya kabinetində qeydiyyatdadır. İ qrup əlildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Şəxsin 16 saylı regional ərazi filialı tərəfindən verilmiş 31.08.2021-ci il tarixli **********8 nömrəli arayışdan görünür ki, Ərizəçi İ qrup əlil Ağcayev Tural Mahir oğluna qulluğa görə Prezident təqaüdü-50.00 manat 01.04.2019-cu ildən daimi sosial müavinət verilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Ruhi-Əsəb Dispanserinin 13 yanvar 2022-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, X8 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxıs) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə ərizəçini və maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Mahir qızının 31.03.1990-cı il tarixdə doğulmuş qardaşı- Ağcayev Tural Mahir oğlu anadangəlmə “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq X12 oğlu İ qrup əlildir və əmək qabiliyyəti yoxdur. X7 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 31.03.1990-cı ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Ruhi-Əsəb Dispanserinin 13 yanvar 2022-ci il tarixli 28 saylı rəyinə əsasən X12 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Mahir qızının qardaşı- 31.03.1990-cı ildə doğulmuş X12 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Mahir qızının qardaşı- 31.03.1990-cı ildə doğulmuş X12 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-66/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-66/2022
09.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver