Məhkəmə qərarları › İş №2(019)-69/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-69/2024

08.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-69/2024 08.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi bacısı-X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 avqust *975-ci ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuş bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Balakən rayonunun Meşəşambul kənd sakinidir. 09 avqust *975-ci il tarixdə doğulmuş bacısı X*0 «Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edilən ciddi davranış pozuntuları ilə F70.*» diaqnozu ilə xəstədir. Bacısı Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 2-ci qrup anadangəlmə əlildir. Xəstəliyi ilə bağlı sosial müavinət alır. Bacısı Kərimət onun himayəsində yaşayır. Ona o və həyat yoldaşı Nümayəndə qulluq edirlər. Bacısı Kərimət öz hərəkətlərinin mənasını başa düşmür, dövlət təşkilatlarında, notariusda lazımi sənədləri imzalaya bilmir. Bundan başqa şəxsi mülkiyyətində olan əmlaklara dair sərəncam verə bilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X* ilə bağlı danışa bilmədiyini, suallara cavab verə bilmədiyini göstərərək,ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X*3 ərizənin təmin olunmasına və ərizəçinin bacısı-09 avqust *975-ci ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 buna yol vermədiyindən məhkəmə iclasına gətirilməmiş, ərizəçinin nümayəndəsi onun danışa bilmədiyini və suallara cavab verə bilmədiyini göstərmişdir. Ona görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X*0 iştirakı olmadan hazırki işə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. İş materiallarında olan Balakən RPŞ tərəfindən 0*.04.20*5-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx.xx.*990-cı ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuşdur və Balakən rayonu Meşəşambul kəndində yaşayır. İş materiallarında olan Balakən RPŞ tərəfindən 07.08.20*5-ci il tarixdə verilmiş AZE seriyalı *569*737 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, həmin vəsiqənin sahibi X*0 Azərbaycan Respublikasının vətəndaşı olmaqla 09.08.*975-ci ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuşdur və Balakən rayonu Meşəşambul kəndində yaşayır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0* iyun 2023-cü il tarixli 05/69-305 saylı arayışdan görünür ki, X*0 09 avqust *975-ci ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuşdur, atası X*5, anası X8r. İş materiallarında olan *0 iyul 2023-cü il tarixdə verilmiş AZ-T 239688 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*990-cı il tarixdə doğulmuşdur, atası X*5, anası X9r. İş materiallarında olan Xəstənin ambulator siasionar tibbi kartasından çıxarışdan görünür ki, X6 yüngül dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə F70.* diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 990589 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X*2 arasında nikah 2* fevral 20*5-ci il tarixdə 03 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Gözəlova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 28.**.2023-cü il tarixli 752 nömrəli rəyindən görünür ki, 09 avqust *975-ci ildə doğulmuş X*0 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəçinin nümayəndəsini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən rayonunun Meşəşambul kəndində yaşayır. Ərizəçinin 09 avqust *975-ci il tarixdə Balakən rayonunun Meşəşambul kəndində doğulmuş və hazırda həmin kənddə yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan bacısı X*0 «yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə F70.*» diaqnozu ilə xəstədir. Ərizəçinin bildirdiyinə görə bacısı X4 rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində qeydiyyatdadır, 2-ci qrup anadangəlmə əlildir və müavinət alır. X*0 ərizəçinin himayəsində yaşayır. Ona ərizəçi və onun həyat yoldaşı Nümayəndə qulluq edirlər. Ərizəçinin bildirdiyinə görə bacısı X*0 öz hərəkətlərinin mənasını başa düşmür, dövlət təşkilatlarında, notariusda lazımi sənədləri imzalaya bilmir, bundan başqa xüsusi mülkiyyətində olan əmlaklara dair sərəncam verə bilmir. Ona görə də X5 fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunması və ona qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən ərizəçi bacısı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə təyin olunmuş ambulator məhkəməpsixiatrik ekspertizasının 28.**.2023-cü il tarixli 752 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, 09 avqust *975-ci ildə doğulmuş X*0 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X2 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-*0 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı *0-cu baxış) F7*.* xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.Həmçinin Ərizəçi hazırki ərizənin verilməsi ilə bağlı *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.*-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.*.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*7.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*8.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 3*9-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32*.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı-09 avqust *975-ci ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuş X*0 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı-09 avqust *975-ci ildə Balakən rayonunun Meşəşambul kəndində doğulmuş X*0 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar