Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-689/2020 06.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadulla Şamil oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34 və X9 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mərhum anası X20 faktiki qəbul etdiyi miras əmlakın 2/3 paya X49 X14 verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X20 faktiki qəbul etdiyi miras əmlakın 2/3 paya X49 X14 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunela əsaslandırmışdır ki, mərhum anası X10 mülkiyyətində Balakən rayon Gərəkli kəndində JN 10xx xxx 40110018 saylı Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Anası X39 xx xxxx 2006-cu ildə vəfat etmişdir. Bunu Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında arayış təsdiq edir. X10 mülkiyyətində Balakən rayon Gərəkli kəndində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması faktı Gərəkli kənd inzibati ərazi idarəsi tərəfindən verilən xx.xx.2020-cü il tarixli arayışla da təsdiq edilir. Anasının yeganə varisləri oğlanları X34, İddiaçı və X32 olmuşdur. Bu xüsusat Gərəkli kənd inzibati ərazi idarəsi tərəfindən verilən xx.xx.2020-cü il tarixli arayışla və həmin kəndin inzibati ərazisinin 907 saylı arayışı ilə sübut olunur. Diğər qardaşları başqabaşqa şəhərlərdə yaşadığından anası onun himayəsində və onun təsərrüfatında olmuşdur. Bunu Balakən rayon Dövlət Arxivinin 361 saylı, xx xxxxxxx 2018-ci il tarixli Arxiv arayışı təsdiq edir. Anası ilə o, Balakən rayonu Gərəkli kəndində mülkiyyətində olan torpaq sahəsində 1986-ci ildə inşa etdiyi ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 32 kv.m olan yaşayış evində birgə yaşamışlar. Həmin ev hal-hazırda onun istifadəsində olmaqla, həmin sahədən anbar kimi istifadə edir. Anası onunla yaşadığından anasının adında olan torpaq vergilərini də o. ödəmişdir. Bunu Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsinin 28 saylı, xx.xx.2018-ci il tarixli arayışı da təsdiq edir. Anası Bakı şəhəri Nəsimi rayonunda xəstəxanada vəfat etdiyinə görə ölüm haqqında şəhadətnamədə məhz həmin rayonun adı qeyd edilmişdir. Onun şəhərdə işləri ilə əlaqədar çox qalmalı olanda, anası evdə baxımsız qalmasın deyə, anasını da özü ilə apararaq, atasının ona bağışladığı Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi, 510-cü kvartal, ev 15A mən. 16- da yaşamışlar. Yuxarıda göstərdiklərini əsas tutaraq, o, anasından ona qalmış mirası faktiki qəbul etmiş bir şəxs kimi, həmin torpağı öz adına rəsmiləşdirmək üçün Balakən rayon Dövlət Notariat Kontoruna müraciət edəndə, ona bildirdilər ki, ondan böyük qardaşı anasından qalmış miras əmlaka X49 X36 almışdır. O, bununla bağlı Balakən rayon Dövlət Notariat Kontoruna etirazını bildirmiş və həmin idarədən 681 saylı, xx xxxxxx 2018-ci il tarixli məktubda cavab olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduqda mübahisəyə məhkəmə baxır. Aralarındakı mübahisənin həlli ilə əlaqədar, eyni zamanda ona X49 X36 verilməsi üçün xx.xx.2012-ci il tarixində qardaşı X29 verilmiş 2V-150 reyestr nömrəli X49 X14 ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Anasının onun himayəsində olmasına, torpaq və bütün kommunal vergilərinin onun tərəfindən ödənilməsinə, onun bütün xəstəxana xərclərini ödəməsinə, bütün yas mərasimini və illiyini Bakı şəhərindəki mənzilində keçirməsinə, onun mirası faktiki qəbul etməsinə baxmayaraq, qardaşı X34 anasından qalmış miras əmlaka X49 haqqında şəhadətnamə almışdır. Mərhum anasından qalan torpağa (0.14 ha torpaq sahəsi) isə digər varis X5 üzrə vərəsəlik X36 əldə etmişdir. Qəribəsi odur ki, qardaşı Vadim X49 X36 alanacan o, anasına baxmamış, heç bir kommunal xərcləri ödəməmişdir. X43 kəndində anasını saxlamaq üçün heç bir yaşayış mənzili və torpaq sahəsi belə olmadığı halda, o, anasına necə baxa bilərdi. Vadim qanunsuzluqla mirası əldə etmişdir. Qardaşının, ana mülkiyyətində özünə məxsus heç bir əsaslı tikintisi olmadığı barədə ƏMDK-nin Şəki ərazi şöbəsi üzrə Balakən rayon müfəttişliyinə verdiyi xx.xx.2018-ci il tarixli ifadəsində təsdiqləmişdir. Bütün bunlar barədə qardaşının həmin mülkdə təkbaşına sahiblik etdiyini biləndən sonra xəbər tutmuşdur. Qardaşına müraciət etmiş, o isə ona heç nə verməyəcəyini bildirmişdir. X18 həmin torpaq sahəsinin aralarında bərabər hissələrə bölünməsini təklif etsə də, o, bundan imtina edərək, belə bir bölgünün aparılmasına razı olmamasını bildirmişdir. Bununla bağlı o, Balakən rayon Dövlət Notariat Kontoruna yazılı ərizə ilə müraciət etmiş, həmin müraciətinə notarius tərəfindən xx xxxxxx 2018-cı il tarixli cavab məktubu verilmiş və bildirilmişdir ki, qanun üzrə şəhadətnamə almaq istədiyi daşınmaz əmlakla bağlı digər varis tərəfindən buna maneə törətdiyindən, miras şərikləri arasında mübahisə vardır. Belə olan halda isə X49 X14 alınması, miras əmlaka payların müəyyən edilməsi məsələsi məhkəmə qaydasında həyata keçirilməlidir. Bütün bunları nəzərə alaraq, Balakən rayon Dövlət Notariat Kontoruna və DƏDRX-nin 18 saylı ərazi idarəsinə sorğu göndərilmişdir. Sorğulardan məlum olur ki, qardaşı anasından miras əmlaka X49 X36 alarkən notarius qardaşı X29 xx xxx 2012-ci il, eyni tarixli eyni qeydiyyat nömrəli iki müxtəlif X49 X36 vermişdir. Notarius qardaşına X49 X36 verərkən texniki səhv etdiyindən DƏDRX-nin 18 saylı Ərazi idarəsinə xx.xx.2012-ci il tarixli, 116 saylı məktubla müraciət etmişdir. Məktubda göstərilmişdir: X11 xx.xx.2012-ci il tarixdə vəfatı ilə əlaqədar Balakən rayon Dövlət Notariat Kontorunda açılmış vərəsəlik işi üzrə xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə X49 X36 verilmişdir. Təəssüf ki, həmin vərəsəlik şəhadətnaməsində texniki səbəblər barəsində şəhadətnamə verilən miras əmlakın təsviri səhv yazılmışdır. Belə ki, həmin şəhadətnamə ilə X21 vərəsəlik hüququ müəyyən edilən Balakən rayonu Gərəkli kəndi ünvanında yerləşən, çoxillik əkmələr məqsədli istifadə növlü torpaq sahəsi 0,14 ha deyil, həmin torpaq sahəsinin 1/2 hissəsi kimi göstərilmişdir. Belə ki, torpaq sahəsinin qalan hissəsi şəhadətnamə verilmədən açıq saxlanılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xahiş edilir ki, həmin şəhadətnamə ona təqdim edildiyi halda heç bir rəsmiləşdirmə aparılmasın, şəhadətnaməni təqdim edən şəxsə geri qaytararaq, düzəlişlərin aparılması üçün onun Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etməli olduğunu bildirsin. Məktubun məzmunundan da göründüyü kimi, notarius qardaşına X49 X36 verərkən texniki səhvə yol verdiyindən DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə bu barədə rəsmi xəbərdarlıq etmişdir. Lakin cavabdeh ona verilən şəhadətnaməni notariusa qaytarmamışdır. Qardaşı ilə aralarında yaranan mübahisəyə son qoymaq onun adına tək varis kimi X49 açıldığına görə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-220/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiası qismən təmin edilərək, mərhum anası X12 miras qalmış Balakən rayon Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, miras əmlakın digər 2/3 hissəsi açıq saxlanmışdır. Digər varis qardaşı X21 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X49 X36 etibarsız hesab edilmişdir. Məhkəmənin qətnaməsindən də görünür ki, qardaşına dövlət notariat kontoru tərəfindən X49 X36 verərkən notariat kontoru nöqsana yol verdiyindən, onun mirası qəbul edib-etmədiyi voxlanılmalıydı. Bunu isə notariat kontoru araşdırmadığından, məhkəmə qaydasında onun adına verilmiş X49 X36 etibarsız hesab edilmişdir. O, məhkəməyə onu da bildirməyi zəruri hesab edir ki, anasından miras qalmış əmlakı bütövlikdə qəbul etməyinə baxmayaraq, həmin əmlakdan yalnız 1/3- dən bir hissəsini qəbul etmişdir. Bununla da razı qalmayan qardaşının hələ də ona maneələr törətməkdə davam etdiyini görüb, geridə qalan 2/3-də hissəsini də qanun üzrə qəbul etmək üçün Cavabdehnə müraciət etmişdir. Notariat Kontorunun xx xxx 2020-ci il tarixli cavab məktubunda qardaşı X21 mirasın qəbulu və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı məhkəmədə hər hansı qətnamə çıxarılmadan ona mərhum anası X11 mirasının tam hissəsinə vərəsəlik X36 verilməsinin mümkün olmaması bildirilmişdir. Ona görə də hesab edir ki, mərhum anası X2 0.14 ha pay torpaq sahəsinə tam olaraq onun X49 hüququ bərpa olunmalıdır. Eyni zamanda bildirir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 220/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X34 iddianı qəbul etməyərək, göstərdi ki, o, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatdadır. X1, anası X19muşdur. X1 xx xxxxxx 2006-cı ildə, anası X35 isə xx xxxx 2006-cı ildə ölmüşdür. Balakən rayon X30 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə anası X23 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN 10xx xxx 40110018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı hazırlanmışdır. Anası X35 xx xxxx 2006-cı ildə vəfat edəndən sonra ondan Balakən rayonu Gərəkli kəndində yerləşən, Balakən rayon X30 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında verilmiş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsi və torpaq sahəsində bir otaqdan ibarət ev miras qalmışdır. Anasının vəfatından sonra o, Bakıda anasının dəfnini təşkil edib, yasın bütün xərclərini çəkmişdir. Anasından miras qalmış Balakəndəki evdə qalaraq, 0.14 ha torpaq sahəsini faktiki olaraq idarə etmiş, əkib-becərmiş və torpağın vergilərini, eləcə də valideynlərindən qalmış evin kommunal xərclərini ödəmişdir. Bu zaman qonşuluqda yaşayan və mülkiyyətində torpaq sahəsi olan qardaşı X32 yasda iştirak etmiş, anasının torpaq sahəsini faktiki olaraq qəbul edib, becərmişdir. Digər qardaşı- Rusiya Federasiyasında yaşayan İddiaçı anasının yasında iştirak etməmiş və daim yaşadığı Rusiya Federasiyasında olmuşdur. O, anasından miras qalmış torpaq sahəsini öz adına sənədləşdirmək üçün sənədləri axtaran zaman özünün doğum haqqında şəhadətnaməsini və eləcə də dövlət aktını tapa bilmədiyindən, bir müddət həmin sənədləri bərpa etmək və tapmaq üçün vaxt sərf etmişdir. O, Belarus Respublikasında doğulduğundan oradan doğum haqqında şəhadətnamənin dublikatını almışdır. Eyni zamanda o, Balakən rayonu Gərəkli kəndində yaşamaqla torpaq sahəsini əkib-becərmiş, onun vergilərini ödəmişdir. 2011 -ci ilin sonlarında X49 X36 almaq üçün sənədləri toplayaraq, Balakən rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. xx xxx 2012-ci ildə Notariat Ofisi tərəfindən anasından miras qalmış 0.14 ha torpaq sahəsinə dair X49 X36 verilmişdir. Şəhadətnamədə anasından miras qalan əmlakın bütünlüklə ona verilməsi qeyd edilmişdir. Həmin şəhadətnaməni aldıqdan təxminən 20-25 gün sonra ona məlum olmuşdur ki, notarius yeni bir X49 X36 tərtib edərək, həmin şəhadətnamədə anasından miras qalan torpaq sahəsinin 1/2 hissəsinin irs olaraq ona verilməsini, qalan 1/2 hissənin açıq saxlanmasını qeyd etmişdir. Balakən rayon Dövlət Notariat Kontorunun ona verdiyi 0,14 ha torpaq sahəsinə dair X49 X36 qüvvədə olduğu müddətdə həmin tarixlə, yəni xx xxx 2012-ci tarixi ilə daha bir X49 X36 tərtib etməsi və həmin şəhadətnamənin də reyestr nömrəsini o verdiyi şəhadətnamənin nömrəsi ilə eyni- 2V-150 və vərəsəlik işinin nömrəsini 270/2011 qoymaqla faktiki olaraq bir vərəsəlik işi üzrə iki fərqli məzmunlu şəhadətnamə verməsi saxtakarlıqdır. İddiaçı ona və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası X13 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair onun adına verilmiş xx.xx.2012-ci il tarixli, 2V-150 saylı X49 X14 ləğv edilməsi, miras payının faktiki qəbul edilməklə vərəsəlik hüququnun tanınması və vərəsələr arasında payların naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O da öz növbəsində cavabdeh Balakən rayon Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Dövlət Notarat Kontorunun X13 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən, Balakən rayon X30 xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında anasına məxsus olmuş JN-10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə rəsmiləşdirilmiş 0,14 ha torpaq sahəsinin 1/2 hissəsinə onun vərəsəlik hüququnun tanınmasına və həmin miras əmlakın 1/2 hissəsinə vərəsəlik X36 vermədən açıq saxlanılmasına dair xx xxx 2012-ci il tarixli, 2V- 150 saylı X49 X14 qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair X21 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X49 X14 etibarsız hesab edilməsi, mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. Eyni zamanda həmin qətnamə ilə X10 xx xxxx 2006-cu ildə vəfat etməsi, onun vərəsələri olan oğlanları- X34, İddiaçı və X9 olması, Mariya Qarayevanın vəfatından sonra onun vərəsələri olan X34, İddiaçı və X9 faktiki olaraq mirası qəbul etmələri müəyyən edilmişdir. Miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka 1/3 hissəsinə payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X32 iddianı qəbul etməyərək, X24 izahatına uğün izahat vermiş, həmçinin onun da mərhum anasından miras qalmış əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka 1/3 hissəsinə payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini göstərərək, hazırki iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəməiclasına təkrarən gəlməmiş, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN 10xx xxx 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Balakən rayonu X30 xx xxxx 1998-ci il tarixli, 08 saylı qərarı iləX25 0.14 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 940976 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X38 xx xxxx 2006cı il tarixdə koronaro kardioskleroz xəstəliyindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2006-cı ilin 06 ayının 17 günündə 598 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli Bələdiyyəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 80 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci ildə 0.52 manat, 03.0.8.2009-cu ildə 0.38 manat, xx.xx.2010-cu ildə 0.38 manat, xx.xx.2011-ci ildə 1 manat, iyun 2012-ci ildə 0.38 manat, o cümlədən 2015-2018-ci illər ərzində cəmi 3 manat 50 qəpik anası X25 məxsus olan torpaq sahəsinin vergilərini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən RİH Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 1038 saylı arayışdan görünür ki, həqiqətən mərhum X38 vəfat etdiyi xx xxxx 2006-cı il tarixədək Balakən rayonu Gərəkli kəndi ünvanında daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilən vərəsələri vardır: oğlu-X34, oğlu X32 və oğlu İddiaçı. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Gərəkli kənd soveti tərəfindən xx xxxxxx 1965-ci il tarixdə verilmiş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə anadan olmuş, atası X7, anası X38 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli, 90 nömrəli məktubdan görünür ki, qardaşı X21 mirasın qəbulu və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etməsi ilə bağlı məhkəmədə hər hansı qətnamə çıxarılmadan ona mərhum anası X11 mirasının tam hissəsinə vərəsəlik X36 verilməsi mümkün deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 220/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan İddiaçı ilə cavabdeh X21 doğma qardaş olmaları, onların anası X15 mülkiyyətində Balakən rayonu Gərəkli kəndində JN 10xx xxx 40110018 nömrəli Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması, X15 xx xxxx 2006-cı ildə vəfat etməsi, onun vərəsələri- oğlanları X34, İddiaçı və X9 olması, Mariya Qarayevnanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq mirası qəbul etməsi və miras əmlakdan öz paylarını almaq fikrində olması, cavabdeh X21 2012-ci ildə X49 X36 almaq üçün müraciət etməsi və notariat kontorunun qanunvericiliyin tələblərinə əməl etməyərək, digər vərəsələrə məlumat vermədən Vadim Qarayevə reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli X49 X36 verməsi, şəhadətnamədə xx xxxx 2006-cı ildə vəfat etmiş X15 vərəsəsinin X8ması və onun irs olaraq alacağı miras əmlakın Balakən rayon X30 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli kəndi ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0.14 ha torpaq sahəsinin X25 məxsus payın 1/2 hissəsindən ibarət olması, miras əmlakın qalan 1/2 hissəsinin vərəsəlik hüququ haqqındla şəhadətnamə verilmədən açıq saxlanmasının qeyd edilməsi, lakin həmin vaxt texniki səhv olaraq Balakən rayon X30 xx xxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə verilmiş JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən Balakən rayonu Gərəkli ünvanında yerləşən məqsədli istifadəsi çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı 0,14 ha torpaq sahəsinin X25 məxsus payının bütünlüklə irs olaraq X29 verilməsinin qeyd edilməsi, bu səbəbdən notariusun DƏDRX-nin 18 saylı Ərazi İdarəsinə xx xxxx 2012-ci il tarixli, 186 nömrəli məktub ünvanlayaraq, xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış X49 X26 texniki səbəbdən miras əmlakın təsvirinin səhv yazılmasının qeyd edilməsi, həmin şəhadətnamə təqdim edildiyi halda heç bir rəsmiləşdirilmənin aparılmaması, şəhadətnamənin təqdim edən şəxsə geri qaytarılaraq, düzəlişlərin aparılması üçün onun Balakən rayon Notariat Kontoruna qaytarılmasının izah edilməsinin xahiş edilməsi, lakin Vadim Qarayevin sözügedən X49 X27 Balakən rayon Notariat Kontoruna qaytarmaması, bu səbəbdən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi və eyni zamanda Vadim Qarayevin miras əmlakın bütünlüklə irs olaraq ona verilməsini iddia edərək, miras əmlakın 1/2 hissəsinin ona verilməsinin qeyd edildiyi xx.xx.2012-ci il tarixdə 2V-150 reyestr nömrəsi ilə qeydə alınmış X49 X14 ləğv edilməsini xahiş etməsinin müəyyən edilməsi faktlarına əsaslanmaqla, İddiaçı iddiası qismən təmin edilmiş, mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair X21 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X49 X14 etibarsız hesab edilməsi, mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, X21 xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X49 X14 ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 220/2019 nömrəli, xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-220/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34 və X32 doğma qardaşlardır. Onların anası X10 mülkiyyətində Balakən rayonu Gərəkli kəndində JN 10xx xxx 40110018 nömrəli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktına əsasən 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X39 xx xxxx 2006-cu ildə vəfat etmişdir. İşdəki sübutlara əsasən qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan fakt olaraq mərhum X16 vərəsələri oğlanları- X34, İddiaçı və X32 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri və miras əmlakdan öz paylarını almaq fikrində olmaları müəyyən edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinə dair X21 adına verilmiş xx.xx.2012-ci il tarixli reyestrdə 2V-150 nömrə ilə qeydə alınmış X49 X14 etibarsız hesab edilməsi, mərhum X12 miras qalmış Balakən rayonu Gərəkli kəndində yerləşən 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi, miras əmlakın digər 2/3 hissəsinin açıq saxlanması qət edilmişdir. İşdəki sübutlardan aydın olur ki, miras əmlakın 2/3 hissəsi açıq saxlanıldığından həmin miras əmlaka X21 və X9 hər birinin 1/3 hissə payına aiddir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X40 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X41”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olanvə barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla);daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən X46 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və vərəsəlik, o cümlədən bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. X49 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə görə X49 zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar X49 zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına X49 hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay X49 zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1195-ci maddəsinə görə məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, mirasalmağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuniqüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3cümaddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrəxx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İş materiallarından görünür ki, X16 vərəsələri oğlanları-X34, İddiaçı və X32 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsinin əsaslandırma hissəsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktdır. Ona görə də qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş həmin fakt- X16 vərəsələri oğlanları- X34, İddiaçı və X32 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri hazırki işdə preyudisial əhəmiyət daşıyır və bu xüsusda məhkəmə üçün məcburi xarakter daşıyır. Yəni həmin fakt sübut əhəmiyyəti daşımaqla, işdə iştirak edən şəxslər, o cümlədən İddiaçı tərəfindən mübahisələndirilə bilməz. Ona görə də X16 vərəsələri oğlanları- X34, İddiaçı və X32 olması və Mariya Qarayevanın vəfatından sonra onun vərəsələrinin faktiki olaraq ondan qalmış mirası qəbul etmələri barədə həmin preyudisal əhəmiyyət daşıyan fakta əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X21 və X28 hər birinin mərhum anaları X13 miras qalmış 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə miras payları və vərəsəlik hüquqları yaranır. Qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(019)-220/2019 nömrəli qətnaməsi ilə də İddiaçı mərhum anası X13 miras qalmış 0,14 ha torpaq sahəsinin 1/3 hissəsinə miras payı müəyyən edilmiş, mirasın qalan 2/3 hissəsi isə açıq saxlanılmışdır. Yəni həmin qətnamə ilə mirasın 2/3 hissəsinin İddiaçı aid olmaması müəyyən edilmişdir. Belə olan halda Cavabdeh tərəfindən İddiaçı haqlı olaraq mərhum anası X3mış 2/3 hissə miras da daxil olmaqla mirasın tam hissəsinə X49 X14 verilməsindən imtina edilmişdir. İddiaçı mərhum anası X4mış mirasda digər vərəsələrin heç bir pay hüququnun olmaması, həmin miras əmlakın 2/3 payının (hissəsinin) də ona aid olması və həmin 2/3 hissə miras paya ona vərəsəlik X36 verilməli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbinin əsaslandırıldığı halı sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsasızdır və təmin olunmamalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mərhum anası X12 faktiki qəbul etdiyi miras əmlakın 2/3 payına X49 X14 verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin iddia təmin edilmədiyi üçün 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı mərhum anası X12 faktiki qəbul etdiyi miras əmlakın 2/3 payına X49 X14 verilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-689/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-689/2020
06.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver