Məhkəmə qərarları › İş №2(019)-677/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-677/2021

04.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-677/2021 04.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Balakən rayon İcra hakimiyyəti yanındla Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyun 2001-ci ildə doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Hənifə kəndidə yaşayır. Ailəlidir. 1997-ci ildə Balakən rayonu Hənifə kənd sakini X5 ilə nikahlarını 03 dekabr 1997-ci il tarixdə 31 sayla Balakən rayon Hənifə kənd İƏD-də rəsmiləşdirilməklə evlənmişlər. Birgə nikahlarından 25.06.2001-ci il tarixdə X11 adında oğlu olmuşdur. X6 anadangəlmə xəstədir. Anar Həsənov ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu və nitq qüsuru dioqnozu ilə xəstədir. X11 ambulator şəraitdə psixiatr qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X11 İİ qrup daimi əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 25 iyun 2001-ci ildə doğulmuş X6 qeyd etdiyi diaqnozla xəstə olduğundan öz hərəkətlərinin mənasını başa düşmür. Yəni müxtəlif təşkilatlara müəyyən sənədləşmə işlərinin aparılması ilə bağlı müraciət edərkən X6 ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu və nitq qüsuru xəstəliyi olduğundan o, sənədlərə imza edə bilmir. Hal-hazırda ona dövlət tərəfindən təyin olunmuş sosial müavinəti ala bilmir. Anar mütəmadi dərman qəbul edir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, oğlu Anara qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də oğlu Anarın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X13 hazırda özü qulluq edir, Anar yataq xəstəsi olduğundan məhkəmədə iştirak edə bilmir. Qeyd edilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X4 ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X11 anadangəlmə xəstədir. O, ambulator şəraitdə psixiatriya kabinetdə qeydiyyatdadır. X11 xəstəliyi ilə əlaqədar olaraq əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 25 iyun 2001-ci ildə doğulmuş X7 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmə iclasına çağrılmış fəaliyyət qabiliyyəti olayan hesab edilməsi haqqında işinə baxılan şəxs X2 buna yol vermədiyindən məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1,185.4 və 320.2-ci maddələrinə əsasən hazırki işə fəaliyyət qabiliyyəti olayan hesab edilməsi haqqında işinə baxılan şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hazırki işə tətbiq edilməli qanun normalarının tələbləri qaydasında baxılmasını qanuni və əsaslı sayır. İşdə olan Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 16 saylı regional ərazi filialı Balakən rayon qəbul şöbəsi tərəfindən 31.05.2020-ci il tarixdə verilmiş **********8 nömrəli arayışından görünür ki, X11 İİ qrup ümumi xəstəlikdən əlil kimi 130 manat məbləğində 11.12.2019-cu il tarixdən daimi sosial müavinət alır. İşdə olan Balakən rayon Hənifə kənd nümayəndəliyi tərəfindən 03 dekabr 1997-cu il tarixdə verilmiş Vİİ-JQ seriyalı 312921 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi arasında 03 dekabr 1997-ci il tarixdə 31 nömrə ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Hünbətova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon VVADQ şöbəsi tərəfindən 27 avqust 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 154303 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 25 iyun 2001-ci il tarixdə anadan olmuş, atası X5, anası Ərizəçi yazılmışdır. İşə əlavə olunan ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyul 2021-ci il tarixli, 402 nömrəli rəyindən görünür ki, X11 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İşdə olan 31.05.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin və qəyyumluq və himayə komissiyasının nümayəndəsinin izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 25 iyun 2001-ci ildə doğulmuş X6 anadangəlmə ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu və nitq qüsuru dioqnozu ilə xəstədir. X3 Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində dispanser qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X11 2-ci qrup əlildir və əmək qabiliyyəti yoxdur. X11 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. 25 iyun 2001-ci ildə doğulmuş X7 xəstəliyi, yəni psixi qüsuru ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 iyul 2021-ci il tarixli, 402 saylı rəyinə əsasən X11 uşaqlıqdan orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntuları beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir, bununla əlaqədar olaraq X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 25 iyun 2001-ci ildə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 iyun 2001-ci ildə doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar